
Ən uğurlu siniflər şagirdlərin öz fi kirlərini yaratmağa və tənqidi düşünməyə həvəsləndirildiyi
siniflərdir (Halpern, 1996; Kurland, 1995; Unrau, 1997). Tənqidi düşünmə bizə biz nə düşünürük və
niyə başqa cür deyil, məhz belə düşünürük kimi suallar üzərində fi kirləşmək imkanı verir. Başqa sözlə
özümüzün qərar vermə və problem həll etmə vasitələri üzərində düşünməyimizi təmin edir. Tənqidi
baxışla düşünə bilmək düşüncələrimizin şüurlu olaraq bir məqsədə yönəlməsi deməkdir. Düşüncə və
fi kirlərimiz əvvəlcədən verilmiş hökmlərə bağlı deyil, məntiqimizə və fərqli mənbələrdən toplayaraq
süzgəcdən keçirib bir yerə cəmlədiyimiz məlumatlara söykənir. Ancaq tənqidi bir şəkildə düşünə
bildiyimiz zaman nəyi, necə düşündüyümüzün fərqinə vara bilərik. Tənqidi düşünə bilən şagirdlər
öyrənməkdən zövq alırlar. Öhdələrinə götürdükləri ən çətin zehni tapşırıqlarda belə bunun bir özünü
inkişaf etdirmə və öyrənmə fürsəti olduğunun fərqinə varırlar. Belə şagirdlər həm sinif şəraitində,
həm də həyatda tənqidi düşünmək bacarıqlarından istifadə etmək fürsətlərini dəyərləndirirlər və bu
bacarıqlardan həvəslə istifadə edirlər. Müəllimlər üçün də öyrətmə təcrübəsini maraqlı və cəlbedici
edənlər də belə şagirdlərdir.
Tənqidi düşünmə və fəal öyrənməni araşdıran və öyrədən şəxslərin (məsələn, Anderson, 2000)
öyrətmə və öyrənmə hədəflərini müəyyən edərkən istifadə etdikləri yollardan biri sual qrupları (və
ya növlərini) və öyrətmə hədəflərini yaratmaqdır. Bunun arxasında duran ünumi fi kir belədir ki,
12
bir məlumatı sadəcə xatırlamaq çox “aşağı səviyyədə” bir sual və hədəfdir. O biri başdakı “yuxarı
səviyyə” qrupunda isə yeni fi kirlər yaratmaq vardır. Burada ən aşağı səviyyədən (xatırlamaq) ən
yuxarı səviyyəyə (yaratmaq) uzanan sual və hədəf qruplarını özündə əks etdirən bir siyahı verilmişdir.
Hər səviyyədə çalışmağın lazım olduğu inkar edilməzdir. Ancaq müəllimlər sadəcə yaddaş və
xatırlama tələb edən suallardan da o tərəfə keçərək şagirdlərin konkret məlumatlar əldə edərkən belə
tənqidi düşünmənin yuxarı səviyyəsinə çıxmalarına kömək etmiş olacaqlar. Yuxarı səviyyəli suallar
vermək və yuxarı səviyyədə hədəflərə çatmaq müəllimlərin sinifləri tənqidi düşünmə tətbiq edilməsini
dəstəkləyəcək şəkildə yenidən qurmasını gərəkli edir. Son illərdə təhsil işçiləri və tədqiqatçılar
siniflərin bu istiqamətdə yenidən qurulması mövzusunda bəzi əsaslar müəyyən etmişlər (Herrenkohl,
1998, Herrenkohl,1999).
Комментариев нет:
Отправить комментарий