AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

I Bölmə üzrə KSQ


Səttar Bəhlulzadə.


1 -6 – cı suallar mətnlə bağlıdır.
   Görkəmli Azərbaycan rəssamı,Azərbaycan boyakarlıq sənətinin yaradıcılarından biri Bəhlulzadə Səttar Bəhlul oğlu ( 1909 – 1974 ) Bakının Əmircan kəndində anadan olmuşdur.Azərbaycan rəssamlıq məktəbində Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
   Yaradıcılığa məşhur rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qazetində başlamışdır.Yaradıcılığının ilk illərində tarixi mövzular və şəxsiyyətlərin təsviri – “Babək üsyanı”, ”Fətəli xan”, “Xəttat Mirəli” əsas yer tuturdu.
Müharibədən sonrakı yaradıcılığında Bakı neft mədənləri,bağlar, kəndlər,təbiətin təsvirinə aid mənzərə janrlı rəsmlər yaratmağa başladı.”Buzovna neft mədənləri”, ”Əmircan”,”Qudyalçay vadisi” , “Yuxarı Daşaltı”  və s. bu əsərlərdəndir.
Yaradıcılığında “Neft daşları” , mənzərə silisiləsi xüsusi yer tutur ki, bu da çoxlu rəsmlər kompleksindən ibarətdir.Bakıda coxlu komplekslər var.
1.Mətnə əsasən düzgün olmayanı müəyyənləşdirin:
A. S.Bəhlulzadə Bakıda anadan olub.
B. Yaradıcılığa”Komsomol” qəzetində Ə.Əzimzadənin və K.Abdullayevin köməyi ilə başlayıb
C. Tarixi mövzuları təsvir edib.
D. Yaradıcılığında mənzərənin təsviri xüsusi yer tutub.
E. Yaradıcılığında neft mədənlərinin və “Neft Daşları”nın təsviri də üstünlük təşkil edib.
2.Mətndəki “xəttat” sözünün mənası nədir? 
A.nasir        B.yazıçı        C.şair         D.hakim          E.gözəl xətlə yazan
3.Mətndə hansı abzasda səhv yazılmış söz var?
A.I , II     B. II , IV      C.III,IV     D.III, IV  E.I,IV
4.Hansi abzasdakı fikir mətndə artıqdır?
A.I , II     B. II , IV      C.III,IV     D.III, IV  E.IV
5.Mətndə fərqləndirilmiş sözlərin ümumi xüsusiyyətini seçin:
A. Hamısı düzəltmə ümumi isimdir.
B. Hamısı mürəkkəb sifətdir.
C. Hamısı sadə ümumi isimdir.
D. Hamısı sadə, düzəltmə ümumi isimdir.
E. Hamısı hal şəkilçisi qəbul etmiş mürəkkəb ümumi isimdir.
6.Mətndə  işlənmiş düzəltmə sifətləri seçib yazın:
1.məşhur     2.boyakarlq      3.tarixi      4.janrlı     5.görkəmli
A.1,2,5    B.1,3,5    C.3,4,5   D.2,4,5       E.1,4,5
7.Qeyri - müəyyən yiyəlik hala aid edilmiş xüsusiyyətlərdən hansı yanlışdır?
A. Qeyri – müəyyən yiyəlik hal adlıq hala bənzəyir.
B. Qeyri  - müəyyən yiyəlik hala adlıq halda olan sözlərə verilən suallar adlıq haldakı kimidir.
C. Qeyr- müəyyən yiyəlik halda olan sözlər II npv təyini söz birləşmələrinin asılı tərəfləri olur.
D. Həmişə qeyri – müəyyən yiyəlik halda olan sözləri müəyyən yiyəlik hala çevirmək ola bilər.
E. İnsan adları qeyri – müəyyən yiyəlik halda ola bilər.
