2.Yeni bir dil öyrənmək beyini gücləndirir.İstədiyiniz bir dili öyrənməyə qərar verərək gündə 5-10 yeni söz öyrənə bilərsiniz.
3.Zehni gimnastika ilə məşğul olun.Məsələn, gündə bir bulmacanı çözməyə,yaxud şahmat oynamağa vaxt ayırın.
4.Gündəlik adət etdiyiniz davranışlardan fərqli olan bəzi yeniliklər edə bilərsiniz.Məsələn,telefonu sol əlinizdə tutub,çantanızı digər qolunuzdan asa bilərsiniz.
5.Hər gün intellektual səviyyənizi artırmağa cəhd edə bilərsiniz.Məsələn,hansısa bir saytdan,qəzetdən,elmi jurnaldan fərqli elmlərə,zövqlərə uyğun bir məqalə oxuya,yaxud bir neçə aforizm öyrənə bilərsiniz.Sənədli filmlərə də baxmaq olar.
6.Hər gün gözəl bir rəsm əsərinə diqqətlə baxa bilər,rəssamın rənglərin dili ilə demək istədini anlamaq üçün cəhd edə bilərsiniz.
7.Hər gün sevdiyiniz bir musiqini,yaxud eşitmək istədiyiniz bir musiqi əsərini gözüyumulu şəkildə dinləməyə çalışın.
8.Gündə ağlımızdan 60-80 min arası düşüncə keçir.Bu düşüncələr nə haqdadırsa,həyatınız da ən çox ona uyğun şəkildə formalaşır.unutmayın beyninizdə ən çox nəyi düşünürsünüzsə,həyatınızda da həmin düşüncəyə uyğun şeyləri çoxaldırsınız.
9.Bir mövzu haqqında düşünərkən necə düşündüyünüzə diqqət edin.Düşünmək üçün düşünməyin.Bu,beyin stresini artırır.
10.Yaxşı bir yuxu keyfiyyətli bir beyin üçün şərtdir.Yuxu vaxtı fərdiyyətə görə dəyişkəndir.(Həzrəti Muhamməd (S.A.S.) sutkada gecə 22.00-3.00 arası və gündüz zöhr namazından əvvəl 60-30 dəqiqə,A.Eynşteyn 10 saat yatırmış).. Yuxuculsunuzsa, yuxu vaxtını 10 saata kimi uzada bilərsiniz.
11.Bol və təmiz oksigen beyin üçün çox gərəklidir.Beynimiz vücudumuzun 2%-ni təşkil etdiyi halda,vücuda daxil olan oksigenin 25%-ni sərf edir.Oksigensiz qaldığımız zaman ölümü qəbul edən ilk orqan beyin olur.Otağın pəncərəsini ara-sıra açaraq özünüzü bu nemətdən məhrum etməyin.
12.Fərqli düşüncə tərzi beynimizi inkişaf etdirir.Gün ərzində uşaqlar və heyvanlarla mütləq vaxt keçirin.
13.İstifadə edilməyən orqan kütləşir.Davamlı televizor,yaxud kompüter qarşısında oturmayın.
14.Beyinin ən təhlükəli anı "qorxduğumuzun başımıza gəlməsinə" köklənməyimizdir.Əsla bu düşüncədə olmayın.Məsələn,"toplum qarşısında çıxış edərkən həyəcanlanaram",-deyə fikirləşsəniz,mütləq həyəcanlanacaqsınız.Çünki beyin hədəflənmiş düşüncəni gerçəkləşdirmək üçün çalışacaq.Bu,onun xüsusi funksiyasıdır.
15.Beyni yoran monotonluqdur.Həyatınızı rəngləndirməyə çalışın.Məsələn,özünüzə bir finca qəhvə,yaxud sevdiyiniz bir yemək hazırlayın,yaxud çayınıza süd əlavə edərək için.
16.Beyin qısa müddətli hafizədə 5-7 arası bilgini yadda saxlaya bilir.Artıq məlumat zamanı beynimiz "servisdənkənar" xətt üzrə çalışır.Ona görə həyatımızın ən böyük qərarını qəbul edərkən beşrəqəmlini beşrəqəmliyə vurmaq lazım gəldiyindəki kimi kalkulyatoru işə salmayın, bir kağız üzərində nə edəcəyinizi hesablayın.
17.".Sağlam bədəndə sağlam ruh olar" vücudunuzun sağlam olması naminə hər gün 2-3 litr arası su için.Çünki insan beyninin 78% -i su ilə örtülmüşdür.(qəbul etdiyiniz digər mayelər bu hesaba ba daxil deyil).Suyun soyuq,ilıq,isti olması tamamən zövqünüzdən asılıdır.Piyada gəzin,az da olsa idman edin.
18.Dərs oxuyarkən,yaxud nəyisə öyrənərkən,ilk öyrənilənlər,son öyrənilənlər,çox təkrarlananlar və maraqlı gələnlər ağılda ən çox qalanlardır.Dərsləri qısa aralar verərək öyrənmək ən ağıllı qərardır.
19.Əgər hələ də namaz qılmırsınızsa,elə bu saatdan etibarən bu barədə düşünün və Allahın rizasını qazanmaq üçün tələsin.Niyyətin,dəstəmazın.imanın,islamın,namazın,qüslün sizə necə gözəl təsir edəcəyini,beyninizin,vücudunuzun.qəlbinizin necə rahat olacağını hiss edərkən Allaha şükür və mən dua etmənizi rica edirəm.<3
20.Beynimizdən necə istifadə edəcəyimizə qərar verən yenə beynimizdir."Ağlımızı başımıza toplayaraq" ondan daha səmərəli istifadə etməyimizə nə deyirsiniz? <3
Комментариев нет:
Отправить комментарий