FİZİKA DƏRSLƏRİNDƏ FƏNLƏRARASI İNTEQRASİYA


Картинки по запросу fizikaFənlərarası inteqrasiyanın olduqca böyük əhəmiyyətə malikdir. Fizikanın digər fənlərlə
inteqrasiya imkanları özünəməxsus xüsusiyyətlərə malikdir.
1. Riyaziyyat. Fizika və riyaziyyat kurslarının əlaqəsini xüsusilə qeyd etmək lazımdır,
çünki elmi-metod kimi riyaziyyatın əhəmiyyəti fizikanın tədrisində geniş
əks olunur. Fizikanın qanunları əsaslandırıldıqda, fizikanın bəzi müddəalarını isbat
etdikdə, laboratoriya işlərində riyazi düsturlardan istifadə olunur.
2. Kimya. Fizika və kimya kurslarının əlaqəsi üçün anlayışların öyrənilmə vaxtının
uyğunlaşdırılması, bu fənlər üçün anlayışların və qanunların tədricən formalaşdırılması,
materialın öyrənilməsində eyni işin təkrarının aradan qaldırılması çox vacibdir.
Kimyanı öyrənməyə başlayana qədər şagirdlər artıq fizika kursunda “atom”,
“molekul”, “ion”, “maddə” kimi anlayışlara yiyələndiklərindən, uyğun biliklərə
əsaslanmaq olar.
3. Həyat bilgisi. Fizika materiya, maddə, cisim, canlı və cansız təbiətdə baş verən
bütün proseslərin müəyyən qanunauyğunluqlarını şagirdlərin həyat bilgisindən öyrəndiyi
biliklərə əsaslanaraq əlaqələndirir.
4. Coğrafiya. Fizika ilə coğrafiya kursunun əlaqələri olduqca geniş miqyaslıdır.
Bir çox təbiət hadisəsi, məsələn, küləyin əsməsi, seysmik dalğalar, atmosfer və
onun quruluşu, cisimlərin üzməsi, böyük su dövranı və s. biliklərin öyrənilməsində
bu fənlərin qarşılıqlı əlaqəsi çox əhəmiyyətlidir.
5. Texnologiya. Fizikanın tədrisi ilə texnologiyanın özünəməxsus əlaqəsi özünü
araşdırma və layihələrin hazırlanmasında və icrasında əmək təlimindən qazanılan
praktik bilik və bacarıqlardan istifadə edilməsində göstərir.
6. İnformatika. İnformatikadan qazanılan bütün texniki biliklər fizikaya əsaslanır.
Şagirdlər informasiya və kommunikasiya texnologiyalarının inkişafında fizikanın
rolunu əlaqələndirir, elektron dərs vəsaitlərindən istifadə edir, təqdimatlar hazırlayır.
7. Musiqi. Fizikanın səs bölməsini öyrəndikdə musiqi dərsindən öyrənilən səslərə
əsaslanaraq əlaqə yaratmaq olar.
8. Təsviri incəsənət. Fizikadan icra olunan araşdırmaların təsvirlərini iş vərəqlərində
çəkmək, qrup təqdimatlarının hazırlanmasında təsviri incəsənətdən qazanılan
biliklər çox böyük əhəmiyyətə malikdir.
Fənlərarası inteqrasiya haqqında cədvəlin göstərişləri üzərində ayrıca dayanmaq
lazımdır. Onlar fizika müəlliminə şagirdlərin başqa fənlərdən qazandığı hansı biliklərdən
hər mövzunun öyrənilməsində istifadə edə bilməsini təyin etməkdə kömək
edir. Müəllim dərsə hazırlaşanda fənlərarası inteqrasiya cədvəlində göstərilmiş
materialı bilməsi məqsədəuyğundur. Bu zaman müəllimin zəhmətinin əvəzi dəfələrlə
çıxır və müəllim nüfuzu yüksəlir. Eyni zamanda bu məktəbdə işləyən müəllimlərin
arasında əlaqənin yaranmasına və güclənməsinə xidmət edir.

Комментариев нет:

Отправить комментарий