KOMPÜTERDƏ PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ İLƏ BAĞLI ÜMUMİ TÖVSİYƏLƏR

Изтритите файлове могат ли да бъдат възстановени и как? İnformatika dərslərində praktik işlərin kompüter sinfində keçirilməsi çox vacibdir.
Kompüter sinfində işi düzgün təşkil etmək üçün müəllimə aşağıdakı məsələlərə diqqət
yetirmək tövsiyə olunur.Praktik dərslərdə şagirdlərin yerinə yetirəcəkləri tapşırıqların proyektor vasitəsilə şərh edilməsi nəzərdə tutulan bacarıqların reallaşdırılması üçün faydalı ola bilər. Proyektor
olmayan siniflərdə lövhədən və plakatlardan istifadə etmək mümkündür. Hər iki halda müəllim zəruri məlumatlar verə və işin yerinə yetirilmə ardıcıllığını izah edə bilər. Şagird işlərinin kompüterdə saxlanılması çox vacibdir. Yaxşı olar ki, hər bir şagird praktik məşğələlərdə eyni bir kompüterdə işləsin. Əgər bu mümkün deyilsə, onda çalışmaq lazımdır ki, şagirdlərin daim istifadə etdikləri iş qovluqları şəbəkə vasitəsilə bütün kompüterlərdən açıla bilsin. Bu məqsədlə müəllim hər bir şagird üçün kompüterdə ayrıca qovluq yaratmalıdır. Şagirdin bütün işləri öz adı ilə adlanan qovluqda saxlanılır.
Şagirdlərdə işlərini kompüterdə saxlamaq bacarığının formalaşdırılması çox əhəmiyyətlidir.
İşlərin saxlanmasının başqa səbəbi də odur ki, kompüterdə şagirdlərin hər biri üçün
ayrıca portfolio yaradılır. Müasir təhsil qiymətləndirmənin daha uzunmüddətli
müşahidələrə əsaslanmasını tələb edir. Bu baxımdan şagirdlərin işlərinin toplanması
onların bilik və bacarıqlarının inkişafının izlənməsi üçün böyük əhəmiyyət kəsb edir.
Portfolioların surətləri istənilən vaxt şagirdin özünə, yaxud valideyninə verilə bilər. Sinif
qovluqları yaradan zaman nəzərə almaq lazımdır ki, Windows XP əməliyyat sistemi
olan kompüterlərdə My Documents qovluğu iş masasında, My Pictures qovluğu isə
onun daxilində yerləşir. Bundan fərqli olaraq Windows 7 əməliyyat sistemində iş
masasında User (məktəblərin əksəriyyətində Pupil) qovluğu yerləşir. Onun içərisində isə
DocumentsPictures qovluqları olur.
Praktik dərslərdən əvvəl müəllimə bütün kompüterləri işə salmaq və nasazlıqları
mümkün qədər aradan qaldırmaq tövsiyə olunur. Dərsə başlayarkən kompüterlərin
qoşulu vəziyyətdə olması vaxta qənaət etmək baxımından çox əhəmiyyətlidir. Elə bu
məqsədlə bütün kompüterlərin iş masalarına istifadə olunan proqramların (mətn və qrafik
redaktor, təqdimat proqramı, ALPLogo, müxtəlif brauzerlər və s.) qısayol simgələri
çıxarıla bilər.
Kompüter sinfində işi düzgün təşkil etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək
lazımdır:
 uşaqlar kompüterdə işə o qədər aludə olurlar ki, uzun müddət ondan əl çəkə
bilmirlər. Ekran qarşısında çox oturmaq onların görmə orqanlarına və fiziki
sağlamlıqlarına mənfi təsir göstərə bilər;
 displeydə bir obyektə uzun müddət baxdıqda uşaq gözünün akkomodasiya qabiliyyəti
(fokusun dəyişməsi) xeyli zəifləyir. Buna səbəb odur ki, göz uzun müddət
monitordan eyni məsafədə yerləşən nöqtələrə zillənir. Ona görə də gözü
ekrandan çəkəndən sonra yaxında və uzaqda yerləşən obyektlərə fokusun uyğunlaşması
dərhal deyil, bir müddətdən sonra və tədricən baş verir;
 bütün diqqəti ekranda olan şagird gözlərini daha az qırpır. Bunun nəticəsində göz
almasının xarici səthi az islanır. Bu da gözün selikli qişasının qıcıqlanmasına
səbəb olur.
Sadalanan mənfi halların qarşısını almaq üçün müəllimə aşağıdakılar tövsiyə olunur:
1. Hər bir praktik dərsə başlayan zaman kompüter otağında davranış və
təhlükəsizlik qaydaları barədə şagirdlərə xatırlatmaq lazımdır.
2. Dərsə başlamazdan əvvəl hər bir şagirdə yaxınlaşıb onun monitorunun
parlaqlığını və kontrastlığını nizamlayın.
3. Kompüter siniflərində müxtəlif fəaliyyət növlərindən istifadə edilməsinə fikir
verin. Sinifdə kompüter stolları ilə yanaşı, adi partaların olması digər fəaliyyətlər
– kitab və dəftərlə iş, layihələrin işlənməsi və oyunların keçirilməsi üçün faydalı
olardı.
Müəllim praktik dərsləri, əsasən, üç mərhələdə qura bilər:
1. Şagirdlərdə maraq oyatmaqla yanaşı, dərsdə formalaşdırılacaq bacarıqlar noutbuk
və proyektor vasitəsilə nümayiş etdirilir, lazım olan təlimatlar verilir.
2. Şagirdlər kompüter qarşısında əyləşdirilir və onlar müəllimin nəzarəti ilə yeni
bacarıqları formalaşdıracaq tapşırıqları yerinə yetirirlər.
3. Şagirdlərin işlərinə baxış keçirilir, onların çətinlik çəkdikləri məqamlar müzakirə
olunur və işlər dəyərləndirilir.










Комментариев нет:

Отправить комментарий