vasitəsilə həyata keçirmək nəzərdə tutulur:
1. Cəmiyyət və təsviri incəsənət
2. Təsviri və dekorativ yaradıcılıq
3. Estetik reaksiya
Cəmiyyət və təsviri incəsənət. Bu məzmun xətti cəmiyyətdə təsviri incəsənətin
rolu, cəmiyyət və təsviri incəsənət arasındakı əlaqələr, təsviri incəsənətin cəmiyyətdə
baş verən tarixi hadisələrin mahiyyətinin dərk olunmasında müxtəlif nümunələrin
əhəmiyyəti, milli və dünya təsviri incəsənət tarixinin görkəmli nümayəndələri,
onların məşhur əsərləri haqqında məlumatları əhatə edir.
Cəmiyyətdə baş verən müxtəlif hadisələrin, xalqımızın, eləcə də dünya xalqlarının
tarixi, mədəniyyəti, adət-ənənələri haqda məlumatların şagirdlərə mənimsədilməsində,
təsviri sənət əsərlərinin informativ-kommunikativ imkanlarının dərk olunmasında
bu fənn mühüm vasitə kimi çıxış edir.
Digər fənlər vasitəsilə mənimsədilən tarixi faktların, hadisələrin və şəxsiyyətlərin
təsvirlərdə əks olunması şagirdlərdə dolğun və əyani təsəvvürlərin formalaşmasına
əhəmiyyətli təsir göstərir.
Cəmiyyət və təsviri incəsənət əlaqələrini əks etdirən bu məzmun xətti üzrə müəyyən
olunan bilik və bacarıqlar şagirdlərdə milli və beynəlmiləl dəyərlərə maraq
və hörmət hissi aşılayır, insan cəmiyyətinin mədəni, siyasi və iqtisadi həyatı haqqında
geniş və dolğun təsəvvürlər yaradır, müxtəlif dövrlərdə mövcud olan cəmiyyətlər,
onların tərkib hissələri və özünəməxsus xüsusiyyətləri haqqında geniş və
rəngarəng məlumatlar verir.
Təsviri və dekorativ yaradıcılıq. Təsvir yaradarkən şagird hadisələri, obyektləri
və predmetləri dərk etdiyi tərzdə vizuallaşdıraraq onların mahiyyətinə, qarşılıqlı
əlaqələrinə və fərdi xüsusiyyətlərinə öz münasibətini bildirir.
Təsviri yaradıcılıq prosesi şagirdlərin əqli və estetik inkişafına əhəmiyyətli dərəcədə
müsbət təsir göstərir, onların görmə yaddaşının, mühit və məkan duyumunun,
obrazlı təsəvvür qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Təsviri yaradıcılıq fəaliyyəti gerçəkliyi dərk etmək, obrazlı və məntiqi düşünmək,
hiss və duyğuları vizual obrazlarda əks etdirmək bacarıqlarının təmin edilməsində
başlıca vasitə hesab olunur. Bu prosesdə şagird keçmişə və gələcəyə obrazlı
münasibətini bildirmək imkanları əldə edir.
İnsan mənəviyyatının mühüm tərkib hissəsi olan gözəlliyə tələbatın ödənilməsində
təsvir yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Yaradıcılıq prosesi şagirdlərdə
daxili aləmlə xarici aləm arasında əlaqələrin yaranmasını, müxtəlif təsvir
üsullarının mənimsənilməsini təmin edir, onların cəmiyyətə daha fəal inteqrasiyasına
və özünütəsdiqinə geniş imkanlar yaradır.
Təsviri sənətin mühüm hissəsi olan, istər müstəvi səth üzərində (qrafika, rəngkarlıq),
istərsə də üçölçülü plastik forma yaratmaq bacarığı (heykəltəraşlıq) şagirddə
forma hissiyyatını təmin etməklə yanaşı, onun forma gözəlliyindən və kamilliyindən
zövq almaq qabiliyyətini inkişaf etdirir.
Təsviri və dekorativ yaradıcılıq şagirdlərə eyni zamanda tərtibat, quraşdırma və
dizayn bacarıqları aşılayır.
Dekorativ yaradıcılıq insanın bəzəyə olan təbii tələbatını ödəyir və onun estetik
aləmini zənginləşdirərək bədii zövqünün formalaşmasına, bu sahədə milli ənənələrin
davam etdirilməsinə güclü təsir göstərir.
Dekorativ kompozisiya və dizayn (tərtibat) işlərinin yerinə yetirilməsi şagirdin
bədii düşüncə, zövq, ənənə daşıyıcısına çevrilməsinə imkan yaradır.
Dekorativ yaradıcılıq prosesi şagirdlərin abstrakt və estetik düşüncə qabiliyyətini
inkişaf etdirərək rənglərin, formaların, ölçülərin vəhdət prinsiplərini və qanunauyğunluqlarını
mənimsəmələrini təmin edir.
Estetik reaksiya. Təsviri və dekorativ sənət növlərinə aid nümunələr təbiətin,
ətraf aləmin insanın daxili aləminə, hislərinə, duyğularına təsirindən yaranır. Şəxsiyyətin
mənəvi dünyasında gözəllik təsəvvürləri (meyarları) incəsənət vasitəsilə
formalaşaraq, termin, anlayışlar və bədii ifadə vasitələri (rəsm, heykəl, dekor, kompozisiya)
şəklində əks olunur. Şüurlu, mükəmməl mənimsəmə estetik-emosional
hislərin yaranmasında və formalaşmasında mühüm rol oynayır.
Azərbaycan və dünya incəsənəti tarixini təşkil edən əsərlər zaman keçdikcə
mədəni, bədii, mənəvi dəyərlərin ifadəsi kimi meydana gəlmiş, milli və ümumbəşəri
dəyərlərin maddiləşmiş daşıyıcılarına çevrilmişdir.
Təsviri incəsənət əsərləri ilə təmasda olmaq şagirdə milli və ümumbəşəri dəyərlərə
yiyələnməklə, bir növ, mədəni mübadilə prosesi yaşadır. Təsviri və dekorativ incəsənət
əsərlərinin şəxsiyyətə göstərdiyi təsir nəticəsində şagirdlərdə estetik-emosional
meyar və normalar, mənəvi zənginləşmə və mədəni tolerantlıq formalaşır,
hissiyyat diapazonu daha da genişlənir.
Təsviri və dekorativ sənət əsərlərinin qavranılması estetik zövqün, emosional
duyğuların kamilləşməsini və hissiyyat aləminin zənginləşməsini təmin edir. İncəsənət
əsərlərinə, hadisələrinə və fenomenlərinə şagird tərəfindən verilən estetik
reaksiya gözəlliyi duymaq və qiymətləndirmək (dəyərləndirmək) qabiliyyətlərinin
göstəricisi kimi çıxış edir.
Təsviri incəsənət fənninin mənimsənilməsi nəticəsində formalaşdırılan və inkişaf
etdirilən bədii həssaslıq və emosional qavrama bacarıqları şagirdlərin mənəvi
dünyasını zənginləşdirir, onlarda milli və ümumbəşəri dəyərlərə hörmət, humanizm,
şəfqət hislərini güclə
Комментариев нет:
Отправить комментарий