Təlim müzakirəsi (debat)
Şagirdləri bir mövzunun fərqli tərəfləri haqqında müzakirəyə yönəldən bir
müştərək öyrənmə metodudur.
Materiallar: Bu metodun tətbiq oluna bilməsi üçün xüsusi materiala ehtiyac yoxdur. Ancaq
düşüncələrini yazmaq üçün hər bir şagirddə kağız və qələm olması kifayət edər.
Vaxt: Bu tapşırıq təxminən 20 dəqiqə davam edir.
İşin gedişi:
I addım: Şagirdləri 4 nəfərlik qruplara ayırın və onlara üzərində müzakirə aparacaqları bir
sual verin. Sualın birmənalı şəkildə “bəli”, ya da “xeyr” deyə cavablandırılacaq formada
olmasına diqqət edin.
II addım: Şagirdlərin sualı 4 nəfərlik qruplarda müzakirə etməsini istəyin. Bu, şagirdlərin sualın
nə məna verdiyi və nə üçün əhəmiyyətli olduğu barəsində ortaq bir fikir meydana çıxarmalarına
imkan yaradacaqdır.
III addım: Daha sonra şagirdlərin soldan sağa saymasını istəyin: 1, 2, 3, 4. Bir və iki nömrəli
şagirdlərin “bəli” arqumentini, üç və dörd nömrəli şagirdlərin isə “xeyr” arqumentini müdafiə etməyə
hazırlaşmalarını söyləyin.
IV addım: Hər qrup içərisindəki tərəflərə bir kənara çəkilib öz mövqelərini müdafiə edəcək
arqumentlərin siyahısını tutmaq üçün 5 dəqiqə vaxt verin.
V addım: Beş dəqiqə sonra vaxtın bitdiyini xəbər verin. Bir və ya iki nömrəli hər bir şagirdə bir ya
da iki nömrəli başqa bir şagird tapmasını söyləyin. Üç və ya dörd nömrəli şagirdlər də üç və ya dörd
nömrəli başqa tərəfdaşlar tapsınlar. Üç dəqiqə ərzində tərəfdaşlarının düşündüyü səbəbləri dinləyərək
daha əvvəl öz ağıllarına gəlməmiş olanları qeyd etmələrini xahiş edin.
VI addım: Vaxt qurtardığında xəbər verin. Şagirdlərin ilk tərəfdaşlarının yanına qayıdaraq bütün
ideyaları bir yerə toplamalarını söyləyin. Daha sonra bütün tərəfdaşlar öz mövqelərini dəstəkləyəcək
ən yaxşı arqumentləri müəyyən etməli və 4 nəfərlik qruplarındakı digər tərəfdaşlarla debata
hazırlaşmalıdırlar. Debat keçirmək üçün onlar mövqelərini ifadə edən bir cümlə və bunu müdafiə
edən bir neçə yaxşı səbəb müəyyən etməlidirlər.
VIII addım: Debat 6-7 dəqiqə davam etsin. Sonra müəllim qruplara bildirir ki, artıq onlara təklif olunmuş mövqedən imtina edərək özlərinin həqiqətən dəstəklədikləri mövqeni müdafiə edə bilərlər. Qruplardan fi kir birliyinə, yəni hər kəsin qəbul etdiyi bir münasibətə gəlib-gəlmədiklərini soruşun.
IX addım: Debatdan çıxan nəticələri təqdim etmələri üçün hər qrupdan bir şagirdə söz verin.
Комментариев нет:
Отправить комментарий