AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

III Bölmə üzrə KSQ

Gəmiricilər.

1 – 6 – cı suallar mətnlə bağlıdır.
Gəmiricilər iti qabaq dişlərə malik olan heyvan sinfidir.Bu dişlər onların bütün ömürü boyu böyüyür.Bu heyvanlar öz dişlərinin köməyi ilə qidanı gəmirir və özləri üçün yuva qazırlar.”Guerilla” sözü ispan dilindən götürülüb.Qunduzlar özlərinə yuva qurmaq üçün ağac gövdələrini belə gəmirərək bəndlər düzəldirlər.
Gəmiricilərin 2000 növdən ibarət sırasına həm də siçanlar,siçovullar,oxlu kirpilər və dələlər daxildir. Ən böyük Cənubi Amerikada olan gəmirici kapibara və ya su donuzudur.O, nəhəng dəniz donuzuna bənzəyir, 1,25 metr uzunluğa 45 kq – dan çox çəkiyə malikdir.Ən balaca gəmirici Avropa çöl siçanıdır.Onun uzunluğu 7 sm - ə yaxındır.
1.Mətnə görə düzgün olmayan fikir hansıdır?
     A.   Gəmiricilərin 2000  növü var.
    B.   Ən böyük gəmirici Cənubi Amerikadadır.
    C.   Qunduzlar özlərinə yuva qurmaq üçün ağac gövdələrini belə gəmirərək bəndlər düzəldirlər.
    D.   Ən kiçik gəmirici Avropa çöl siçanıdır.
    E.Gəmiricilər dişləri olmadan da qidalana bilərlər.
2.Hansı sözlə başlayan cümlə mətnin məzmunu ulə səsləşmir?
     A.   Qunduzlar ..........
     B.   Cənubi Amerika .......
     C.   Bu heyvanlar ........
     D.   O, nəhəng ..........
     E.   “Guerilla”  ........
3.Mətndəki fərqləndirlmiş sözlər haqqında ümumi, ortaq fikir hansıdır? 
A.   Bu əvəzliklər quruluşca sadədir.
B.   Eyni məna növünə aiddir.
C.   Eyni cümlə üzvünə aiddir.
D.   Eyni suala cavab verir.
E.   Quruluşca düzəltmədir.
4.Mətndə orfoqrafik normaya uyğun gəlməyən söz hansı cümlədədir? 
A. I                B.II        C.III                 D.IV               E.V
5.Mətndə əvəzlik işlənməyən neçə cümlə var?O-1
A. 3                    B.1            C.4            D.6          E.5
6.Mətndə gəmiricilərin neçə növü haqqında məlumat var?
A. 3                    B.1            C.4            D.7          E.5
7.Bu fikirlərdən hansı uyğunsuzluq təşkil edir?
A.   Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
B.   Şəxs əvəzlikləri müəyyən təsirlik halda olmur.
C.   Şəxs əvəzlikləri hallanır.
D.   Şəxs əvəzlikəri qeyri-müəyyən təsirlik halda ola bilmir.
E.   “Siz” əvəzliyi hörmət mənasında böyük hərflə də yazıla bilir.
8.Əvəzlik haqqında verilənlərdən hansı fikir yanlışdır?
A.   Əvəzlik ismi əvəz edə bilir.
B.   Əvəzlik sifəti əvəz edə bilir.
C.   Əvəzlik sayı əvəz edə bilir.
D.   Əvəzlik zərfi əvəz edə bilir.
E.   Əvəzlik əvəzliyi  əvəz edə bilməz.
9.Qeyri  - müəyyən əvəzlik işlənməyən cümləni seçin:
      A.   Kimsə gəldi.
      B.   Hamı Vətən üçün çalışmalıdır.
      C.   Biri bizə kömək edə bilər?
      D.Hər adam bunu bilərmi?
      E.  Bəziləri hörmətə layiq deyil.
10.İşarə əvəzlikləri haqqında düzgün olmayan fikirlər hansıdır?
      A.O,bu,elə,bəzi,belə əvəzlikləri işarə əvəzlikləridir.
     B.İşarə əvəzlikləri necə? nə cür? hansı? suallarına cavab verir.
     C.İşarə əvəzlikləri quruluşca yalnız sadə olur.
     D.İşarə əvəzlikləri sifəti və zərfi əvəz edə bilir.
     E.   Belə,elə əvəzliyi ədatla omonimlik təşkil edə bilir.
11.Təyini əvəzliklər haqqında yanlış fikir hansıdır?
     A.   Təyini əvəzliklər sifəti əvəz edir.
     B.   Quruluşca yalnız sadə olur.
     C.   Necə? hansı? suallarına cavab olur.
     D.  Cəmlənir
     E.   İsimləşə bilən təyini əvəzliklər var.
12.Əvəzliyin hansı məna növü qramatik şəkilçi qəbul etməzsə,ismi əvəz edə bilməz? 
A.İşarə əvəzliyi        B.Təyini əvəzlik         C.Şəxs əvəzliyi           D.Sual əvəzliyi
E.Qeyri-müəyyən əvəzliklər.
13.Sual əvəzlikləri haqqında düzgün olan fikir hansıdır?
     A.  Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edə bilər.
    B.   Quruluşca sadə və mürəkkəb olur.
    C.   Bir sual əvəzliyi bir nitq hissəsini əvəz edə bilər.
    D.   Sual əvəzlikləri nəinki,köməkçi nitq hissələrini,həm də köməkçi nitq hissələrini əvəz edə bilər.
    E.   Sual əvəzliyinin qrammatik şəkilçiləri var.
14.”Biz  bu gün qocalara yardım etmək üçün təbliğat apardıq” cümləsində əvəzliyin morfoloyi təhlili ilə bağlı düzgün cavab hansıdır? 
    A.   Quruluşca düzəltmədir.
    B.   Qeyri -müəyyən əvəzlikdir.
    C.   Hal şəkilçisi qəbul edib.
    D.   Mənsubiyyət şəkilçisi qəbul etməyib.
    E.   İsimləşməyib.
15.O,buəvəzliyindən sonra nə zaman vergül işarəsi yazılır?
     A.   Təyin kimi işlənəndə
     B.   Köməkçi nitq hissələri ilə işlənəndə
     C.   Sifəti əvəz etdikdə, onlardan sonra  isim, sifət, say ,zərf gələrsə
     D.   İsmi əvəz etdikdə,onlardan sonra əvəzlik,feil və köməkçi nitq hissələri gələrsə.
     E.   İsmi əvəz etdikdə,onlardan sonra  isim, sifət, say ,zərf gələrsə.





Комментариев нет:

Отправить комментарий