MÜASİR MÜƏLLİM NECƏ OLMALIDIR....


Картинки по запросу muellimMüasir müəllim ilkin olaraq,müasir dövrün tələblərinə cavab verməlidir.Şagirdləri öz ideya və fikirlərini sərbəst ifadə etməkdə dəstəkləməlidir.Şagirdlərin yeni ideya və bacarıqlarını tətbiq etmələri üçün lazımi şərait yaratmalıdır.Müasir müəllimlə şagird arasında inam,təmkin və qarşılıqlı hörmət zəminində qarşılıqlı əlaqələr olmalıdır.Müəllim şagirdlərlə fikir mübadiləsi aparmaqla yanaşı onlara öz ideyalarını müdafiə və sübut etmək üçün sağlam şərait yaratmalıdır.Hər bir şagirdin əməyini rəğbətləndirməlidir.Sinifdə bütün şagirdlərin fəal iştirak edə biləcəyi təlim atmosferi yaratmalıdır.
Müəllim təlim mühitini dərsin tələblərinə uygunlaşdıraraq ,effektiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün şagirdləri qruplaşdırır.Dərsi əsasən sorğu-dərketmə-düşünmə modeli əsasında quran müəllim planlaşdırmanı düzgün aparır.Hər bir şagirdi təhsil prosesinə cəlb edən,onların tənqidi təfəkkürünü inkişaf etdirən,fəallaşdıran metod və üsullardan istifadə edir.Şagirdlərin maraqları,fikirləri daim nəzərə alır.Oxu və yazıdan tədqiqat və ideyaların açıqlanması vasitəsi kimi istifadə edir.
Dərs peosesində açıq suallardan məharətlə istifadə edir..Eyni zamanda şagirdlərin yüksək səviyyəli suallar formalaşdırıb vermələri üçün şərait yaradır.Ən zəif şagirdin belə fikrinə diqqətlə qulaq asaraq ona stimul verir.Şagirdlərdə özünü və başqalarını qiymətləndirmək bacarığını inkişaf etdirir.Şagirdləri əvvəlcədən qiymət kriteriyaları ilə tanış edir və onları bu kriteriyaların işlənib hazırlanması prosesinə cəlb edir.
Müasir müəllim öz peşəkarlıq səviyyəsini inkişaf etdirmək baxımından daim özünü təkmilləşdirməlidir.Müasir dövrün tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməklə yanaşı ,təhsildə olan yeniliklərə öz münasibətini bildirməlidir.Müasir müəllim nümunə davranışı olmalıdır.

Комментариев нет:

Отправить комментарий