TEMATİK DƏRS BOLMƏLƏRİ (İNTEQRASİYA )

Картинки по запросу TEMATİK DƏRSTematik dərs bölmələri şagirdlərə müxtəlif üstünlüklər təqdim edir:
1. Bu cür dərslər ayrı-ayrı fənlərin hüdudlarını keçərək müəllim və şagirdlərin maraqlarına uyğyn olaraq qurula bilər. Real həyatdakı tədqiqatlar kimi biliklərin birləşmiş keyfi yyətini ortaya qoyur və şagirdlərə bildikləri ilə bilmək istədikləri arasında təbii əlaqələr qurmaq imkanı verir.
2. Tematik bölmələrin öyrənilməsi zamanı şagirdlər mövzunun tədqiq edilməsində fəal surətdə və müxtəlif formalarda iştirak edirlər:

  • Suallar hazırlayırlar, 
  •  Tədqiqatı planlaşdırırlar,
  •  Mənbələr tapırlar, 
  •  Məlumatlar toplayırlar,
  •  Araşdırmalarını nizamlayırlar, 
  • Araşdırmalarını həmyaşıdlarına təqdim edir və öyrədirlər. 
3. Tematik bölmələr şagirdlərin dərs kitablarının hüdudlarından kənara çıxaraq, seçilmiş mövzunu əhatə edə biləcək bütün mənbələrdən istifadə etməsinə imkan yaradır. 
4. Şagirdlərin real, onlar üçün müəyyən məna kəsb edən işlər üzərində müştərək işləyə bilmələrinə fürsət verir. Müəllimlər fərqli qabiliyyətlərə sahib olan şagirdlərin ehtiyaclarını ödəmək üçün fərqli səviyyələrdə oxuma materialları təşkil edə bilərlər.
5. Zəif və güclü şagirdlər birlikdə səmərəli şəkildə işləyə bilər. 
Tematik bölmələr həm müəllimləri, həm də şagirdləri müəyyən çətinliklər qarşısında qoyur. Bu bölmələr aşağıdakıları tələb edir:
 1. Diqqətli planlaşdırma: müəllim şagirdlərin ehtiyac duyacağı mənbələrin yerini əvvəlcədən müəyyən etməlidir. 
2. Müəllim günlər, hətta həftələr boyunca birlikdə çalışacaq şagird qruplarının işini koordinasiya etməlidir. 
3. Müəllimin şagirdlərin ehtiyac duyacaqları vərdişlərə diqqət yetirməsi lazımdır. Müəllimin şagirdlərin istifadə etməsi lazım gələcək araşdırma, verilənlərin işlənilməsi, işin yazılması və təqdim olunması və s. vərdişlərlə əlaqədar “o anlıq” mini dərslər keçməsi lazım gələ bilər. “O anlıq” dərslər aşağıdakı mövzuların bəzilərini və ya hamısını əhatə edə bilər: 
• Material axtarmaq üçün kitabxanadan istifadə etməyi bacarmaq; 
• Müsahibə təşkil edərkən və apararkən təhlükəsizliyin və etik normaların gözlənilməsi; 
• Qeydlər aparmaq və onları izah etmək bacarığı; • Mənbələrin üst-üstə düşmədiyi zaman nə etmək lazım olduğunu bilmək; 
• Sorğu və ya anketdən istifadə etmək;
 • Anketlərdən əldə olunan məlumatları cədvəl halına gətirmək üçün qrafi klərdən istifadə etmək;
 • Hesabatların plan və eskizlərini hazırlamaq; 
• Hesabatların daha informativ və aydın olması üçün onları redaktə etməyi bacarmaq; • Hesabatları korrektə etmək; 
• Nəticələri paylaşmaq üçün şifahi təqdimat yazmaq. 
4. Bölmə tələb edir ki, müəllim öyrənməni müxtəlif meyarlar əsasında müxtəlif üsullarla qiymətləndirməyə hazır olsun; çünki, öyrənilənlər adətən yazılı imtahanların əks etdirə biləcəyindən daha çox olacaqdır. Tematik bölmə yaratmanın mərhələləri: Müəllimlər adətən tematik bölmələri özləri planlaşdırırlar. Planlaşdırmanın daha inkişaf etmiş formasında şagirdlər ən ilkin mərhələlərdən etibarən prosesə daxil edilirlər. Aşağıda bu prosesi addım-addım anladan bir nümunə verilmişdir:
 I addım: Tədris bölməsinin mövzusu seçilir. Müəllim fikri şagirdlərlə bölüşmədən əvvəl bölmə üçün bir sıra mümkün mövzular müəyyən edir. Mövzu tədris proqramı, şagirdlərin maraqları, sinifdə yaşanmış problemlər və ya xəbərlərdəki aktual bir hadisə əsasında müəyyən oluna bilər. Mövzunu sinfə təqdim etməzdən əvvəl müəllim mövzunu müxtəlif cəhətlərdən araşdırmaq üçün kifayət edəcək mənbənin olduğundan əmin olmalıdır.
