Uşaqları necə tərbiyə edə bilərik?

Картинки по запросу aile
Təsəvvür edin ki, siz ağır iş günündən sonra evə yorulmuş vəziyyətdə gəlirsiniz və görürsünüz ki, uşaqlarınız oyun zamanı dalaşırlar. Siz çox yorğun olduğunuz üçün əvvəlcə onlara qarışmamaq qərarına gəlirsiniz. Beş dəqiqə sonra dava zamanı sizin oğlunuz qızınızı vurur. Onlar bir -birinin üstünə qışqırırlar və siz bunu görüb özünüzdən çıxırsınız. Sonra qızınız ağlayaraq sizə yaxınlaşır və qardaşından şikayət edir. Bu zaman sizin reaksiyanız necə olardı?Təcrübə göstərir ki, belə hadisələrdə valideynlərin əksəriyyəti yalnız problemin ani reaksiya ilə həllinə çalışırlar. Qəzəblənərək öz uşaqlarına qışqırırlar (məsələn: “Birdə görməyim ki, sən bacını vurursan!") Daha sonra uşağı bəzi sevimli oyuncaqlarından məhrum etməklə cəzalandırırlar, sevdikləri verilişə baxmağa icazə vermir, çox qəzəbli olduqda isə küncdə saxlayırlar. Belə situasiyanın ən yalnış həlli yolu isə uşaqlara fiziki şiddət göstərilməsidir. Əslində belə davranaraq, görünüşdə problem həll olunub, uşaqlar dalaşmırlar, bəlkə də bir saat sonra birləşib oynayacaqlar. Lakin daxildə problem həll olunmayıb. Məsələ orasındadır ki, siz uşağınıza bu davranışla başqaları ilə düzgün münasibət qurmağı öyrədə bildinizmi? Əvvəlcə onu qeyd edək ki, valideynlərin belə davranışı uşaqları tərbiyə etməyi bacarmırlar demək deyil, əslində onlar məsələni doğru şəkildə həllini səmimi qəlbdən istəyirlər. Sadəcə bu cür davranmaqla uşaq onlara qoyduqları tələblərə müvəqqəti riayət edir. Bu isə problemi qismən həll edir. Siz bu zaman soruşa bilərsiniz ki, bəs onda uşağımızı necə tərbiyə edək? Gəlin bu suala cavab tapaq.Tərbiyə prosesinin iki məqsədi vardır:
1. Hal hazırkı zaman üçün uşağımızda düzgün davranışa nail olmaq;
2. Uşaqlarınızın gələcək həyatında insanlarla ünsiyyətin və qarşılıqlı təsir qaydalarının düzgün modelini formalaşdırmaq.
Tövsiyələrə keçməzdən əvvəl, qeyd etmək istərdik ki, tərbiyə prosesində bəzən valideynlərin gözündən qaçan çox vacib bir qayda var, bizim uşaqlara olan reaksiyamız əslində onların gələcəkdə davranış modelləridir.
Biz uşaqlara aqressiv rekasiya verərək, şüuraltı ona aqressiv davranış modelini ötürürük.
Yuxarda yazılanları bir nümunə üzərində izah edə bilərik məsələn: Sizin fikirinizcə uşağı nədənsə məhrum etmək , evdə küncdə saxlamaq, öz günahını bu cür cəzalandırmaqla ona başqalarına qarşı mərhəmətli olmağı, acı verməməyi öyrədə bilərik?
Yuxarıda təsvir etdiyimiz davranışla siz tərbiyə prosesinin birinci məsələsini həll edirsiniz. Uşaqlar artıq dalaşmırlar , bir neçə gün qardaş bacıya, bacı qardaşa əl qaldırmır. Əslində bu da bir pozitiv nəticədir. Amma təhdid və cəzalar təəssüf ki “indi və halhazırda” prinsipinə uyğundur. Biz bununla tərbiyənin birinci məqsədinə çatmış oluruq. Ancaq uzun müddətli perspektivdə nə əldə etdiyimizə baxsaq, görə bilərik ki, uşağın doğru davranışı sadəcə sizə olan qorxusunun nəticəsidir. Başqa sözlə, biz uşağa birmənalı dərs vermiş oluruq: Güc və hakimiyyət başqalarına istədiklərimizi əldə eletdirməyin ən rahat yoludur.
