Ali məktəblərdə köcürmə elektron portalla aparılacaq

Ali məktəblərin hər birində  tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılacaq.

Müəyyən edilsin ki, ali təhsil müəssisələrinə köçürülmə və ixtisasların dəyişdirilməsi prosesi Təhsil Nazirliyinin elektron portalı (transfer.edu.az) ilə yanaşı Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında müəyyən edilmiş prosedur əsasında da aparıla bilər.

Bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasının təmin edilməsi İnformasiya şöbəsinə tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova tapşırılıb.

Комментариев нет:

Отправить комментарий