AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

VI bölmə üzrə KSQ

Moda.

1-5- ci suallar mətnlə bağlıdır.

Dünyada yaşayan bütün insanlar paltar geyinir . Onların necə geyinməsi iqlimdən  və həyat tərzindən asılıdır.Bundan başqa,geyimin stili modadan asılıdır.
Insanlar öz ilk geyimlərini heyvan dərilərindən hazırlayırdılar.Antik dövrlərdə adamlar enli,yüngül tunikalar geyinirdilər.Orta əsrlərdə yoxsul adamların geyimləri sadə, varlıların isə Şərqi Asiyadan gətirilmiş bahalı parçalardan  - ipəkdən və zərxaradan ibarət idi.İntibah dövründə incəsənətə maraq artdı,parlaq,zəngn bəzədilmiş parçalar dəbə düşdü .XVIII əsrdə Avropada geyimlər həmin dövrün binaları kimi çoxlu detallara və bəzəklər malik dəbdəbəli oldu.kişilər hündür parik qoyur,qadınlar isə sərt karkaslı, gözəl naxışlı yubkalar geyinirdilər.
XX əsrdə moda , xüsusilə də, qadın modası daha praktik oldu.İndi dünyada adamların çoxu  eyni paltarlar cinslər,futbolkalar,gödəkçələr geyinirlər.Bir çox paltarları neylon və poliester kimi müasir sintetik materiallardan tikirlər.
İndi moda  dizaynerlərin köməyi ilə hər il dəyişir.Müasir moda -  böyük biznesdir.İldə bir neçə dəfə təşki edilmiş parlaq şoularda son paltar modelləri nümayiş etdirilir.
1.Mətnə aid uyğun fikir hansıdır? 
   A.   Modanın tarixindən danışılır.
   B.   Modanın zərərlərindən danışılır.
   C.   İnsanların yalnız dəblə geyinməli olduğundan danışılır.
   D.   İlk geyimlərin dəmirdən hazırlanmasından danışılır.
   E.   Modanın Orta Paleolit dövründə yarandığından danışılır.
2.Hansı fikir səhvdir?
   A.   Müasir moda daha çox inkişaf edib.
   B.   Modanı dizaynerlərdən başqa heç kim müəyyən edə bilməz.
   C.   Modanı  nümayiş etdirmək üçün şoular təşkil edilir.
   D.   XX əsrdə qadın modası daha praktik oldu.
   E.   Avropada XVIII əsrdə daha çox pariklər  dəbdə idi.

3.Mətndə buraxılan durğu işarəsini hansıdır?
A  :             B ,                C -               D ?                  E !
4.Mətndə feillər hansı zamandadır?
    A.   Indiki, qeyri – qəti gələcək zaman
    B.   Keçmş,qeyri – qəti gələcək zaman
    C.   Qəti gələcək,indiki zaman
    D.    Qeyri-qəti gələcək,indiki  zaman
    E.   İndiki,keçmiş zaman
5.Mətndəki xəbərlərə aid fikirlərdən biri doğru deyil:
    A.   Butun xəbərlər feillərdən ibarətdir.
    B.   Mətndə həm ismi,həm də feili xəbər var.
    C.   Feili xəbərlərdən indiki zaman şəkilçisi qəbul etmiş sözlər var.
    D.   Xəbərlərdən cəm şəkilçisi qəbul etmiş sözlər var.
    E.   Düzəltmə feillər də işlənib.

6.Cümlənin qrammatik əsası dedikdə hansı cümlə üzvləri nəzərdə tutulur?
A.Tamamlıq,zərflik   B.Xəbər, təyin      C.Mübtəda,xəbər      D.Təyin,tamamlıq   E.Təyin,mübtəda
7.Bu xüsusiyyətlər hansı cümlə üzvünə aiddir? 
1.Adlıq halda olur.
2.Heç bir cümlə üzvündən asılı deyil
3.Feildən başqa digər əsas nitq hissələri ilə ifadə edilir.
4.Söz birləşmələri ilə də ifadə edilir.
A.Mübtəda   B.Xəbər     C.Təyin        D.Tamamlıq       E.Zərflik
8.Hansı cümlədə mübtəda yoxdur?
    A.   Dostum gələndə biz artıq evdə idik.
    B.   Şagirdlər yarışa hazırlaşırlar.
    C.   Hamı mehriban olmalıdır.
    D.   Vətənpərvər şagirdləri alqışladılar.
    E.   Biz sizin uğurlarınıza sevinirik.
9.Hansı cümlənin xəbəri söz birləşməsi ilə ifadə edilib?
    A.   Ləyaqətini hər zaman üstün tut.
    B.   Tələbələr imtahanın suallarına cavab hazırlayırdılar.
    C.   Bu işin məsuliyyətinə hamımız cavabdehik.
    D.   Onlar bu tapşırığı bir yerdə həll etdilər.
    E.Onlar uzun illərin dostudurlar.
10.Hansı cümlə yalnız xəbərdən ibarətdir?
    A.   Mənim kitab oxumaqdan xoşum gəlir.
    B.   Siz qalib olmadınız.
    C.   Əsgərlər  vətəni qorumaq andı içdilər.
    D.   Kitablar hamı tərəfindən sevil-sevilə oxundu.
    E.   Kitabları hər kəsə sevdirmək bizim borcumuzdur.
11.Mübtədası saylə  ifadə edilmiş cümlə hansıdır?
    A.   Bizim bina çox hündürdür.
    B.   Onların bağı çox sərindir.
    C.   Qəhrəmanlar rəşadətlə vuruşurdular.
    D.   Onuncuları hamı təbrik etdi.
    E.  Altıncılar olimpiadada iştirak etmək üçün müraciət etdilər.
12.Yalnız mübtəda və xəbər əsasında formalaşan cümlələr necə cümlələrdir?O-2
A.Mürəkkəb cümlə     B.Müxtəsər cümlə           C.Geniş cümlə         D. Tabesiz mürəkkəb cümlə  E.Tabeli mürəkkəb cümlə
13.Xəbərə aid edilənlərdən hansı doğru deyil?O-2
    A.   Mübtədanın hərəkət və əlamətini bildirir.
    B.   Yeni məlumatı xəbər verir.
    C.   Sadə və mürəkkəb olur.
    D.   Xəbər söz birləşmələri ifadə edilir.
    E.   Frazeoloji birləşmələr xəbər ola bilmir.
14.Cümlə və söz birləşməsinə  aid ortaq olmayan fikirlər hansıdır? 
    A.   Hər ikisi sözlərdən təşkil edilir.
    B.   Sözlər müəyyən ardıcıllıqla sıralanır.
    C.   Hər ikisində məna bağlılığı var.
    D.   Hər ikisndə sintaktik əlaqələr mühüm rol oynayır.
    E.Hər ikisində köməkçi nitq hissələri mühüm rola malikdir.  
 15  .   __________________    _________   ___________
           ~~~~~~~~~~~~~~~~~~                        ___________                     sxeminə uyğun gələn cümlə
hansıdır? 
A.  Akif və Elçin sinfə daxil olanda hamı sinifdə idi.
B.   İndi də Roma rəqəmlərindən heç kim istifadə etmir.
C.   Qaşıqlar stolun üstündən götürüldü.
D.   Kitablar uşaqlardan yığıldı.
E.   Kitabın məktəbdədir.

Комментариев нет:

Отправить комментарий