"MÜZAKİRƏDƏ MÜTƏXƏSSİS ROLLARI" ÜSULU

Картинки по запросу MUZAKİRƏ USULUMüzakirədə mütəxəssis rolları konkret bir fənn sahəsində kiçik qrup müzakirələrini idarə etmək üçün istifadə olunan bir müştərək öyrənmə metodudur. Bu metoddan bir mətn oxunduqdan və ya bir mövzu təqdim edildikdən sonra istifadə olunur. Hamı eyni mətni və ya mövzunu müzakirə edir. Hər şagird fərqli bir roldan çıxış edərək mövzuya fərqli bir prizmadan yanaşır. Rollar qavramanın müxtəlif istiqamətlərini ortaya çıxaracaq şəkildə seçildiyi üçün bu metod şagirdlərin xüsusilə bu istiqamətləri fəal surətdə tətbiq etmə yolu ilə öyrənmələrini təmin edir. Şagirdlər daha sonra fərdi şəkildə işləyərkən bütün bu fərqli rolları birləşdirərək istənilən bir mövzunu geniş şəkildə anlama bacarığı qazanmış olacaqdır.
Əsaslandırma: Ədəbi mətnə müxtəlif nöqteyi-nəzərdən yanaşmaq mümkündür və bu metod şagirdlərin məhz bunu təcrübədən keçirmələrini təmin edir. Metod başqa fənlərə tətbiq olunduğu zaman bu fəndəki mövzular təhlil olunarkən istifadə edilən fərqli nöqteyi-nəzərləri ön plana çəkir. Metod şagirdlərə müzakirələrdə aktiv rol oynamağı, müzakirə mövzusu olan materialı tam şəkildə öyrənməyi, sinif yoldaşlarının öyrənməsinə məsuliyyət daşımağı və hər dəfə qavrama aspektlərindən birini təcrübədən keçirməyi öyrədir.
 İştirakçı sayı: Bu metod 4 və ya 5 nəfərlik qruplarla iş zamanı tətbiq olunur. Sinifdə istənilən sayda qrup yaradıla bilər.
 Materiallar: Əgər bir mətn oxunacaqsa, ya yüksək səslə oxuanacaq bir nüsxəyə, ya da şagirdlərin özləri oxumaları üçün yetərli sayda nüsxəyə ehtiyac olacaqdır. Əgər partalar yerindən tərpənirsə, qruplar şəklində dəyişdirilə bilər.
Vaxt: Bu tapşırıq 15-40 dəqiqə davam edir.
 İşin gedişi: I addım: Bu fəaliyyətdən əvvəl mətnin oxunmuş, ya da materialın təqdim olunmuş olması lazımdır. Müəllim əsas qruplardakı şagirdlərin sayı qədər rol seçir. Aşağıda ədəbiyyat dərsində istifadə olunacaq rollarla bağlı bəzi təkliflər irəli sürülür:
 Sitat axtaran: Bu şagirdin vəzifəsi qrupun dinləməsi üçün mətndə bir neçə özəl yer seçməkdir. Tədqiqatçı: Bu şagirdin vəzifəsi mətnlə əlaqəli hər hansı mövzuda informasiya tapmaqdır.
Əlaqələr axtaran: Bu şagirdin vəzifəsi mətnlə gerçək həyat arasında müxtəlif əlaqələr tapmaqdır. Sual verən: Bu şagirdin vəzifəsi (müzakirədən əvvəl) qrupun üzərində müzakirə açacağı suallar hazırlamaqdır. Bunlar onun başqaları ilə müzakirə etmək istədiyi suallar ola bilər.
Sözlər tapan: Bu şagirdin vəzifəsi qrupla müzakirə etmək məqsədilə qəribə, təəccübləndirici, əhəmiyyətli və ya yeni sözlər tapmaqdır. 
Obrazları izah edən: Bu şagirdin vəzifəsi obrazlar haqqında diqqətlə düşünmək və onları digər şagirdlərlə müzakirə etməkdir.
