AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

I Bölmə üzrə KSQ
Qəzet.
1-6 – cı suallar mətnlə bağlıdır.
Qəzet xəbərlərin çap edildiyi kağızdır.İlk qəzet XV əsrdə , çap dəzgahı ixtira olunduqdan dərhal sonra meydana çıxdı.Naşırlər xalqı ölkədə baş verən hadisələr və həmin hadisələr haqqında nöqteyi – nəzərlərdən xəbər verən broşürlər nəşr edirdilər.Müasir formatlı qəzetlər XVIII əsrdə meydana çıxıblar.
Bu gün dünyanın demək olar ki, bütün ölkələrində ..........................Qəzetlər gündəlik və həftəlik olur.
Ən qocaman qəzetlərdən biri Londonda nəşr olunan “Tayms” qəzetidir. O, 1785 – ci ildə “Universal gündəlik xəbərlər” adı ilə nəşr olunmağa başlanmışdır.1788 – ci ildə onun adını dəyişərək “Tayms” qoydular.ABŞ – da nəşr edilən “Nyu -York tayms” və “Vaşinqton Post” qəzetləri, eləcə də Rusiyada nəşr edilən “Pravda” və Fransada nəşr edilən “Mond” digər məşhur qəzetlərdir.Bu gün qəzet almaq üçün abunə yazılacağam.
    Azərbaycanda isə qəzetçiliyin əsasını XX əsrdə dahi Azərbaycan mütəfəkkiri Həsən bəy Zərdabi qoymuşdur.”Əkinçi “ adlanan bu qəzet onun şəxsi təşəbbüsü və vəsaiti hesabına işıq üzü gördü.XX əsrin əvvəllərində Azərbaycanda bir çox əhval ruhiyyəli qəzetlər nəşr edilməyə başlandı.Onların bir çoxu gizli mətbəələrdə çap edilirdi.
İndi müstəqil respublikamızda çox adda qəzet və jurnal çap edilir.Lakin internetin geniş yayılması nəticəsində onların oxucu kütləsi getdikcə azalır.
1.Hansı fikir doğru deyil?
    A.   XVIII əsrdə müasir formatlı qəzetlər çap edilib.
    B.   XV əsrdə ilk qəzet  çap dəzgahı ixtira olunduqdan dərhal sonra meydana çıxmadı.
    C.   Ən qocaman hesab edilən qəzetlərdən  biri “Tayms” qəzetidir.
    D.   Əvvəllər “Mond” Fransada ən məşhur qəzet idi.
    E.   Azərbaycanda qəzetçilik “Əkinçi” ilə başlayıb.
2.Mətnə görə hansı fikrə gəlmək olar?
    A.   Qəzetçiliyik qədim tarixə malik olsa da, çox əhəmiyyətli deyil.
    B.   Qəzetçiliyin tarixinin qədim olmasına baxmayaraq,bu gün internet qəzet oxucularının sayının azalmasına səbəb olur.
    C.   “Pravda” ABŞ – da nəşr edilən qəzetdən əvvəl nəşr edilməyib.
    D.   “Vaşinqton Post” qəzetinin birinci adı “Universal gündəlik xəbərlər”    idi.
    E.   Azərbaycanda qəzet ilk dəfədən gizlin nəşr edilməyə başlayıb.
3.Hansı durğu işarəsi buraxılıb?
.         B ,             C -          D   ?          E  ;

4.Nöqtələrin yerinə uyğun gələni seçin?
    A.   bütün dillərdə qəzet çap edilmir.
    B.   bütün dillərdə qəzetlərin nəşrinə icazə verilmir.
    C.   bütün insanlar qəzet oxumaq istəmir.
    D.   bütün  xalaqlar qəzetdən imtina edirlər.
    E.   bütün  dillərdə qəzetlər var.
5. Mətnin məzmunu ilə uyğunsuzluq yaradan cümlə hansı abzasdadır?
A.I                     B.II                  C.III                     D.IV                         E.V
6.”Naşirlər” sözünün mənası hansı cavabda doğrudur? S - 1
A.nəsr əsərləri yazan                                  B.Şeir yazan              C.Qəzet satışı ilə məşğul olan

D.Qəzetin satış reklam işi ilə məşğul olan                                       E.Kitab və s.nəşr edən

7.Feillərdən biri sifətdən düzəlib?
A.çoxalmaq        B.qabaqlamaq            C.irəliləmək          D.qoşulmaq            E.qocalmaq
8.Məlum növ feillər haqqında səhv fikir hansıdır? 
    A.   Qrammatik cəhətdən iş görən məlum olur.
    B.   Bu növdə xüsusi şəkilçi yoxdur.
    C.   Həm təsirli, həm də təsirsiz feillərdən ibarətdir.
    D.   Bu növdə olan feillər ancaq mürəkkəb ola bilir.
    E.   Cümlənin feili xəbəri olur.
9.Məchul növ feillər haqqında dügün olmayan fikir hansıdır?
    A.   Qrammatik cəhətdən iş görən məlum olmur.
    B.   –ıl 4 , -ın 4 şəkilçiləri ilə düzəlir.
    C.   Təsirsi feillərdir.
    D.   Yalnız təsirli feillərdən yaranmır.
    E.   İş görəni xəbərə əsasən də müəyyən etmək  olmur.
10.Şəxssiz feilləri sein:
1.deyişmək       2.geyinmək     3.baxılmaq        4.döydürtmək      5.təsadüf edilmək
A.1,4                      B.2,4             C.3,4                     D.1,3                     E.3,5
11.Hansı feillər həm məchul,həm də qayıdış növdə işlənə bilər?
A.atıldı,açıldı    B.yoruldu,deyişdi     C.açıldı,yatdı       D.barışdı,salamlaşdı    E.görüşdü,salamlaşdı
12.Hansı feillər icbar növdə deyil?
A.qaldırmaq,güldürmək    B.atdırmaq,qaldırmaq   C.bildirmək,aldırmaq    D.aldırtmaq,qaldırtmaq E.dedirtmək,yazdırmaq
13.Qarşılılıq növdə  olan feillər hansıdır?
A.yazışmaq,salamlaşmaq         B.vuruş,toplaşmaq     C.qorunmaq,bəslənmək          D.çalındı,qorunur                      E.yazdır ,yazışmaq
14.Üç leksik şəkilçisi    olan feillər hansılardır?Ç-2
A.Əsəbiləşdirmək,çoxaltdırıldılar              B.Əsəbiləşdirməmək,bərkitdirdi               C.gizlədilmişdir,bərkitdirdim        D.mənimsədin, bərkitdirdim                                                    E bərkitdirdim,mənimsədim.
15.Təsirsiz feillərdən yaranıb təsirsiz olaraq qalan hansı növ feillərdir?

A.Məchul,qayıdış    B.Qayıdış,məlum    C.İcbar,şəxssiz        D.Qayıdış, birgəlik   E.Şəxssiz,birgəlik

Комментариев нет:

Отправить комментарий