AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

III Bölmə üzrə KSQ

Kalkulyator.

1-4 – cü suallar mətnlə bağlıdır.
      Təqribən  5000 il əvvəl çötkə icad edildi.Bu elə ilk kalkulyator idi.
      1642 -  ci ildə fransız alimi Blez Paskal rəqəmləri toplamaq üçün ilk maşın düzəltdi.Rəqəmləri ona xüsusi dairəvi şkalaların köməyi ilə daxil edirdilər.Bundan sonra mağazalarda və idarələrdə uzun müddət mexaniki hesablama maşınlarından istifadə edildi.1970 – ci illərdə ilk silisiumlu elekton çip və ya mikrosxem icad ediləndə hər şey dəyişdi.......... sayəsində ancaq düymələri basmaqla ani olaraq toplamağı,çıxmağı və bölməyi bacaran elektron kalkulyatorlar düzəltmək mümkün oldu.daha mürəkkən kalkulyatorlar elmi hesablamalar üçün vacib olan digər hesablamalrı da edirlər.
1.Mətnə aid doğru fikri seçin: 
   A.   Kalkulyatorun ilkin forması birbaşa hesablamanı edirmiş.
   B.   Çötkə ilk kalkulyatordur.
   C.   Blez Paskala EHM –i fransızlar təqdim edib və o təkmilləşdirib.
   D.   Mikrosxemlərin icadı hec nəyin inkişafina təsir etmədi.
   E.   Kalkulyatorun yalnız bir forması olub.
2.Mətnə görə hansı nəticəyə gəlmək olar?
   A.   Silisiumun icadı heç nəyi dəyişmədi.
   B.   Silisiumlu elekton çip və ya mikrosxem icad ediləndən sonra kalkulyator daha çox inkişaf etməyə başladı.
   C.   Mikrosxemlər üçün çötkə yararlıdır.
   D.   EHM-ə Roma rəqəmər daxil etməliydin ki,hesablama aparsın.
   E.   Daha mürəkkəb kalkulyatorun istifadəsi üçün icazə almaq lazımdır.
3.Nöqtələrin yerinə hansı söz uyğun gəlir? 
A.   Mikrosxemlər
B.    Silisium
C.    Rəqəmlər
D.    İlk
E.    Kalkulyator
4.Mətndə fərqləndirilmiş cümlə ilə bağlı doğru fikir hansıdır?
   A.   Yalnız məsdərə aid nümunə var.
   B.   Yalnız feili bağlamaya aid nümunə mövcuddur.
   C.   Yalnız feili sifət işlənib.
   D.   Təsriflənməyən feillərin hər üç növünə aid nümunə var.
   E.   Təsriflənən feil yoxdur.

5.Təsriflənən feillərə aid fikirlərdən hansı səhvdir?
   A.   Zamana görə dəyişə bilir.
   B.   Kəmiyyətə görə dəyişir.
   C.   Şəxsə görə dəyişir.
   D.   Feili xəbər olur.
   E.  İsmi xəbər olmasa da , söz birləşməsi ola bilir.
6.Təsriflənməyən feillərə aid fikirlərdən hansı düzgündür?
   A.   Mənsubiyyətə görə dəyişmir..
   B.    Kəmiyyətə görə dəyişir.
   C.   Şəxsə görə dəyişir.
   D.   Feili xəbər olur.
   E.   İsmi xəbər və söz birləşməsi ola bilir.

7.Məsdərə aid xüsusiyyətləri seçin.
   A.   –maq2,-ma2 köməyi ilə yaranır,həm feilə,həm də ismə aid xüsusiyyətləri var.
   B.   İsimləşə bilmir.
   C.   Sifətə də aid  xüsusiyyətləri var.
   D.   Cümlənin feili xəbəri olur.
   E.   –maq2 leksik şəkilçidir.
8.Feili sifətə aid olmayan cavabı seçin:
   A.   Feilə və sifətə aid xüsusiyyətləri var
   B.   Cümlədə təyin vəzifəsində işlənə bilir.
   C.   İsmi xəbər olur.
   D.   İnkarda və təsdiqdə ola bilir
   E.  İsimləşə bilmir.
9.Feili sifətlə feildən düzələn sifətlərə aid ümumi    xüsusiyyəti seçin:
   A.   Hər ikisi isimləşə bilir,təyin və ismi xəbər  olur.
   B.   Hər ikisinin fərqli şəkilçiləri var.
   C.   Feildən sifət düzəldən şəkilçilər leksik,feili sifət şəkilçiləri isə qrammatik şəkilçidir.
   D.   Feildən düzələn  sifətlər tərkib əmələ gətirə bilmir,feili sifət isə ətrafına söz toplayaraq tərkib əmələ gətirir.
   E.   Feildən düzələn sifətlər dərəcə  bildirə bilir,feili sifətləri isə bildirə bilmir.
10.Feili sifət isimləşərkən hansı xüsusiyyətləri olmur?
   A.   Hallanır.
   B.   Cəmlənir.
   C.   Mənsubiyyətə görə dəyişir.
   D.   Qoşma ilə işlənir.
   E.  Təyin ola bilir.

11.Feili bağlamaya aid olmayan cavab hansıdır?
   A.   Həm feilin, həm də zərfin xüsusiyyətlərinə malikdir.
   B.   Cümlədə zərflik olur.
   C.   Söz birləşməsi yarada bilir.
   D.   Özündən sonra gələn feilə aid ola bilmir.
   E.   Feili xəbər ola bimlir.
12.Hansı cümlədə isimləşmiş feili sifət işlənib?
   A.   Əsən külək səgidi.
   B.   Gələn qonaqlar qarşılandı.
   C.   Gülər üz qarşı tərəfə xoş təsir edir.
   D.   Yazılacaq yazı hazır deyil.
   E.  Oxunasıları sizə verərlər.
13.Hansı cümlədə məsdər işlənib?
   A.   Oxumadığım kitab fantastik janrdadır.
   B.   Oxuma,sənə aid deyil.
   C.   Oxumaq hamıya lazımdır.
   D.   Oxunası kitab yoxdur.
   E.   Oxuduğum kitab çox gec bitdi.
14.Feili bağlama hansı cümlədə tərkib əmələ gətirməyib?
   A.   Biz evə qayıdanda o artıq evdə idi.
   B.   O, evə tərəf gedəndə anası ilə rastlaşdı.
   C.   Qapını açıb içəri daxil oldu.
   D.   Mən  səni məktəbə  gələndə  görmüşdüm.
   E.  Yazdıqca həvəslənir.
15.Feili bağlama hansı mənaları ifadə edə bilmir? 
   A.   İşin əsas feildən əvvəl icrasını bildirir.
   B.   Əsas feildəki hərəkətin tərzini bildirir.
   C.   Əsas feili şərt baxımından izah edir.
   D.   Əsas feilin zamanını bildirir.
   E.   Əsas feilin yerinə xəbər ola bilir.

Комментариев нет:

Отправить комментарий