İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.
Məlumatlandırıcı layihə obyekt və ya hadisə haqqında məlumatın toplanmasına,
təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmişdir. Məlumatlandırıcı layihənin
əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının formalaşdırılmasıdır. Bu səbəbdən yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanmasında
bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində
məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.
Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiq müəyyən edilməsini
nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması,
tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.
Комментариев нет:
Отправить комментарий