Gələcəkdə bizim uşağımız hisslərini idarə edən zaman artıq sizə olan qorxudan deyil də öz bacarıqlarına əsasən bunu etməsi daha doğru olar. Əgər biz doğru tərbiyə metodunu seçsək bunları əldə etmək mümkündür. Gəlin müəyyən edək ki, uşaqda qorxu hissi yaratmadan, onunla emosional əlaqəni itirmədən onun şəxsi inkişafına şərait yaratmaq üçün necə davrana bilərik? Əsas qayda budur ki, uşaq istəmədiyi davranışa reaksiya verməzdən əvvəl, bir neçə dəqiqə dayanın və 3 suala cavab verməyə çalışın: “Niyə?”, “Nə?” və “Necə?” .
Niyə mənim uşağım belə davranır?
Əgər biz uşağa ani reaksiya verməzdən əvvəl biraz düşünsək ki, niyə mənim uşağım belə davranır biz onda görə bilərik ki, əksər zamanlarda uşaq qəribə davranışla nəsə vacib birşeyi bizə deməyə çalışır. Birbaşa problemi bizə deməyə çəkinir və həlli yollunu özü də bilmir. Belə situasiyada ən doğru olan uşağa qarşı empatiya hissini qurmaqdır, daha anlayışlı davranmaqdır. Biz uşaqlardan qarşılaşdıqları hər problemdə sakit reaksiya gözləyə bilmərik, çünki onlar hisslərini cilovlamaqda təcrübəsizdir. Bizim uşaqlarımıza vaxt lazımdir ki, öz hisslərini idarə etməyi öyrənsinlər. Təcrübə göstərir ki, uşaqlar əksər zamanlarda daha çox öz yaxınları ilə oynayan zaman özlərini cilovlaya bilmirlər, qışqırırlar. Bu onu göstərir ki, uşaqlar öz valideyinlərinə, bacılarına, qardaşlarına güvənirlər, özlərini nə qədər pis aparsalarda əmindirlər ki, yaxınları onlara güzəştə gedəcək. Bəzi alimlər təsdiq ediblər ki, əgər uşaq hisslərini biruzə vermirsə və özünü ideal aparırsa, bu özü artıq ailə ilə uşaq arasında emosional əlaqənin zəif olmasının göstəricisidir. Beləliklə bacı-qardaş arasında olan davaları daha çox onların bir birinə bağlı olduqlarının əlamətidir.
Mən ona nəyi başa sala bilərəm?
Tərbiyənin əsas məqsədi öyrətməkdir. Biz uşaqlara qarşı hər zaman düşünərək davranmalıyıq. Valideynlər tərbiyə prosesində ilk növbədə onlara hisslərini necə idarə etməyi öyrətməlidir. Başqalarına güc tətbiq etməyin, hissləri aqressiya şəklində ifadə etməyin yanlış olduğunu başa salmalıyıq və onları sosial cəhətdən doğru davranışa yönəltməliyik. Biz onlardan hansı davranış formalarını gözlədiyimizi hər zaman onlara göstərməliyik. Bəzən onların aqressiv davranışına aqressıv reaksiya verərək onda şüuraltı etdiyinin doğru olduğunu təsdiqləyirik. Buna görə də bəzən biz də öz hisslərimizi cilovlamağı bacarmalıyıq. Daima onlarla emosional əlaqə qurmağa çalışın. Qucaqlayın, onların hislərini onlara sözlə əks etdirməyə çalışın. Bununla onlar görsünlər ki, siz onların hisslərini başa düşürsünüz. Onlarla vizual əlaqə qurmağa çalışın, ünsiyyətiniz qarşılıqlı olsun,yalnız onlar sakitləşdikdən sonra dalaşmağın doğru olmadığını başa salın. Bunları əmr və ya qadağa şəklində etməyin. Onlara “bunu etmə onu etmə” deyərək kömək etmiş olmuruq, əksinə onların davranış modelini azaltmış oluruq. Bizim əsas məqsədimiz onlara alternativ çıxış yollarını göstərməkdir. Bu zaman yaş xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Məs: Əgər uşağımız məktəbə qədər yaş dövründədirsə onlara doğru davranış modellərini oyun zamanı daha yaxşı göstərmək mümkündür.

Комментариев нет:

Отправить комментарий