FİZİKA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARINİN İSTİFADƏSİ


Картинки по запросу telim usullari haqqindaFizika dərslərində  mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir.Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalaşdırır. Müəllimlərə yaxşı tanış olan Klaster, İNSERT, Ziqzaq və BİBÖ üsullarında başqa, mətnlə işin digər üsullarını təklif etmək olar:
Ardıcıl suallar üsulu. Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.
Mətndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açar sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək
sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər. Açar sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod
şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çoxda böyük olmayan vərəqlərə yazırlar. Şagirdlərdən biri bu sualı oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart – cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.
Planın və köməkçi sxemlərin tərtib edilməsi. Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmağa, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə gətirib çıxardır.
Plan – mətnin struktur-məzmun təşkilini (mikro mövzuların ardıcıllığını, onların qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir. Birlikdə oxuyaq. Metodik priyom bu və ya digər informasiyanın sadəcə təkrarlanmasını deyil, təlimi başa düşmə səviyyəsinə yönəltməyə imkan verir.
Priyomun istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə mətnə aid sual hazırlayır. Bu zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu qruplaşdırmalı, suallar verməli və onlara cavab verməlidirlər. Mətnə əsasən cədvəlin doldurulması. Cədvəllər mətnin əsas ideyasını aşkar
etməyə imkan verir.

Комментариев нет:

Отправить комментарий