DƏYƏR XƏTTİ

Dəyər xətti iş birliyinə əsaslanan bir öyrənmə fəaliyyətidir və insanların fərqli fikirlərə malik ola biləcəyi və ya oxşar fikirləri fərqli dərəcələrdə mənimsəyə biləcəkləri mövzuların öyrənilməsində istifadə olunması tövsiyə olunur.
Əsaslandırma: Fikir ayrılıqlarının və ortaq fikirlərin olduğunu qəbul etmək və buna hörmətlə yanaşmaq mühüm insani keyfi yyətdir. Şagird yoldaşları ilə eyni fikirdə olmasa belə, öz inam və baxışlarına malik olmasını təmin edər. Dəyər xətti şagirdin bir məsələ haqqında ətraflı düşünmək, bu məsələ ilə bağlı öz fikirlərini müəyyən etmək və ya formalaşdırmaq, hər kəsin fərqli fikirlərə sahib ola biləcəyini qəbul etmək və müəyyən bir mövzuda sahib olduğu baxışları sübut etməsini təmin etmək məqsədi daşıyır.
Vaxt: Dəyər xətti işi 15 dəqiqə müddətinə tamamlana bilər. İşin gedişi: I addım: Müəllim bütün sinfə bir sual verir. Bu elə bir sual olmalıdır ki, inamla “hə” cavabından inamla “yox” cavabınadək müxtəlif rəylər söyləməyə imkan verir. Məsələn, sual belə ola bilər: “Ətraf mühitin qorunması mühümdür, yoxsa insanların zəruri ehtiyaclarını ödəmək?”
II addım: Hər bir şagird bu sual üzərində müstəqil düşünür; cavabını yaza bilər.
 III addım: Müəllim və şagirdlərdən biri sinfi n bir-birinə olduqca uzaq olan künclərində dayanırlar. 30 Mövzu haqqında bir-birinin tam əksi olan iki-üç fikir söyləyirlər.
 IV addım: Şagirdlərdən bu əks fikirlərin əmələ gətirdiyi xəyali xətt üzərində öz fikirlərini əks etdirən bir nöqtədə durmaları xahiş edilir.
 V addım: Müəllim şagirdlərin öz fikirlərini bölüşdükləri şəxslərlə bir yerdə durduqlarından əmin olmaları üçün onlara öz fi kirlərini yaxınlıqdakı digər şagirdlərlə müzakirə etmələrini söyləyir. Əgər fi kirlərini paylaşdıqları şəxslər arasında deyillərsə, onların fikirlərini əks etdirən tərəfə doğru yer dəyişmələrini xahiş edir.
VI addım: Şagirdlər (artıq yeni yerdə) öz cavablarını onlardan hər iki tərəfdə dayanan şagirdlərlə müzakirə etməkdə davam edə bilərlər.
VII addım: Müəllim hər qrupdan mövzu ilə bağlı həmin qrupun fikirlərini ifadə edəcək bir şagird seçir. Digər qrupların ortaya qoyduğu fikirləri dinlədikdən sonra fikrini dəyişən şagird yerini də dəyişməlidir.
Qeydlər: Dəyər xətti şagirdlər üçün əyləncəli bir tapşırıqdır. Çünki fikirlərini paylaşarkən sinifdə gəzişmək xoşlarına gəlir. Problem sualla bağlı “mövqe tutmaq” və “öz mövqeyini dəyişmək” nə demək olduğunu fiziki olaraq nümayiş etdirmək onlar üçün maraqlıdır.

Комментариев нет:

Отправить комментарий