8.”Kitab” sözü qeyri – müəyyən yiyəlik halda işlənən cümləni seçin:
A. Kitabın məktəbdədir.
B. Kitabın səhifəsi yoxdur.
C. Kitabını axtar.
D. Kitab yarmarkası təşkil edilir.
E. Kitab biliyin mənbəyidir.
9.Çıxışlıq haıda olan ismin fərqli tələffz edildiyi cavabı seçin:
A. Meyvələr ağacdan dərildi.
B. Kitablar uşaqlardan yığıldı.
C. Qaşıqlar stolun üstündən götürüldü.
D. Bunu biz dünəndən bilirik.
E. Biz evdən gələcəyik.
10.Cəmdə işlənmiş tələffüzü fərqli olan  isim hansı cümlədədir?
A. Qocalar hər zaman ağıllı məsləhət verirlər.
B. Bizlər yaşlı nəslə hörmət etməliyik.
C. Çəmənlikdəki otlar artıq göyərməyə başlayır.
D. Kitabları  cırmaq olmaz.
E. Bunları sizə kim deyib?
11.Xəbərlik şəkilçisi ilə işlənən ismi seçin:
A. Bunlar bizim gözəllərdir.
B. Dar gündə xalqın dayağı onun qəhrəmanlarıdır.
C. Mükafatı alan birincilərdir.
D. Artıq hava işıqlıdır.
E. Bu çox məşhur kitabdır.
12.Fikirlərdən biri doğrudur:
A. Təsirlik halda olan sözlər cümlədə həm mübtəda , həm də tamalıq ola bilir.
B. Yiyəlik halda olan sözlər tək şəkildə bütün cümlə üzvlərinin yerində işlənə bilər.
C. ))Adlıq halda olduğu kimi yiyəlik və təsirlik halda olan sözlər şəkilçisiz ola bilər.
D. Yönlük,yerlik,cıxışlıq halda olan sözlər yalnız zərflik ola bilər.
E. Təsirlik halda olan sözlər xəbər kimi işlənə bilər.
13.Asılı tərəfi sifət , əsas tərəfi isim olan söz birləşməsini seçin:
A. Danışan tələbə
B. Oxumaq arzusu
C. Həyətin hasarı
D. Hamının arzusu
E. Evdəki şkaf
14.Məntiqi ardıcıllığı tamamlayın:
Gözəllik,insanlıq,dostluq,yaxşılıq ......
A.birinci     B.tarixi     C.lazımi      D.etibarsız     E.))yaşıllıq
15. ⌐¬ÙÇÇÇ
A.  Yaşıllıqlar
B. Ağıllıların
C. Insanlığımıza
D. D.bildiklərimiz
E. ağıllılarımızın
16.Biri ismə aid qrammatik şəkilçi kimi işlənmir?
A.- lar 2   B.-dı 4    C. - a 2     D.-lıq 4    E.- am 2
17.Sözlərdən hansı həm isim , həm də sifət kimi işlənə bilər? 
A.dolu   B.baş    C.yağ    D.ay    E.dad
18.Asılı tərəfi düzəltmə sifət olan söz birləşməsini seçin:
A.maraqlı insan    B.məşhur insan  C.tanınmış insan   D.tanınası insan     E.tanıdığımız insan
19.- ma2 şəkilçisi hansı cümlədə inkar şəkilçisidir? 
A. Burma saçlar ona çox yaraşır.
B. Vurma cədvəlini oyrənməsəniz hesablamada çətinlik çəkəcəksiniz.
C. Yoldaşlarınla oynayan zaman onlarla mübahisə etmək olmaz.
D. Dondurma boğazını ağrıdar.
E. Yeməyi soyuq yemə.
20.Bunlardan hansı feildən feil düzəldən şəkilçi deyil? 
1-  la            2 -ın 4                3 - lan 2         4-dır 4          5- ırğa              6-ımsa2 
A.1,3,5       B.2,4,5         C.1,2,3    D.3,4,5    E.2,3,5     

Комментариев нет:

Отправить комментарий