YAŞ DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

Похожее изображениеİnsanların beyin neyronları və onların peykləri gənclik dövrünün sonunda (30-35 yaşlarında ) sürətlə məhv olur və yenisi isə yaranmır.Bizim də tez-tez müraciət etdiyimiz beyində fəaliyyətsiz qalıb "mürgüləyən"neyronlar gərgin zehni iş zamanı fəaliyyətə qoşulurlar.Bunların "işə qoşulması" ən çox 40 yaşdan sonra başlayır və yaradıcı adamlarda zehni fəaliyyəti sönməyə qoymur.
Görünür təbiət insan beynində belə çoxlu neyronları ona görə səxavətlə vermişdir ki,əgər insanlar ona verilmiş ömür payını mühafizə etməklə,uzunömürlülük fəaliyyəti zamanı beyinin yaradıcılıq qabiliyyəti ,ziyası sönməsin.Hesablamalar göstərir ki,əgər insan indiki təcrübəyə əsasən 130 il yaşasa belə,bu ziya həmişə onun həyatını işıqlandıracaq.
Bununla belə,təbiət insan fəaliyyəti qarşısında belə də bir şərt qoyur; onun beyninin ziyası bir şərtlə sönməz ki,o,bütün ömür boyu ,hətta qocaldıqda belə öz zehni fəaliyyətində adət etdiyi işlə fasiləsiz məşğul olsun.Bu azmış kimi,həm də müntəzəm olaraq, çağdaş dünyamıza aid yeni informasiyalar da almağa səy etsin.Bəzi tanınmış alimlərin təcrübəsi göstərir ki,yüksək zehni fəaliyyət sahibləri öz sevdiyi və ömrünü həsr etdiyi problemlə müvəffəqiyyət əldə etdikdə,onun zehninin işığına məmnunluq gətirir,insanın fiziki imkanında belə ehtiyat yoxdur.
Neyrofizioloqlar belə nəticəyə gəlmişlərr ki,beynin qocalmaması üçün səylə düşünmək vacib şərtdir.Çünki gərgin əqli fəaliyyət zamanı beyində qanın hərəkət dinamikası yüksəlir,beyin hüceyrələri yaxşı qidalanır ki,bu,onun yaradıcılıq qabiliyyətini stimullaşdırır.Bir çox tanınmış alimlərin ömürlərinin sonuna qədər aydın zəkaya,yüksək erudisiyaya malik olması onların fasiləsiz olaraq zehni əməklə məşğul olmalarıdır.
Adətən 30-35 yaşlarından sonra insan beyni daha sürətlə "qocalmağa" başlayır.Aparılan neyrofizioloji tədqiqatlar bizi inandırır ki,insan bütün ömür boyu beyinin tükənməz ehtiyatından istifadə etməklə zehni işlə məşğul ola bilər. Ancaq bu informasiyalar aysberqin görünən tərəfidir.İnsan öz beyninin sirrini açandan sonra kainatın və deməli,əbədi gəncliyin sirrlərinə bələd olacaq.Tanınmış bir çex tədqiqatçısı uzun illər veteranların həyatını tədqiq edərək belə nəticəyə gəlmişdir ki,"Əgər siz qoca dünyanın gənc müasiri olmaq istəyirsinizsə, onda gərək bütün kainat sizi maraqlandırsın.Hər şeylə maraqlanmaq gəncliyə xas əlamətdir.Əgər düşünməyib,sadəcə olaraq,,emosiyalarla zənginləşsəniz,yaxud ətrafdakıları dinləsəniz,onda tez qocalarsınız".
Bəzi mütəxəssislər belə hesab edirlər ki, şəxsiyyətin ən fəal yaradıcılıq illəri 25-30 yaşına qədərdir.Bəzi mütəxəssislərin yaradıcılıq kluminasiyası 37 yaşına çatır.Psixololoqlar deyirlər ki,oğlan və qızlarda təcavüzkar davranışlara nə qədər ciddi nəzarət edilərsə,o qədər o cəhətin güclənmə ehtimalı artır.Cəzalar olmaz,gərək əlverişli üsul tapılsln.Elə adam var ki,onlar konflikt axtarır,sanki vaxtaşırı onu gözləyir.Bunları müəyyən mənada qıcıqlandırır."
Hələ 80-ci illərdə ameikalı professor Bitso Canobi aydınlaşdırmışdır ki,beynin qocalığı 15 yaşından başlayır.Ona görə də yaddaş tələb edən bilikləri 15yaşına qədər öyrənmək olar,lakin bəzən "unutqanlıq"beynin qocalması ilə deyil,diqqətsizliklə də əlaqədar olur.Beyin hüceyrələrinin qocalıb sıradan çıxması və bunların bərpa olunmaması da həqiqətdir.Hər orqanizmin,hətta hər hər orqanın da qocalma ritmi var.Burada beyin neyronlarının itirilməsindən deyil,itirilmiş neyronların funksiyasını "mürgüləyən neyronların"öz üzərinə götürməsi,onların bərpa olunması kimi başa düşülməlidir.Düzdür,bəzi sahələrdə regenerasiya hadisəsi baş verə bilər.
Qocalıq haqqında nə qədər xoş və təskinlikverici söz deyilsə də yaşın özünəməxsus məhdudiyyətləri və məhrumiyyətləri var.Burasi da düzdür ki,təbiət insana xoşbəxt olması üçün imkan verib.Bundan istifadə etmək qabiliyyətiinin bir əngəli də yaşla bağlıdır.İnsanların ahıl yaşlarında çəkdikləri əzablar da qaçılmazdır.,amma normal həyat tərzi keçirmək hər bir insanın öz əlindədir.

Комментариев нет:

Отправить комментарий