AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

V Bölmə
B.Vahabzadə “Gülüstan”
1-4- cü suallar mətnlə bağlıdır.



I.Hanı bu ellərin mər oğulları?
Açın bərələri,açın yolları,
...................................................
Qılınc Koroğlusu , söz Koroğlusu

II.Babaların şəni,şərəfi əlbət,
Bizə əmanətdir,böyük əmanət ...
Yoxmu qanımızda xalqın qeyrəti,
Belə saxalayarlar bəs əmanəti?

III.Həmin gün olkəni apardı sel,su,
Tutuldu çöhrəsi günün, ayın da,
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

IV.Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yayd,
Sanki dilə gəldi  güllər,çiçəklər:
“Bu işə qol qoyan qollar sınaydı”

V.Hökmü gör nə qədər böyükmüş anın ,
Möhür də basdılar varağa tıkrar,
Yox,varağın deyil,Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.


1.Mətndə nədən söhbət getmir?
    A.   Azərbaycanın ikiyə bölünməsindən
    B.   Gülüstan sülh müqaviləsindən
    C.   Qəhrəmanlarımızın hünərindən
    D.   İkiyə bölünmüş torpaqlarımızın birləşdirilməsi istəyindən
    E.   İkiyə bölünmüş torpaqların birləşdirildiyindən
2.Mətnə məzmununa görə ,siz ,necə ad verərdiniz?
   A.   Yaralı Azərbaycan
   B.   Gülüstan müqaviləsi
   C.   İkiyə bölünən Azərbaycan
   D.   Azadlıq həsrəti
   E.   Məhv edilmiş arzular
3.Nöqtələrin yerinə hansı misra uygun gəlir?
   A.   Bəs hanı bu əsrin öz Koroğlusu?
   B.   Babalarımız Koroğlumuz
   C.   Qoy qalxsın ayağa ruhu Tomrisin
   D.   Quş bir qanadla uca bilməz
   E.   Zənciri kim vurdu şir biləyinə
4.Hansı bənddə durğu işarəsi səhv verlib?
A.I       B.II     C.III      D.V      E.IV
5.Ədatın mənaca hansı növü səhvdir?
   A.   Qüvvətləndirici ədatlar.
   B.   Dəqiqləşdirici ədatlar.
   C.   Əmr ədatları
   D.   Məhdudlama ədatları
   E.   Sual ədatları
6.Ədatlar haqqında düzgün olmayan cavab hansıdır?
   A.   Nə,ki,da,də,ancaq yəni sözləri həm bağlayıcı,həm də ədat kimi işlənir.
   B.   -Tək,-ca sözləri həm qoşma,həm də ədat kimi işlənir.
   C. Düz,əsl,tək,artıq  sözləri həm sifət,həm də ədat kimi işlənmir.
   D.   Bil,gəl,gör,gəlsənə sözləri həm feil,həm də ədat kimi işlənir.
   E.   Gərək,kaş sözlərihəm ədat , həm də modal söz kimi işlənmir.
10. ”Da” hansı cümlədə ədatdır?
     A.Sən də gəlməlisən!
B.Mən də gələcəyəm.
      C.Akif də,Lalə də ,Arif də gedəcək.
 D.Biz də deik .
       E.Yazdı da
     11.Modal sözlər haqqındda hansı cavab yanlışdır?
   A.   Modal sözlər quruluşca sadə və tərkibi olur.
   B.   Modal sözlər digər əsas nitq hissələri ilə omonimlik yaradır.
   C.   Modal sözlər cümlənin əvvəlində,ortasında,sonunda işlənə bilir
   D.   Sanki,guya,elə bil modal sözlərindən sonra vergül işlədilə bilir.
   E.   Bəlkə modal sözü isimləşə bilir.
12.Hansı ədatlar bitişik yazılır?
A.tək,təkcə   B.gərək , gəl     C.artıq,gəlsənə     D.da,gəl    E.-mı4,sana2
13.Modal sözlərə aid olmayanları seçin:
A.   təəbii ki,şübhəsiz
B.   əlbəttə,şəksiz
C.  əvvəla,ikinci
D.   olmaya,elə bil
E.   zənnimcə,axır ki
14.Nidaların hansı məna növü yoxdur?
   A.   Sevinc bildirənlər
   B.   Narahatlıq bildirənlər
   C.   Çağırış bildirənlər
   D.   Xəbər bildirənlər
   E.   Heyranlıq bildirənlər.
15.Xitabları,modal sözləri və ədatlar birləşdirən ümumi xüsusiyyət hansı cavabda düzgündür?
  A.   Hər üçü əsas nitq hissəsidir.
  B.   Hər üçü köməkçi nitq hissəsidir.
  C.   Hər üçü cümlə üzvü olur.
  D.   Hər üçünün əsas nitq hissələri ilə omonimliyi ola bilmir.
  E.   Hər üçünün   cümlədə işlənmə yerinə görə orfoqrafiyası eynidir.

Комментариев нет:

Отправить комментарий