BİRGƏ (MÜŞTƏRƏK) TƏLİM


Картинки по запросу TƏLİMBu öyrənmə üsulu müxtəlif mövqelərdən dəyərləndirilmiş və faydalı nəticələr əldə etməyə kömək göstərdiyi aşkar olunmuşdur. Birgə təlim şagirdlərin hətta böyük siniflərdə belə, öyrənmə prosesinə fəal surətdə daxil olmalarını təmin edir. Pedaqoqika üzrə ekspertlər şagirdlərin öyrənmə üçün fəaliyyət göstərmələrinin və ünsiyyət qurmalarının vacib olduğunu söyləyirlər. Ancaq 60 və ya daha artıq şagirdin olduğu siniflərdə şagirdlərin dərsdə fəal iştirak müddəti məhduddur. Birgə təlim hər şagirdin əhəmiyyətli zaman kəsiyində fəal iştirakına imkan verir. O, çox sayda şagirdin hər hansı fəaliyyətdə eyni anda iştirak etməsini, dərsin xaotik deyil, məhsuldar keçməsini təmin edir. Birgə təlim şagirdlər üçün həm akademik, həm də sosial cəhətlərdən yararlıdır. Müştərək şəkildə (iş birliyi ilə) öyrənmə böyük siniflərdə şagirdlərin öyrənmə prosesində iştirakını təmin edən səmərəli bir vasitə olmaqla yanaşı bir sıra başqa faydalara da malikdir. Onlar aşağıdakılardır:
1. Yüksək səviyyədə düşünmə: birgə təlim qruplarındakı şagirdlərdən ideyalar və anlayışlar üzərində işləmələri istənilir, mövzular haqqında özlərinin şərh verməsi və problem həll etmələri gözlənilir.
2. Motivasiya və tərbiyəvi təsir: Birgə təlim prosesində iştirak edən şagirdlər məktəbə və sinfə daha çox bağlanırlar. Bu da şagirdlərin davamiyyət səviyyəsinin yüksəlməsinə və məktəbdən yayınmanın azalmasına səbəb olur.
 3. Şəxsiyyətlərarası ünsiyyət vərdişləri: Birgə təlim qruplarındakı şagirdlər başqaları ilə əməkdaşlıq etməyi öyrənirlər. Son dövrlərdə əməkdaşlıq etmək bacarığına məhsuldar iş, xoşbəxt ailə həyatı və demokratik cəmiyyətdə iştirak etmək üçün mühüm həyati vərdiş kimi baxılır.
4. Şəxsiyyətlərarası və qruplararası anlaşma: Birgə təlim qruplarında şagirdlər böyük ehtimalla fərqli cinsin və fərqli sosial qrupun nümayəndələri ilə yola getməyi öyrənirlər. Bundan başqa bu cür dərs fəaliyyətlərində özünüqiymətləndirmə və “Mən” obrazı daha yüksək inkişaf edir.  Gözlənti yaratma – Biliklər qurma – Birləşdirmə sxeminə uyğun şəkildə qurulur. Dərsdə Qarışın – tərpənməyin - cütlərdə birləşin (Kagan, 1994), Nişanlama ilə oxu (Vaugh, 1996) və Ziqzaq (Mozaika) (Slavin, 1994) üsullarından istifadə olunacaqdır. Bu dərs üçün “İpək yolu” adlı mətn seçilmişdir, lakin siz bu mətni işləyərkən istifadə olunan üsullardan əlinizdə olan istənilən informativ mətn üçün istifadə edə bilərsiniz.
Bu dərsi necə oxumalı?  Dərsi oxuyarkən, xahiş olunur, bunun yalnız bir model dərs olduğunu, öyrətmə üsulları ilə bağlı nümunələr vermək məqsədi daşıdığını unutmayın. Dərsə iki fərqli mövqedən nəzər yetirin:
1. Özünüzü bu dərsdə iştirak edən bir şagirdin yerində təsəvvür edin. Nə hiss edirsiniz? Hansı düşünmə üsullarından istifadə edirsiniz? Nə öyrənirsiniz? 
2. Daha sonra bu dərsi keçən müəllimin yerində olduğunuzu düşünün. Nə edirsiniz? Bunları niyə edirsiniz? Dərsin üç mərhələsini – gözlənti yaratma , biliklər qurma və birləşdirmə mərhələlərini necə idarə edirsiniz?

Комментариев нет:

Отправить комментарий