AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

II Bölmə  üzrə KSQ
Kağız.
1-6 – cı suallar mətnlə bağlıdır.
Kağız ilk dəfə papirius bitkisindən hazırlanmışdı.Bu bitki Nil vadisində yayılmış bitkidir və qədim misirlilər onun yarpaqlarından kağızın bir növünü düzəldirdilər.Bizim ........ istifadə etdiyimiz kağızı çinlilər icad ediblər.1900 il əvvəl onlar tut ağacının qabığından lifləri ayırmağı öyrəndilər.Bu lifləri əvvəlcə isladır,sonra isə qurudurdular və nəticədə üstündə yazı yazmaq mümkün olan hamar vərəq alınırdı.
İndi də kağızı əvvəlki kimi bitki liflərindən düzəldirlər.Ən yaxşı kağız növlərini pambıqdan , ucuz kağızı (məsələn: qəzet kağızı) isə ağac liflərindən hazırlayırlar.
1.Mətnə görə hansı fikri goğru hesab etməmək olar?
    A.   Kağız ilk dəfə papirius bitkisindən hazırlanmışdı .
    B.   1900 il əvvəl tut ağacından kağız üçün istifadə etmişdilər.
    C.   Qəzet kağızı ağacdan hazırlanır.
    D.   Ən yaxşı kağız növlərini pambıqdan  hazırlayırlar
    E.Kağızı ilk dəfə papirusdan çinlilər hazırlayıblar.
2.Nöqtələrin yerinə hansı sözü yazmaq olar?
A.əvvəl       B.qədimdən            C.köhnədən           D.bu gün            E.sonralar
3.Mətnə əsasən doğru fikri seçin? 
    A.Tut ağacından kağız XII əsrdən hazırlanır.
    B.   Ağacın lifləri  üzərində birbaşa yazı yazmaq ola bilərmiş.
    C.   Ən yaxşı kağız növünü agacdan hazlayırlar
    D.   Tut ağacından ipək hazırlanır.
    E.   Kağızın hazırlandığı gün qeyd edilir.

4.Hansı  cümlədə orfoqrafiyası səhv verilmiş söz var? 
A. I             B.II                     C.III                   B.VI               D.XV             E.XI
5.Mətnin I və II cümlələrinin feillərinə  aid ortaq fikirləri seçin: 
    A.   Hər ikisində “idi”  hissəciyi işlənib.
    B.   Hər ikisi cəm şəkilçisi qəbul edib.
    C.   Hər ikisi mənsubiyyət şəkilçisi qəbul edib.
    D.   Hər ikisi mürəkkəbdir.
    E.   Hər ikisi keçmiş zamandadır.
6.Mətndəki xəbərlərə aid hansı fikir səhvdir? 
 A.Mətndə feili xəbər var.
B.Mətndə ismi xəbər yoxdur.
C.Mətndə həm feili , həm də ismi xəbər var.
D.Feili xəbərlərdən gələcək zamanın şəkilçisi ilə işlənən yoxdur.
E.Feili xəbərlər,əsasən,keçmiş və indiki zamandadır
7.”İdi”,”imiş”,”isə” hissəcikləri haqqında düzgün olan fikir hansıdır? 
A.   Feillərə və digər nitq hissələrə artırıla bilər.
B.   Şəkilçi formasında sözlərə qoşulması mümkün deyil.
C.   “İdi”,”imiş” hissəcikləri ilə bir yerdə “isə” hissəciyi işlənə bilməz.
D.   Hər üç hissəcik feilin bütün şəkilləri ilə işlənir.
E.   Hər üç hissəcik vurğu qəbul edir.
8.Feilin hansı şəkilləri “isə” hissəciyi ilə işlənə bilər?
A.   Arzu,vacib,şərt şəkli
B.   Lazım,vacib,şərt şəki
C.   Vacib,şərt,xəbər şəkli
D.   Xəbər,lazım,şərt şəkli
E.  Lazım,vacib,xəbər şəkli
9. ”İdi”,”imiş”,”isə” hissəciklərinin orfoqrafiyası  haqqında hansı fikir düzgündür?S
A.   Şəkliçi kimi işlənə bilər.
B.   Cümlə üzvünün quruluşuna təsir göstərir.
C.   Qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bimir.
D.   Həm ayrı,həm bitişik yazıla bilmir.
E.  Adlara qoşulduqda ayrı yazılmalıdır.
10. ”İdi”,”imiş”,”isə” hissəcikləri orfoqrafiyası haqqında hansı fikir yanlışdır?
A.   Feil formalarına həmişə bütün şəkilçilərdən əvvəl qoşulmalıdır.
B.   Feil formalarına həmişə bütün şəkilçilərdən sonra qoşulmalıdır.
C.   Feil formaları ilə həm  ayrı, həm də bitişik yazılmalıdır.
D.   Feilin kökünə qoşula bilməz.
E.   Feilin başlanğıc formasına qoşula bilməz
11.Feilin şərt şəklində olan feil hansı cümlədədir?
A.   Siz gəlsəniz,biz də gələrik.
B.   Siz gəlməzsinizsə,biz  gələrik.
C.   Siz gələcəksinizsə,biz də gələrik
D.   Siz gələrsinizsə,biz də gələrik.
E.   Siz gəlirsinizsə,biz də gəlirik.
12. ┌─┐ÙÙÇ   sxeminə uyğun gələn feil hansıdır? 
A.asanlaşdırmısan         B.yoxlamışıq        C.salamlaşırıq         D.gəlirik        E.yazdırılmaq
13.”Asanlaşdırmışdımsa” feilinin morfoloji təhlili ilə baglı düzgün fikir hanıdır?
A.  Sözün kökü sifət,başlanğıc forması feildir.
B.   Sözdə yalnız “isə” hissəciyi işlənib.
C.   Söz şəxs şəkilçisi qəbul etməyib.
D.   Sözdə leksik şəkilçisi yoxdur.
E.   III şəxsi təkinə aiddir.
14.Hansı cümlə mürəkkəb xəbər şəklindədir?
A.Biz Bakıya gedirik.
B.Siz nə edirsiniz ki?
C.Mən yeni ev tikdirdim
D.O ancaq tapşırıqları yazır.
ESizi cağırıblarsa getməlisiniz.
15.Feilin mürəkkəb şəkilləri hansılardır?
A.   Danışır,oxudu,birləşdi
B.   Yazırsa,bilirmiş
C.   Bilməliyəm,biləcək
D.   Görürmüş,bilir
E.   Alacaq,biləcək

Комментариев нет:

Отправить комментарий