MENTORLUQ NƏDİR?


Картинки по запросу mentorluq nədirTəhsil (öyrənmə) ortağı / Ağıl(fikir-ideya) müəllimi/ Rol Modeli/ Rəhbər-Məslətçi/ kimi izah edilə bilər.
Mentorluq – Danışman, məsləhətçi, dəstəkləyici, öyrənmə (araşdırma) ortağı, qoruyucu, rol modeli və rəhbər vəzifələrini əhatə edən ağıl təlimçisi kimi izah edilə bilər.
Mentorluq edən şəxs təcrübəsi ilə hər hansı yeni fikir layihəsinə (yeni iş fikrinə) dəstək verməklə yanaşı, iş dünyasındakı çevrəsindən də istifadə edərək, yeni iş fikrinin (yeni fikirin) gerçəkləşməsinə dəstək verə bilmək kimi potensiala da malikdir.
Mentorluq iki nəfərin və ya iki tərəfin razılaşaraq və güvənərək formalaşdırdığı, gizlilik prinsiplərinə əsaslanan iş birliyidir. Əsas məqsəd gənc-öyərənən tərəfin həyat tərzi və kayerasının inkişafına yönəlik müstəqilliyini dəstəkləməkdir.
Dünya təcrübəsinə görə, mentorluq əlaqələri bütün sahələrdə - şirkətlərdə, təhsil müəssisələrində və müxtəlif təşkilatlarda fərqli hədəf kütlə, yaş qrupu; fərqli məqsədlər əsasında formalaşdırılmış şəkildə tətbiq edilməkdədir. Şəxslər və təşkilatlar bu qarışıq və daimi dəyişən iş həyatına ayaq uydura bilmək üçün, potensialını inkişaf etdirmək və fərdi öyrənən (daimi inişaf edən) tərəf halına çevrilə bilmək üçün müvafiq şəraiti təmin edəcək mexanizmləri-metodları formalaşdırmaq məcburiyyətindədirlər.
Təşkilatlarda mentorluq sisteminin tətbiq olunmasındakı məqsəd:
· İnsan potensialını inkişaf etdirmək
· Təşkilat (layihə qrupu) mədəniyyətini təmin etmək
· Akademik və ya karyera yönündən hədəf kütləyə dəstək vermək
· Bunun nəticəsi olaraq da inkişaf etməkdə (böyüməkdə) maraqlı olan, motivə edilmiş daha təsirli insan potensialını formalaşdırmaqdır.

Комментариев нет:

Отправить комментарий