AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

IV Bölmə üzrə KSQ

M.Şəhriyar “Heydərbabaya salam”.

1 - 6 – cı suallar mətnlə bağlıdır.


I.Heydərbaba , ildırımlar şaxanda,
Sellər , sular şaqqıldayb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
.....................................................
Mənim də bir adım gəlsin dilüzə.

II.Heydərbaba,gün dalıvı dağlasın,
Üzün gülsün,bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

III.Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan xəncər belinə taxmaz,
Amma heyif,kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz  məhərrəm olmaqdadır.
IV.Bayram idi,gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəsin şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq ,
Bəy şalına bayramlığın bağlamaq.

V.Bir çıxaydım dam qayanın daşına,
Bir baxaydım keçmişinə,yaşına,
Bir görəydim nələr gəlmiş başına,
Mən də onun qarlarıyla ağlardım,
Qış donduran ürəkləri ağlardım.

VI.Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən yaxın olsun,yad olsun,
Deynə mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm calar.



1.Mətnə aid fikirlərdən hansı doğrudur?
      A.   Şair  keçmiş adət-ənənələri,münasibətləri,xatirələri yada salır.
      B.   Mətndə yalnız gənclikdəki xatirələrdən bəhs edilir.
      C.   Mətndə Heydərbaba  ilə bərabər başqa yerlərin də adı çəkilir.
      D.   Şair uşaqlıq illərindən danışmır.
      E.   Şair uşaqlığına qayıtmağı heç arzulamır.
2.Mətndə hansı bayramdan danışılır?
      A.   Yeni il bayramı
     B.   Qurban bayramı
     C.Novruz bayramı
     D.Əmək bayramı
      E. Ramazan bayramı
3.Nöqtələrlə buraxılmış hissədə nöqtələrin yerinə nə yazılmalıdır?
A.   Məktəb qalır,uşaqlar dərs alırlar
B.   Bizdən bir salam olsun sizlərə
C.   ))Salam olsun şövkətüzə,elüzə
D.   Heydərbaba, igid əmək itirməz
E.   Bayram idi,gecəquşu oxurdu.
4.Şeirə aid doğru fikir hansı bənddə verilib?
     A.Bütün sözlər ümumişləkdir.
     B.Şeirdə bütün sözlər orfoqrafik qaydaya uyğundur.
     C.Şeirdə sözlər  , əsasən,orfoepik qaydaya görə yazılıb.
     D. Şeirdə bütün fəsillərin əlamətləri verilib.
      E.Şeirdə bütn bayramlardan bəhs edilir.
5.Bu gün bacadan şal sallamaq adətini  hansı adət davam etdirir?
A.qapı pusmaq      B.xonça bağlamaq     C.yumurta döyüşdürmək      D.papaq atmaq          E.Kosaya pay vermək
6.”Yel” sözünün mənası nədir?
     A.qar       B.külək        C.boran          D.tufan          E.qasırğa 
7.Sadə feilləri seçin:
     A.Gizlənmək,təmizləmək
     B. Anlamaq, inandırmaq
     C.Anlamaq,güləşmək
     D.Bağışlanmaq,alacaq
     E.Sürümək , məşhurlaşmaq
8.Feillərdən sinonim olanları seçin: 
A,barışmaq-savaşmaq                          B.küsüşmək-dost olmaq        C.))anlatmaq – başa salmaq
D.dinləmək – başa düşmək                   E.gəlmək – öyrənilmək
9.Hansı bənddəki sözlər yalnız bir nitq hissəsi kimi işlənə bilər?
      A.qazmaq, uçmaq
      B.qurumaq,dolu
      C.yumaq,axmaq
      D. gərmək,çaxmaq
      E.almaq,oxumaq
10.Mürəkkəb feillər hansılardır?
      A. Evə gəldi,yemək bişirdi
      B.Eldən -elə,dildən – dilə
      C.Filmə baxır,yemək alır
      D.Atılıb- düşur, evə gəlir
       E.Atılıb – düşmək,təklif etmək
11.Feilin hansı şəkli inkarlıq şəkilçisi qəbul etmir?
A.Şərt şəkli        B.Əmr şəkli          C.Lazım şəkli    D. Xəbər şəkli           E. Arzu şəkli
12.Feilin hansi zamanının inkarında zaman şəkilşisi fərqli olur?
A.Qeyri –qəti gələcək zaman     B.şühudi keçmiş  zaman    C.indiki zaman
D.nəqli keçmiş zaman                   E.qəti gələcək zaman.
13.Feilin hansı şəkillərinin xüsusi şəkilçisi yoxdur?
A.Əmr şəkli,vacib şəkli            B.Lazım şəkli,şərt şəkli                  C.Arzu şəkli,əmr şəkli
D.Əmr şəkli,xəbər şəkli           E.Lazım şəkli,xəbər şəkli
14.Hansı feillərin tələffüzündə fərq var?
A.Gəlir,gələr
B.Yazır,yazdı
C.Başlayır, başlayacaq
D.Yazar,bilər
E.Bilər,alar
15.”Sən gəlməsən,özüm gəlləm,
      Dur gəl nazlan,nazlana.” – misralarında feillər hansı şəkildədir? 

A.Lazım,arzu,xəbər şəkli               B.Arzu,vacib,lazım şəkli              C.Şərt,əmr,xəbər şəkli                 D.Lazım ,vacib,əmr                        E.Arzu,lazım,əmr şəkli

Комментариев нет:

Отправить комментарий