DƏRSLƏRDƏ LAYİHƏ İŞ FORMASININ TƏŞKİLİ


Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir.
Layihələr şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə
şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda
əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalaşdırır, təlim prosesini şagird üçün fəal və
mənalı edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növünə görə
layihələr məlumatlandırıcı, yaxud tədqiqedici olur. Davamlılığına görə qısamüddətli (bir
Картинки по запросу layihe derslervə ya iki dərs) və uzunmüddətli (bir ay və daha çox) olur.
İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif
mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.
Məlumatlandırıcı layihə obyekt və ya hadisə haqqında məlumatın toplanmasına,
təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmişdir. Məlumatlandırıcı layihənin
əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının
formalaşdırılmasıdır. Bu səbəbdən yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanmasında
bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində
məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.
Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiq müəyyən edilməsini
nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması,
tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi,
məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin
ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və
nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.

Комментариев нет:

Отправить комментарий