MƏKTƏBƏQƏDƏR TƏHSİL

DAVRANIŞ QAYDALARINDA NƏZAKƏTLİLİK 




Vaxtaşırı uşaq düzgün davranış formasını seçməyin lazım olduğu müxtəlif həyati vəziyyətlərə düşür. Məsələn, ana öz uşağından ona qabı verməyi xahiş edirsə – əlbəttə, uşaq bunu ona verəcək, amma bu o demək deyil ki, o oyun meydançasında da bu cür nəzakətli davranış göstərəcək. Bəzən tamamilə əksinə olur: uşaq özünü yad insanların yanında yaxşı aparmağa çalışır, nəzakətlə danışır, xahişləri yerinə yetirir, istifadə etdiyi oyuncaqları yığışdırır, səliqə ilə çəngəllə yeyir, amma anası ilə təklikdə– kobudluq edir, oyuncaqları yığışdırmır, əlləri ilə yeyir və s.
Burada sözsüz ki, körpənin yaş və psixoloji xüsusiyyətləri rol oynayır. 2-3 yaşlarında uşaqlar qarşılıqlı təsir yollarını axtarmağa, icazə verilənlər çərçivəsinin "çevrəsini cızmağa" başlayırlar. Ona görə də, əgər sizin körpəniz dünən "Çoxsağol" və "Zəhmət olmasa “sözlərini çox rahat ifadə edirdisə, bu gün sanki həmin sözləri unutmuş kimi davrana bilər. Siz onun bu davranışına təəccüblənməyin. Uşağa anlamağa kömək edin ki, o hansı vəziyyətlərdə nəzakətli davranır, hansılarında isə yox və tez-tez onu mədəni davranışlarına görə tərifləyin.
Sizin köməyiniz və öz şəxsi təcrübələri əsasında dörd yaşlı uşaq artıq davranışın əsas normalarını mənimsəyəcək. Amma öz mövqeyində möhkəmlənməsi üçün, ona yeni mərhələ lazım olacaq – "xəbərçilik". Körpə öz davranışı ilə digər uşaqların daranışlarını müqayisə etməyə və digər uşaqların “səhv” davranışlarına irad bildirməyə başlayacaq. Məsələn: "O itələyir!", "O "çoxsağol" demədi ", “O başqasının maşınını qırır!" və s. Bu vəziyyətdə isə böyüyün əsas vəzifəsi uşağın qeydinin düzgünlüyünü təsdiq və ya təkzib etməkdir. Bunun sayəsində uşaq nəyin yaxşı və pis olduğunu daha düzgün anlayacaq.
6 yaşa yaxınlaşanda isə belə "xəbərçiliklər" lazım olmadığına görə itməyə başlayır: artıq bu yaşlı uşağın şüurunda düzgün və nəzakətli davranış normaları möhkəmlənmişdir. İndi uşağın əsas məqsədi insanlarda yaxşı təəsürat yaratmaq, başqalarının xoşuna gəlmək və özünü ən yaxşı tərəfdən göstərməkdir.



Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

Комментариев нет:

Отправить комментарий