MUSİQİ FƏNN KURİKULUMUNUN ŞƏRHİ

Картинки по запросу MUSİQİMusiqi kurikulumu və onun xarakterik cəhətləri. Musiqi kurikulumu ümumtəhsil məktəblərində musiqi təlimi və tərbiyəsinin, musiqi mədəniy­yə­tinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədlərinin reallaş­dı­rılmasına xidmət etməklə mu­siqi fənni üzrə ümumtəlim nəticələrinə nail olmaq isti­qamətində fəaliy­yətləri əhatə edən konseptual xarakterli sənəddir. Bu kurriku­lum­da şagirdlərin cəmiyyətdə incə­sənətin rolunu dərk etmələri, onların bədii zövqünün, musi­qi üzrə bacarıq və vər­diş­lə­ri­nin inkişafı, fəal dinləyici kimi yetişmə­ləri, mənəvi aləminin zənginləşdirilməsi nəzərdə tutulur.
Musiqi kurrikulumu dərsliklərin, fənnin tədrisi metodikasının hazırlanması, tədris mate­rial­larının planlaşdırılması və müəllim hazırlığının təkmilləşdirilməsi üçün hazırlanacaq təli­mat­ların, metodik vəsaitlərin əsasını təşkil edir.
Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, sistemlilik və inteqrativ­lik kimi prin­sip­lərə əsaslanan bu kurrikulum şagirdlərin təlim nailiyyətlərini mün­tə­zəm olaraq qiymət­lən­dir­məyi, onların inkişafının izlənilməsini nəzərdə tutur, şagird­lərə musiqi təlimi üzrə gündəlik həyatda vacib olan bacarıqların mənimsənilməsinin zəruriliyini şərtləndirir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Milli musiqi və mədəniyyət tariximizin, incəsənət sahəsində qədim köklərə malik ənənə­lə­rimizin öyrənilməsi, böyüyən nəsildə estetik, hissi-emosional tərbiyənin güc­lən­dirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxa­rılması kimi əsas tələblərin yerinə yetirilməsində musiqi təlimi mühüm əhəmiyyət kəsb edir.
Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm, dostluq ruhun­da tərbiyəedici təsir qüvvəsinə görə müstəsna əhəmiyyət kəsb edən bu fənn çox böyük inkişafetdirici imkanlara malikdir. Musiqi təlimi prosesində istinad edilən müxtəlif janrlara aid nümunələr şagird şəxsiyyətinin idraki, psixomotor cəhətdən inki­şafına, mənəvi-emo­sio­nal cəhətdən zənginləşməsinə zəmin yaradır.
Ümumtəhsil məktəblərində musiqi fənninin əsas məqsədi milli və bəşəri sənət nümu­nələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması və inkişa­fını təmin etməkdən ibarətdir.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)” sənədində göstəril­mişdir ki, ümumtəhsil məktəblərində musiqi fənninin tədrisi prosesində:
İbtidai təhsil pilləsindəşagirdlərin musiqi növlərinin forma, janr, üslub və ifadə vasitələri, xalqımızın musiqi tarixi haqqında ümumi məlumatlarla tanış olmaları, yaradıcı-estetik fəaliyyətlə bağlı (mahnı oxumaq, rəqs etmək və s.) ən sadə və ilkin bacarıqlara yiyələnmələri təmin edilir, onlarda bədii zövq, estetik mədəniyyət, milli musiqi, habelə ümumbəşəri musiqi nümunələrinə ma­raq, yaradıcılığa meyil, mücərrəd və obrazlı təfəkkür, əmək­se­vərlik və digər iradi key­fiy­yətlər formalaşdırılır.
Əsas təhsil pilləsində ibtidai təhsil pilləsi üzrə təyin olunmuş fəaliyyətlər inkişaf etdirilməklə milli musiqi tarixi­mizin ən zəruri məqamları, görkəmli şəxsiyyətləri haqqında məlumat­larla, aşıq musi­qisi, muğamlar, dünya musiqi mədəniyyətinin geniş yayılmış nümu­nə­ləri ilə tanışlıq, xorla ifa və vokal vərdişlərinin mənimsənilməsi, musiqinin qavrama mədəniyyətinin formalaş­dı­rıl­ması, şagirdlərin səs imkanları, arzu və istəkləri nəzərə alınmaqla ifaçılığa cəlb olunmaları təmin edilir.


Комментариев нет:

Отправить комментарий