MƏKTƏBƏQƏDƏR TƏHSİL - PSİXOLOGİYA

Bu gün aktual məsələlərdən biri uşağın ətrafdakılara fiziki zərər vurmasıdır. Belə situasiyanın yaranmasına psixoloqlar iş prosesində rast gələ bilərlər. Bu zaman emosional-iradi sfera pozuntusu olan uşaqlar ilə işləyən psixoloqlara tövsiyə olunur ki, əgər uşaq davamlı olaraq ətrafdakılara fiziki zərər vurmağa meyillidirsə, onunla tez – tez taktil əlaqədə olmaq lazımdır. Konflikt situasiya yarandığı anda uşağı çiyinlərindən qucaqlamaq, nə baş verdiyi, onun hiss etdikləri haqqında maraqlanmaq və onu sakitləşdirəcək, dəstək olacaq ifadələr işlətmək məsləhət görülür. Uşaqların bu tipli situasiyalarda sakitləşmə müddəti 3-8 dəqiqə arası dəyişdiyindən, tövsiyə olunur ki, psixoloq həmin müddət ərzində uşağın yanında olsun və onun əllərini sığallasın. Həmçinin psixoloqlar uşaqdan fiziki olaraq uzaqda olmaqlarına baxmayaraq, bəzi verbal siqnallardan istifadə edərək uşağın öz davranışını tənzimlənməsinə dəstək ola bilərlər.

Комментариев нет:

Отправить комментарий