AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

V Bölmə üzrə KSQ
Şəlalə.
1-4 –cü suallar mətnlə bağlıdır.
       Şəlalə çay suyunun səviyyəsinin gözlənilmədən aşağıya doğru dəyişməsi nəticəsində yaranır.Suyun yüz illərlə üstündən axaraq daşları yuduğu yerlərdə çay astanaları əmələ gəlir.Bəzi daş süxurları başqalarından yumşaq olduğuna görə onlar suyun təsirindən daha tez dağılır.......  belə ovulmuş daşlar su ilə aparılır və su onların altında olan daha möhkəm qaya süxurlarının üstü ilə axmağa başlayır.
      Şəlalərə bütün dünyada rast gəlmək olur.Onlardan ən hündürü Venesueladakı Anhel şəlaləsidir.Onun hündürlüyü 979 metrdir.İquasu şəlaləsi Argentina ilə Braziliyanın sərhəddində yerləşmişdir.Su burada 82 metrlik qayadan ayrı – ayrı pillələrlə tökülür,buna görə də şəlalənin eni   3 km - ə yaxındır.Zambezi çayının üstündə olan böyük Viktoriya şəlaləsinin hündürlüyü 107 metr,eni isə 1,6 km – dir.Hər dəqiqə bu şəlalədən 100 mln. litrə yaxın su keçir.Əgər belə şəlalənin enerjisindən istifadə etsələr,onunla tam 5 mln.  sakini elektrik enerjisi ilə təmin etmək olardı.


1.Mətnə görə hansı fikir doğrudur?
    A.   Şəlalə çay suyunun səviyyəsinin gözlənilmədən aşağıya doğru dəyişməsi nəticəsində yaranır.
    B.   Göl suyu da axarını dəyişə bilər.
    C.   Dağ suxurları neç bir təsirəməruz qalmır.
    D.   Ən böyük şəlalər keçmişdə mövcud olub.
    E.   Şəlalələr ancaq problem yaradır.
2.Sizcə,mətnə əsasən hansı fikir səhvdir?
    A.   Dağ süxurları suyun təsirindən dağılır.
    B.   Anhel ən hündür şəlalədir.
    C.   Şəlalədən elektrik enerjisində də istifadə etmək olar.
    D.   Viktoriya şəlaləsinin su tutumu azdır.
    E.   Şəlaləyə bütün dünyadad rast gəlmək olar.
3.Nöqtələrin yerinə hansı söz uyğundur?
A.Bəzi          B.O      C.Ona görə ki       D.Belə       E.O   zaman
4.Mətndəki zərfləri seçib yazın.
____________________________________________________________________________
5.Zərfin xüsusiyyətlərinə aid olmayan cavabı seçin:
     A.   Hərəkəti müxtəlif cəhətdən izah edən nitq hissəsidir.
     B.   Əsasən,hərəkətin  yerini,tərzini,zamanını,miqdarını bildirir.
     C.   Necə? nə zaman? nə qədər? suallarına cavab olur.
     D.   Zərflər cümlədə xəbərə aid olur.
     E.   Zərflər cümlədə zərflik,təyin,tamamlıq olur.
6.Aşağıdakılardan hansılar zərf düzəldən şəkilçi deyil:
A.-casına 2 , -dan 2        B.-da 2 ,-ən     C.-akı,-lıq 4              D.-ır 4 ,ar 2           E.-da2 ,-lıq4+da2,
7.Bu zərflərdən hansılar tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərdən yaranıb?
A.tez-tez,çox-çox     
B.hərdən-birdən
C.birə-yüz,günbəgün
D.gündən-günə,ildən-ilə
E.için-için,az-maz
8.Cümlələrdən hansında zərf işlənib?
     A.   Burada səhərlər yağışlıdır.
     B.   Yaz təbiətin ən gözəl fəslidir.
     C.   Gecə günün bir hissəsidir.
     D.    Sabahlar çox şehlidir.
     E.   Qışda hamı qar yağmasını arzulayır.
9.Cümlələrdən hansında zərf yoxdur?
    A.   Akif hekayəni yaxşı danışır.
    B.   Elə deməz.
    C.   Çox deyinir .
    D.   Az danışır.
    E.   Sizə sabah nə edəcəklər?
10.Sifətdən düzələn zərf hansıdır?
A.Payızda           B.Yayda             C.Sevincək            D.Görcək          E.qəhrəmanca
11.Tərzi-hərəkət zərfi hansı cümlədədir? 
    A.   Bizi səbirsizliklə gözləyirlər.
    B.   Sabah qonaq gedəcəyik.
    C.   Bu gün sizə qonaq gələcək.
    D.   O,çox danışır.
    E.   O,dünən gəldi.
12.Həm zərf, həm də sifət kimi işlənən sözlər hansılardır?
A.yaxşı,ağıllı
B.ayda,içəri
C.şirin,belə
D.zarafatyana,gələ-gələ
E.qışda,yayda
13.Həm zərf həm də ədat kimi işlənən sözlər hansılardır?
A.gələ-gələ,görə-görə        B.Elə,təkcə           C.təkcə,yalnız                D.cəld,əla             E.küt,pis  
14.Hansı cümlədə miqdar zərfi işlənmişdir?
A.   İsti hava hamı yorulmuşdu.
B.   Toğrul bizi görəndə pörtdü.
C.   O,çox ağıllı oğlandır.
D.   Onlar birlikdə dərsə hazırlaşırlar.
E.   O,çox danışır.
15.Yer zərfi hansı cümlədədir?
    A.   Düşmən torpaqlarımızı amansızcasına işğal edib.
    B.   Biz qorxmadan düşməni məğlub etməliyik.
    C.   Aşağı düş.
    D.   Ağıllı ol.
    E.   Dəcəllik etmə.

Комментариев нет:

Отправить комментарий