CÜTLÜKLƏRDƏ OXUMA - CÜTLÜKLƏRDƏ ÜMUMİLƏŞDİRMƏ

 Cütlüklərdə oxuma – cütlüklərdə ümumiləşdirmə (Vaughn, 1986) şagirdlərin bir mətni başa düşmək üçün yoldaşı ilə birlikdə tədqiq edərək oxumasını təmin edən bir texnikadır. Əsaslandırma: İş birliyinə əsaslanan bütün tapşırıqlarda olduğu kimi cütlüklərdə oxuma – cütlüklərdə ümumiləşdirmə də şagirdin həm özünün, həm də yoldaşının öyrənməsini təmin etmək üçün daha çox təşəbbüs göstərməsini nəzərdə tutur. Bu üsul təfəkkürün oxunulan mətnin daha dərindən başa düşülməsi üçün şərt olan müxtəlif növlərini inkişaf etdirir.
Vaxt: Cütlüklərdə oxuma – cütlüklərdə ümumiləşdirmə zamanı mətni sadəcə ucadan oxumaya nisbətən 3-4 dəfə çox vaxt tələb olunur. Vaxta qənaət etmək üçün şagirdlərə təklif etmək olar ki, mətndə yalnız ilk 4-6 abzası cütlüklərdə oxuma – cütlüklərdə ümumiləşdirmə texnikasından istifadə etməklə, sonra isə müstəqil oxusunlar.
 İşin gedişi: I addım: Nə çox geniş, nə də çox qısa olmayan bir məlumatverici mətn seçin. Abzasların qısa olmasına (üç cümlədən çox olmasın) üstünlük verin. Lazım gələrsə, mətni özünüz işarələyərək daha qısa hissələrə ayırın.
II addım: Əgər şagirdlər bu üsulla ilk dəfə rastlaşırlarsa, onda əvvəlcə bu üsulun necə tətbiq olunduğunu göstərməniz lazımdır.
 a. Bir abzası şagirdlərə oxuyun və onun məzmununu ümumiləşdirin. Bunun həmin tapşırığın yerinə yetirilməsi rollarından biri olduğunu açıqlayın. Ümumiləşdirmənin nə olduğunu izah edin: o mətnin özündən qısa olmaqla bütün əsas ideyaları özündə əks etdirir.
b. Mətndən məntiqi olaraq alınan iki sual verin və şagirdlərdən həmin suallara cavab vermələrini xahiş edin. Bunun həmin tapşırığı icra etmənin iki rolundan biri olduğunu onlara izah edin.
III addım: İndi şagirdləri iki nəfərlik qruplarda birləşdirin. Şagirdlərdən birindən bundan əvvəl sizin etdiyiniz kimi ilk abzası (ya da işarələnmiş hissəni) oxumasını və ümumiləşdirməsini xahiş edin. Hər bir şagirdin bunu etməsi üçün onlara kifayət edəcək qədər vaxt verin. Bundan sonra bəzi şagirdlərin öz ümumiləşdirmələrini siniflə paylaşmasını xahiş edin və hər bir kəsin tapşırığın necə yerinə yetirildiyini başa düşdüyündən əmin olun. Lazım gələrsə, şərh verin. Sonra digər cütə abzasla bağlı suallar verməsini söyləyin. Şagirdlər bunu etdikdən sonra tapşırığın anlaşılıb-anlaşılmadığını yoxlamaq üçün şagirdlərdən bir neçəsinin suallarını siniflə paylaşmasını istəyin. Əgər yenə lazım bilsəniz, onlara “Daha yaxşı necə etmək olar” deyərək şərhlər verin.
IV addım: Şagirdlər bu üsulu tətbiq edə biləcək şəkildə anladıqdan sonra cütlərdən abzasları oxumağı, ümumiləşdirməyi və suallar verməyə davam etmələrini xahiş edin. Hər bir abzası bitirdikdən sonra onlara rollarını dəyişməli olduqlarını xatırladın.
Qeydlər: Cütlüklərdə oxuma – cütlüklərdə ümumiləşdirmə şagirdləri çətin mətnləri diqqətlə oxumağa sövq etməyin yaxşı üsuludur

Комментариев нет:

Отправить комментарий