MƏKTƏBƏQƏDR TƏHSİL

NƏZAKƏT QAYDASI
Uşaq böyüklərin hərəkətlərini təkrarlamaqla və ya hər hansısa daxili istəklərindən irəli gələrək nəzakətli ola bilər. Lakin, bu halda, onun nəzakətliliyi daha çox intuitiv xarakter daşıyacaq. Uşaq daim düşünəcək ki, indi o düzgün edir, yoxsa yox və bu onun özünüqiymətləndirməsinə ciddi təsir göstərəcək. Buna görə də uşaqları etiket qaydaları ilə gündəlik həyatda tanış etmək və bu qaydalara riayət etməyi öyrətmək əhəmiyyətlidir. Məsələn, poliklinikaya getməyə hazırlaşarkən, uşağa orada özünü niyə və necə aparacığı haqqında məlumat verin.
Uşaqları davranış qaydaları ilə müxtəlif oyunlar oynayaraq da tanış etmək olar. Məsələn: rollu və stolüstü oyunlar, süjetli şəkillər üzrə problemli situasiyalar haqqında müzakirələr, maarifləndirici söhbətlər və bədii ədəbiyyatların oxunması.

Комментариев нет:

Отправить комментарий