Fərqli fənlərdə materialı anlamaq və tətbiq etmək üçün istifadə ediləcək təfəkkür üsulları fərqli
olacaqdır. Müzakirələrdə rol paylaşdırma üsulunu coğrafiya dərsinə tətbiq etmək istəyən bir müəllim
aşağıdakı rolları tapmışdır:
•Xəritəçi, haqqında danışılan ərazinin xəritəsini çəkən şagird;
• Tarixçi, sözü gedən ərazi ilə bağlı qısa tarixi məlumat verən şagird;
• Geoloq, öyrənilən ərazinin torpaq səthindən və iqlimindən bəhs edən şagird;
• İqtisadçı, sözü gedən ərazidə yaşayan insanların həyata keçirdikləri iqtisadi fəaliyyət növləri haqqında danışan və o fəaliyyətləri torpaq quruluşu ilə əlaqələndirən şagird;
• Antropoloq, bu regionda yaşayan xalq, onun adət və ənənələri, mədəniyyəti haqqında danışan şagird.
Bir riyaziyyat dərsində rollar aşağıdakı kimi ola bilər:
• Problem tərcüməçisi, problemi hamının anlaya biləcəyi bir şəkildə yenidən ifadə edən şagird;
• Terminlər axtaran, problemi həll edərkən istifadə olunması lazım olan terminləri müəyyən edən və adlandıran şagird;
• Hesablayıcı, problemi riyazi terminlərlə quran və digərlərini həlli tapmağa yönləndirən şagird;
• Yoxlayan, doğru edildiyinə əmin olmaq üçün görülən bütün işi yoxlayan şagird;
• Əlaqələndirici, eyni yolla həll edilə biləcək başqa məsələlər tapmağa yönəlmiş bir müzakirəyə rəhbərlik edən şagird.
Qeydlər: Müzakirədə mütəxəssis rolları metodu müəllimi çox məşğul edən bir metoddur. Qrupları diqqətlə izləyərək müzakirələrin başdansovdu olmadığı və kifayət qədər müfəssəl surətdə aparıldığından əmin olmaq lazımdır. Əks təqdirdə, şagirdlərin üzərlərinə düşən rolları oynayarkən bildiklərini söyləyib işi tamamlaması mümkündür; belə olacağı halda tapşırıq çox sürətli cərəyan edəcək, digər şagirdlər mövzunu tam olaraq anlamaycaq və sonunda bəzi qruplar işi digərlərindən tez qurtaracaqlar. Digər müştərək öyrənmə metodlarında olduğu kimi, şagirdlər tapşırığın necə həyata keçirildiyini bir dəfə öyrəndikdən sonra lazım olduğu kimi tətbiq edə biləcəklər.

Комментариев нет:
Отправить комментарий