XX əsrin 70-80-ci illərində koqnitiv psixoloqlar Piajenin ideyasını tədris metodikası sahəsinə da
şamil etdilər (Neisser, 1976; Pearson və Anderson, 1984). Şagirdlər yeni məlumatları artıq malik
olduqları biliklərdən (hansı ki, bunların bəziləri səhv, natamam, hətta mənbəsiz olsa belə) istifadə
edərək öyrəndikləri üçün müəllimlər dərsə bu bilik və təsəvvürlərə istinad edərək başlamalı və
10
şagirdləri suallar vermək və öyrənmək üçün məqsədlər müəyyən etmək istiqamətində həvəsləndirərək
dərsə hazırlamalıdırlar.
Şagirdlər başa düşmək yolu ilə, yəni kəşf və tədqiq edərək öyrəndikləri üçün müəllimlər şagirdləri
suallar verməyə və araşdırmalar aparmağa həvəsləndirməlidirlər. Suallar vermək və araşdırmalar
aparmaq inkişaf etdirilə bilən bir qabiliyyət olduğu üçün, müəllimlərin şagirdlərə məlumatı
araşdırmağı, müzakirə etməyi, axtarmağı və qərar qəbul etməyi hansı yolla edəcəklərini göstərmələri
vacibdir.
Nəhayət, öyrənmə aktı köhnə təsəvvürlərimizi dəyişdirmək və yeni məlumatlar əldə etmək
imkanımızı artırmaq mənasına gəldiyi üçün müəllimlərin şagirdlərin yeni əldə etdikləri məlumatları
düşünmələri, mənalarını müzakirə etmələri, bunlardan funksional şəkildə istifadə etmələri və mövzu
barəsindəki köhnə fi kirlərini yeniləri ilə birləşdirərək, əgər ehtiyac olarsa, hətta dəyişdirmələri
istiqamətində həvəsləndirmələri vacibdir.
Bu bələdçi kitabın içindəki əsas dərslərin ümumi bir çərçivədə hazırlandığını görəcəksiniz. Piaje
və onun ardıcıllarının ayırdığı təlim mərhələlərinə uyğun olaraq hər bir dərsdə üç mərhələ yer alır.
Комментариев нет:
Отправить комментарий