 II addım: Mövzu təqdim olnur. Müəllim bir hekayə danışaraq və ya bir oçerk oxuyaraq şagirdlərdən mövzu ilə bağlı nələr bildiklərini və nələr bilmək istədiklərini soruşur (BİBÖ üsulundan istifadə etmək olar). Müəllim bəzi müşahidələr edə və ya suallar verə bilər.
 III addım: Şagirdlər Beyin həmləsi metodu ilə yarım başlıqlar irəli sürürlər. Müəllim şagirdlərdən mövzu ilə bağlı yarım başlıqlar çıxarmalarını və ya mövzunun fərqli cəhətlərinin araşdırılmasını təmin edəcək suallar siyahısı hazırlamalarını istəyir. Bütün sinif birlikdə mövzu ilə bağlı çoxlu yarımbaşlıq ya da sual ortaya çıxara bilərlər. Müəllim mövzu ilə bağlı əsas əhəmiyyətə malik məsələlərin də əhatə olunmasını və şagirdlərin mövcud mənbələrə yönləndirilməsini təmin edə bilmək üçün siyahıya öz suallarını da əlavə edir.
 Müəllim müxtəlif fənlərin mövqeyindən suallar ortaya çıxarır. O, bu sualları aşağıdakıları nəzərə alaraq hazırlayır:
Mövzu incəsənətdə, ədəbiyyatda, teatr sənətində, rəqs və musiqidə necə işlənib? Təbiət elmləri və riyaziyyat bu mövzunu anlamağımıza necə kömək edə bilər? Mövzu fəlsəfə sahəsində necə nəzərdən keçirilib? Bəs tarixdə? Mövzu ölkənin gündəmi üçün nə dərəcədə əhəmiyyətlidir? Bu mövzu hal-hazırda ictimaiyyətə necə təsir göstərir? Bu sinifdəki şagirdlərə necə təsir göstərir? 
Bu nöqtədə digər müəllimlərin və siniflərin də töhfəsi ola bilər. Müəllim şagirdlərin yarımbaşlıqlar siyahısını 5-6 daha maraqlı maddəyə qədər qısaltmalarını xahiş edir; bu zaman yarımbaşlıqların bəzilərini birləşdirmək olar.
IV addım: Müəllim və şagirdlər hər yarımbaşlıq haqqında daha çox məlumat əldə edə biləcəkləri mənbələri müəyyən edirlər. Müəllim şagirdlərə bu yarımbaşlıqlarla bağlı mümkün informasiya mənbələri haqqında məlumat və nümunələr verir: qəzetlər, bu mövzu üzrə mütəxəssislər, bədii əsərlər, sorğular, digər müəllimlər, İnternet.
V addım: Yarımbaşlıqlarla bağlı çalışmaları planlaşdıracaq qruplar yaradılır. Şagirdlər hər bir yarımbaşlığı araşdırmaq üçün qruplara ayrılır (onları hansı şagirdlərin birlikdə daha rahat işləyəcəyini bilən müəllim də qruplara ayıra bilər). Qrup üzvləri həyata keçirməyi planlaşdırdıqları çalışma haqqında yazılı təklif hazırlayırlar.
Müəllim şagirdlərə istiqamət vermək üçün aşağıdakı sualları divara asır:
• Hesabatınızda cavablayacağınız suallar hansılardır?
 • Hansı mənbələrdən istifadə edəcəksiniz (kitablar, müsahibə, sorğular)?
• Hər birinizin yerinə yetirəcəyi vəzifələr nələrdir?
 • Iş qrafi kiniz necədir (təklifi n verilməsi, araşdırmanın başa çatdırılması, hesabatın ilkin qaralama variantının hazırlanması, hesabatın təqdim olunması)?
• Müəllimlərin və ya başqalarının nə kimi yardımlarına ehtiyacınız olacaq?
 • Qrupunuzdakı hər bir kəsin çalışmada iştirakını necə təmin edəcəksiniz? Hər bir təklif müəllimə təqdim olunur; müəllim isə təklifləri gözdən keçirərək inkişaf etdirmələri üçün təkliflər verir.
VI addım: Müəllim şagirdlərin ehtiyac duyacaqları bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün “o anlıq” dərslər keçirir. Müəllim şagirdlərin ehtiyac duyacaqları araşdırma, verilənlərin işlənilməsi, yazı və təqdimetmə vərdişlərini əvvəlcədən müəyyən edir və proses zamanı ehtiyac duyula biləcək digər bacarıqların olub-olmamasını diqqətlə izləyir. Müəllim hər bir bacarığı aşılamaq üçün yaxşı planlaşdırılmış qısa dərslər keçirir. Bu tip dərslər üçün aşağıdakılar məsləhət görülə bilər:
• Kitabxanada material axtarmaq;
 • Bir müsahibə təşkil edərkən və apararkən təhlükəsizliyin və etik normaların gözlənilməsi;
• Qeydlər aparmaq və onları izah etmək;
 • Mənbələr üst-üstə düşmədiyi zaman nə etmək lazım olduğunu bilmək;
• Sorğu və ya anketdən istifadə etmək;
 • Anketlərdən əldə olunan məlumatları cədvəl halına gətirmək üçün qrafi klərdən istifadə etmək;
 • Hesabatların plan və eskizlərini hazırlamaq;
 • Hesabatların daha informativ və aydın olması üçün onları redaktə etməyi bacarmaq;
• Hesabatları korrektə etmək;
• Nəticələri paylaşmaq üçün şifahi təqdimat yazmaq. Tipik bir dərsdə müəllim lazım olan bacarığı nümayiş etdirir (rollu oyunlardan istifadə etmək olar) və dərhal sonra şagirdlərdən də həmin bacarıqdan istifadə etməyi sınaqdan keçirmələrini xahiş edir.
