TƏLIM TEXNOLOGIYALARI

Yazı vərdişlərinin yoxlanılması üçün hekayə yazılması

Təlimat: Xahiş olunur sizə söylənilən ardıcıllığı tamamlayıb hekayə yazasınız. Yazı zamanı verilmiş plana riayət etməyiniz rica olunur.

1.     Biri var idi, biri yox idi...
Hadisələrin baş verdiyi yer, tarixi dövr, hadisələrin başlanğıcı, hekayənin qəhrəmanları ilə tanışlıq.

2.     Günlərin bir günündə...
Baş qəhrəman konflikt, qarşıdurma, diskomfortla qarşılaşır.

3.     Buna görə də...
Problemin həllini tapmaq məqsədi ilə qəhrəmanın axtarış və seçimlərini təsvir etmək.

4.     Kulminasiya
Baş qəhrəman çətinliyi həll edir, problemi aradan qaldırır.

5.     Yekun
Hekayənin qəhrəmanlarının fəaliyyətinin nəticəsi:
·        Pis davranan mənfi personaj cəzasını alır;
·        Bütün sınaqlardan keçən, çətinliyi aradan qaldıran, düzgün davranan müsbət personaj özündə yaxşı keyfiyyətlər formalaşdırır və müküfatlandırılır.

6.     Hekayədən çıxan nəticə...

Qəhrəmanlar öz davranışlarından nəticələr çıxarırlar və bu onların həyatına əsaslı təsir edir.




Комментариев нет:

Отправить комментарий