Cəld yazı
Cəld yazı üsulu şagirdlərə sadəcə bir neçə dəqiqə (beş dəqiqədən çox olmayaraq) içində bir mövzu
haqqında yazmaq və ya bir sualı cavablamaq imkanı verir. Bu çox zaman şagirdlərin tamamlayacağı
yarımçıq bir cümlə ilə başlaya bilər. Şagirdlər qələmi kağızın üzərindən çəkmədən sanki ucadan
düşünürlərmiş kimi yazırlar. Necə yazdıqlarına deyil, nə yazdıqlarına diqqət etməlidirlər. Müəllim
bir neçə şagirddən yazdıqlarını oxumalarını xahiş edə bilər. Cəld yazı texnikası çox vaxt gözlənti
yaratma və ya birləşdirmə mərhələsində istifadə olunur. Cəld yazı riyaziyyat da daxil olmaqla bütün
tədris fənləri çərçivəsində istifadə oluna bilər.
Sərbəst yazı
Sərbəst yazı Cəld yazı üsuluna oxşardır, lakin burada şagirdlərə daha çox vaxt verilir. Müəllim
şagirdlərə 5-10 dəqiqə müddətində bir mövzu haqqında mümkün qədər çox şey yazmalarını təklif edir.
Vaxt başa çatdıqdan sonra yazmaqda olduqları son fi kirlərini tamamlamaq üçün şagirdlərə daha bir
dəqiqə vaxt verilə bilər. Cəld yazı işində olduğu kimi şagirdlər qrammatika və orfqrafi ya qaydalarına
deyil, sadəcə ideya və fi kirlərə diqqət yetirməlidirlər. Bu üsulu bütün fənlərə tətbiq etmək olar.
Şagirdlərə yazdıqları fikirləri paylaşma imkanı verilməlidir. Ümumiyyətlə, Sərbəst yazı birləşdirmə
fəaliyyəti kimi istifadə olunur, lakin gözlənti yaratma mərhələsində də istifadə oluna bilər.
İki hissəli gündəlik

İki hissəli gündəlik şagirdlərə mətni anlayaraq oxumağa və sonra isə mətndə rastlaşdıqları fi kir və
ideyalarla qarşılıqlı təsirdə olmağa imkan verən bir texnikadır. İki hissəli gündəlik düzəltmək çox asan
bir işdir. Şagird ağ kağız vərəqinin ortasından şaquli bir xətt çəkir. Xətdən solda mətndən götürülmüş
və onlara təsir edən parçaları, sağ tərəfə isə sol sütundakı parçalar haqqındakı düşüncələrini yazır.
Комментариев нет:
Отправить комментарий