VII addım: Şagirdlər araşdırmalarını qrup halında çalışaraq həyata keçirirlər. Şagirdlərin birlikdə plan hazırlayıb işlərinə davam etmələri üçün sinifdə və ya məktəbdən kənarda vaxt ayrılır. Müəllim hər bir qrup daxilində şagirdlərə birlikdə həyata keçirəcəkləri müəyyən rollar verir: suallar verən, yoxlayan, vaxta nəzarət edən, fəal dinləyici və yekunlaşdıran. Müəllim hər bir şagirdə rolunun aydın olduğundan, şagirdlərin öz vəzifələrinin nələrdən ibarət olduğunu bildiyindən, iş prosesinin qrafi kə uyğun getdiyindən və maneələrin öhdəsindən gəlindiyindən əmin olmaq üçün qruplara müntəzəm surətdə nəzarət edir. Müəllim hər bir qrupun öz araşdırmaları haqqında ilkin məlumat vermələri üçün əvvəlcədən vaxt təyin edir. Bu mərhələdə müəllim daha artıq araşdırma aparılmasını təklif edə bilər. Hesabatlar bir yerə toplandığında mövzunun bütünlüklə əhatə olunub-olunmadığını gözdən keçirmək üçün hər qrupdan təmsilçilər və müəllimin iştirakı ilə yığıncaq keçirilə bilər.
 VIII addım: Qruplar işlərini təqdim edirlər. Təqdimatlar istənilən şəkildə həyata keçirilə bilər: şifahi məruzə, jurnal və ya kitab, afişalı təqdimat (hər qrup bir afişa hazırlayaraq ondan təqdimatlarının asan anlaşılması üçün vasitə kimi istifadə edə bilər), bir radio proqramı (real və ya xəyali), ya da parlamentə təqdim ediləcək bir qanun layihəsi (xəyali). Təqdimetmə müxtəlif auditoriyalar qarşısında həyata keçirilə bilər. Şagirdlər araşdırmalarını ilkin olaraq bir-birlərinə təqdim edə bilərlər, daha sonra məktəbdəki başqa sinfi n şagirdləri və ya yaşlı vətəndaş qrupları ilə də bölüşə bilərlər. Araşdırmalarının nəticələrini bir kitabça formasında yazıb məktəbin kitabxanasına da qoya, qəzet nəşrlərinə göndərə bilərlər.
IX addım: Sinif tamamlama işləri ilə bağlı qərar qəbul edir. Şagirdlər araşdırmalarının nəticələrini təqdim etdikdən sonra nə edəcəklərini müzakirə edirlər. Böyük ehtimalla yazmaqları lazım olan təşəkkür məktubları vardır; edə biləcəkləri başqa şeylər də ola bilər. Məsələn, əgər araşdırılmış mövzu problemlərin həll edilməsi ilə bağlıdırsa, bu mövzunun araşdırılmasına həsr olunmuş dərslərdə öyrənilənləri sinif və ya bütün məktəb öz gündəlik davranışlarına necə tətbiq edə bilərlər? Əgər mövzu dalğalarla bağlı olarsa, yeni baş vermiş tayfunun qurbanlarına necə kömək edə biləcəklərini fi kirləşə bilərlər. Bundan sonra artıq öyrənilmiş olan mövzudan çıxış edərək təhlil etmək istədikləri yeni bir mövzu irəli sürə bilərlər. Dalğalar haqqındakı çalışma onları dənizlərin öyrənilməsinə həsr olunmuş araşdırmalar aparmağa yönəldə bilər. Münaqişələrin həlli yollarının öyrənilməsi, etnik qruplar arasındakı münasibətlərlə bağlı araşdırmalara apara bilər.
X addım: Şagirdlərin öyrəndikləri qiymətləndirilir. Tematik bölmənin qiymətləndirilməsi adətən üç aspekt üzərində mərkəzləşir: 1. Şagirdlərin öyrəndiyi məzmun; 2. Istifadə etdikləri bacarıqlar və üsullar; 3. Şagirdlərin baxılan mövzu ilə bağlı təsəvvürlərinin genişlənməsi və dərinləşməsi

Комментариев нет:

Отправить комментарий