H.ƏLİYEV VƏ DİLİMİZ


 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

"Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm"
(H.Əliyev)

Картинки по запросу h.əliyev
Ana dilimizin varliği bizim milli mənəvi dəyərlərimizi yaşadan, inkişaf etdirən ən vacib dəyərlərimizdəndir.. Dil hər bir xalqın varlığının ən əsas göstəricisidir.. Azərbaycan dili xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır.Başı bəlalar çəksə də xalqımızın varlığının sübutuna  xidmət edən ana dilimiz qədim tarixə malik , illərin sınağından çıxan ən dəyərli və əhəmiyyətli mənəvi sərvətimizdir. Dilimiz dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, bayrağimiz  qədər toxunulmaz və  müqəddəsdir.
Azərbaycan dilinin ilk dəfə dövlət dili səviyyəsində yüksəlməyi Şah İsmayıl Xətainin dövründə baş versə də sonralar yad ünsürlər hər zaman buna qarşı  çıxmışlar.Yenidən Azərbaycan dilinin   dövlət dili elan edilməsi  ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.H.Əliyevin bu sahədə gördüyü işlər danılmazdır.Bu sahədə H.əliyevin çox böyük xidmətləri olmuşdur. 
O,Azərbaycan dilinin dövlət dili kimi yüksəlməsi üzərində işlərə hakimiyyətə gəldiyi
ilk günlərdən başlamışdır.
Azərbaycan dilini  dərindən bilən , lüğət tərkibi  və qrammatik cəhətdənidilimizi yaxşı bilən H.Əliyev həmişə  tədbirlərdə,müşavirələrdə etdiyi çıxışları ilə bunu sübut etmişdir. O,doöma dilinə olan sevgisini hər zaman vurğulamış və dövlət səviyyəli tədbirlərin və görüşlərin çoxunda doğma dilində danışmış və çıxış etmişdir.1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və
faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında
maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində
 həmin maddə öz əksini tapmamışdı.
Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə
 və maneələrə böyük hünərlə sinə gərmişdi.
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi 
böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin
 təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan
 dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən
 böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin
 milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin 
inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə
 nail olmuşdur.
Ümummilli liderimiz  dilimizin inkişfı və yüksəlişi üçün əlindən gələn hər bir xidməti
göstərir., bu sahədə dövlət islahatları həyata keçirirdi.Birinci olaraq dilçi alimlərə diqqət
və qayğını ön plana çəkən ümummilli lider Azərbaycan dilində nəşrlərin sayının artırılması,
televiziya və mətbuatın  Azərbaycan dilində yayımlanması üçün lazımi göstərişlər verirdi. 
 tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev
 digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, 
milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və 
inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin -
 Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin 
necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox 
böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. 
Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə
 qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət 
dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və
 qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar 
qəbul edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev
 dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 
18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə 
dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli 
yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi 
sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin 
Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın
heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi
 işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli 
maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da,
 bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin 
müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə 
həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı 
sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya 
aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider
 Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev
 bu siyasəti uğurla davam etdirilir.
Ulu öndərin azərbaycan dilinin saflığı,təmizliyi və qorunması uörunda gördüyü işlərin
davamı çox uğurla apraılır və dilimiz saflığı və təmizliyi üçün vacib olan işlər həmişə
 diqqqət mərkəzindədir.

Комментариев нет:

Отправить комментарий