GÖZLƏNTİ YARATMA ÜSULU

Gözlənti yaratma
Картинки по запросу gozləmə yaratma usul Gözlənti yaratma mərhələsində şagirdlər dərs materialını öyrənməklə bağlı hazırlıq işləri görürlər. Bu nümunə dərsində gözlənti yaratma mərhələsi Məna xəritəsi üsulu ilə başlayır və Terminə görə təxmin etmə üsulu ilə davam edir. Birinci üsul şagirdləri hekayənin hansısa bir anlayışı ilə tanış etmək üçün istifadə olunur. İkincisi isə şagirdlərin mövcud biliklərini qiymətləndirmək üçün istifadə olunur.
Müəllim şagirdlərə qoca və yaxta haqqında qısa bir hekayəni ürəklərində oxumaq tapşırığı verir. Müəllim lövhənin ortasına üfüqi vəziyyətdə olmaqla oval şəkli çəkir və onun mərkəzində “yaxta” sözünü yazır. Sonra müəllim şagirdlərdən “yaxta” sözü haqqında bildiklərini siniflə paylaşmalarını xahiş edir. Bundan sonra müəllim dərsin təxminən üç dəqiqəsini şagirdlərin fi kirlərini məna xəritəsində toplamağa, düzənləmə və qeyd etmə işinə sərf edir. “Yaxta” sözü şagirdlərə məlum olmayan söz ola bilər. Ona görə bu məşğələ üçün seçilmişdir.
Müəllim: Biz indi birlikdə qoca və yaxta haqqında qısa bir hekayəni oxuyacağıq. Kim söyləyə bilər, bu yaxta nəyə bənzəyir? Söylədiklərinizi bu Məna xəritəsinə yazacağam.
Şagird: Bu gəminin bir növüdür.
 Müəllim: Bəli. Siz daha nə bilirsiniz?
Şagird: Onun yelkənləri vardır və yavaş gedir.
Müəllim: Doğrudur, yaxta böyük yoxsa kiçik gəmidir?
Şagirdlər: Böyükdür.
 Müəllim: Kim yaxta sahibi ola bilər?
Şagird: Zəngin insanlar.
Şagird: Kral.
Müəllim: İndi istəyirəm ki, dörd predmet haqqında düşünəsiniz: metal pul, yaxta, kəndir topası və sarı şərf. İçərisində bu dörd predmetin yer aldığı bir əhvalat quraşdırın. Bir neçə dəqiqə düşünün. Bu predmetlərin yer aldığı həmin əhvalatın qəhrəmanları və hadisələrin baş verdiyi yer haqqında düşünün.
 Üç-dörd dəqiqədən sonra müəllim deyir: “İndi isə cütlüklərdə birləşin və öz fi kirlərinizi bir əhvalat ətrafında birləşdirin.
Hər cütlüklərdən bir nəfər sizin əhvalatınızı bütün sinfə danışmaq üçün hazırlaşmalıdır”. Təxminən beş dəqiqə keçdikdən sonra müəllim soruşur: “Kim əhvalatı siniflə paylaşmaq istəyir?”
 Cütlüklərin birindən olan şagird: Böyük fırtına zamanı yaxta batdı.
Səhəri gün sahildən metal pul, kəndir topası və sarı şarf tapdılar. Digər cütlükdən olan şagird: Zəngin bir adam öz yaxtasında səyahətə çıxır. Metal pulun üstünə çıxıb sürüşərək, kəndir topasına ilişib yıxılır və sarı şərfi boynuna dolaşır. Adam ölür. Yaxtası isə üzməkdə davam edir.
Biliklər qurma Dərsin biliklərin qurulması mərhələsində müəllim İstiqamətləndirilmiş oxu (İO) metodundan istifadə edir. Şagirdlər səssiz ürəklərində oxuyur, müəllim isə anlama üzrə sualların köməyi ilə onların mütaliəsini yönləndirir.
 Oxu zamanı materialda ayrı-ayrı yerlərin müzakirəsi üçün şagirdlər oxumağa ara verirlər, sonra oxumağa davam edirlər. (Bu kitabın birinci bölməsində yaxşı sualları necə verməklə bağlı deyilənlərə baxın.)
 Müəllim: Beləliklə, indi siz Layam O`Flaertinin “Şillinq” adlı hekayəsini oxuyacaqsınız. Bu əhvalatda bizim yuxarıda haqqında danışdığımız dörd predmet yer almışdır. Siz fasilələr etməklə sakitcə oxuyacaqsınız. Hekayənin hər sonrakı hissəsini oxumağa başlamazdan əvvəl mən sizə suallar verəcəyəm. Siz isə sakitcə oxumaqda davam edərək həmin suallara cavab axtaracaqsınız. Mətnin hansı yerində oxumağı dayandırmağı mən sizə deyəcəm. Buyurun, hekayənin ilk iki abzasını oxuyun və aşağıdakı suala cavab tapın: “Qoca necə öyrəndi ki, yaxta çox bahalıdır? Sakitcə oxuyun və oxuduğunuz müddətdə bu suala cavab axtarın. Şagirdlər hekayənin ilk iki abzasını ürəklərində oxuyurlar.

Комментариев нет:

Отправить комментарий