Rəssam: Bu şagirdin vəzifəsi əhəmiyyətli obrazları, hadisələrin cərəyan etdiyi yer və zamanı təsvir etmək, ya da davranışların şəklini çəkmək və bütün bunları müzakirəyə çıxarmaqdır.
 Səyahət təqibçisi: Bu şagirdin vəzifəsi mətndə obrazlar yer dəyişdirdiyində hərəkətlərini təqib etməkdir.
II addım: Şagirdləri 4-5 nəfərlik doğma (əsas) qruplara ayırın.
III addım: Bütün qruplardakı şagirdlər soldan sağa birdən beşə qədər saysın. Hər nömrəyə sizin təyin etdiyiniz rollardan birini verin.
IV addım: Ziqzaq üsulundakı kimi, hər bir rolun materialını öyrətməyin yollarını planlaşdırsınlar deyə şagirdləri ekspert qruplara göndərin. Məsələn, Sitat axtaran rolunda çıxış edəcək şagirdləri hansı sitatları seçəcəklərini və bu sitatların əsas qruplarda necə müzakirə ediləcəyini müəyyən etmələri üçün bir yerə toplayın. Şagirdlərə ekspert qruplarında işləmələri üçün 5-20 dəqiqə vaxt verin.
V addım: Şagirdləri doğma qruplarına geri çağırın. Doğma qruplarda hər şagirdə müzakirənin onun öhdəsinə düşən hissəsini aparması üçün müəyyən bir vaxt (3-5 dəqiqə) verin.
 Məsləhətlər: 
Aşağıdakı 5 məsləhət daha uğurlu nəticələrin əldə edilməsinə kömək edəcəkdir:
 1. Birincisi, bütün rolları tək-tək bütün sinfə öyrədin. Bir hekayə oxuyaraq və ya danışaraq, məsələn, əlaqələr axtaran rolunu izah edə bilərsiniz. Sonra mətndəki bir məqamla gerçək həyatdakı bir hadisə arasında əlaqə yaradıb diqqətlərini buna yönəldə bilərsiniz. Sonra bir neçə şagirddən eyni şeyi etmələrini istəyin. Beləliklə, şagirdlər rolların çoxu ilə qrup müzakirələrində istifadə edilmədən bir neçə gün içində tanış olurlar. 
2. Şagirdləri bildiklərini söyləmək yerinə, öhdələrinə düşən roldan çıxış edərək suallar verməyə təşviq edin. Məsələn, obrazları izah edən şəxs digər şagirdləri bir personajla bağlı obraz xəritəsi və ya obraz toru yaratmağa dəvət etməli və öz fi kirlərini yalnız digər şagirdlər fi kirlərini bölüşdükdən sonra söyləməlidir. 
3. Konkret bir müzakirə üçün yalnız ən faydalı rolları seçin. Bəzən dörd və ya beş rol yetərli olacaqdır. 
4. Şagirdlərin fərqli rolları tanımasına şərait yaradın. Hər şagird bir neçə müzakirə içində fərqli rollarda çıxış etsin; bu prosesdə qazanılan təcrübə şagirdlərin ədəbiyyatın müxtəlif aspektləri haqqındakı təsəvvürlərini genişləndirəcəkdir. 
5. Rollu oyunun ədəbi əsər haqqındakı dolğun bir müzakirənin önünə keçməməsinə çalışın. Şagirdlərə bu rolları oynadarkən əsas məqsəd bir əsər haqqında qavradıqlarını bölüşmələrini təmin etməkdir. Rollar bir vasitədir. Məhsuldar bir söhbət/müzakirə başladıqdan sonra rollardan əl çəkə və söhbətin sərbəst davam etməsinə imkan yarada bilərsiniz.

Комментариев нет:

Отправить комментарий