Pusluz məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.


Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” imzaladığı əmrə əsasən uşaqların pusluz şəkildə  hazırlaşa biləcəyi məktəbəhazırlıq qruplarına ənəd qəbulu avqustun 15 - dən sentyabrın onunadək aparılması nəzərdə  tutulub.  
Əmrdə qeyd olunub ki, məktəbəhazırlıq qrupları təşkil olunacaq məktəblərdə sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədləri, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməlidir.
Eyni vaxtda , məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməsi də nəzərdə tutulub.

Комментариев нет:

Отправить комментарий