Vaxt: Bir dərs.
Işin gedişi: Riçard Paulun Sokratik suallara aid nümunələri bunlardır:
Mənanı aydınlaşdırmaq üçün suallar:
• ... deyəndə nə demək istəyirsiniz?
• ... deyərkən nəyə işarə edirsiniz?
• ... hansı misalı gətirə bilərsiniz?
• Niyə ... dediniz?
• Sizin dediyinizlə ... arasında hansı əlaqə var? Fərziyyələr haqqında suallar:
• Hansı fərziyyələr irəli sürürsünüz?
• Nəyə görə belə fərz edirsiniz?
• Siz güman edirsiniz ki ... ? Mövqeni araşdıran suallar:
• Sizin nöqteyi-nəzərinizcə bu ... ?
• ... siz necə baxırsınız? Faktlar, səbəblər və dəlillər haqqında suallar:
• Bu səbəblə bağlı hansı dəlillərə maliksiniz? • Niyə siz belə hesab edirsiniz?
• Bu söylədiklərinizə nə qədər əminsiniz? Təsir və nəticələr haqqında suallar:
• Buradan hansı nəticə çıxır?
• Bu gerçəkləşərsə, nəticə nə olardı?
• Bunun hansı təsiri olardı?
Bütün bu suallar tənqidi düşüncənin dərinləşməsi və tamamlanması üçün istifadə edilə bilər.
Комментариев нет:
Отправить комментарий