METODİKİ SƏNƏD


«Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası»nın
təsdiq edilməsi haqqında
13.01.2009
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 9
Bakı şəhəri, 13 yanvar 2009-cu il
«Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası»nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı və Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit
sazişi çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsinə uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A. Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli
qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ
QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
1. Giriş
Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də
köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və
tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin
etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin
məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması
zərurəti yaranmışdır.
Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı layihəsində
prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Təlim və tədris prosesinin
təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə
edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün
müasir qiymətləndirmə mexanizmlərinin yaradılması mühüm vəzifə kimi irəli sürülür.
Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri
olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən
etibarlı mənbə hesab olunur.
Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası
(bundan sonra - Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri
ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu
qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə,
bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata
keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və
tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilmişdir. Bu sənəd çərçivə
sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının
Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə,
qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni
qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır. Sənəddə məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət sahələri şərh edilir.
Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin
etmək üçün dəqiq qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da
nəzərdə tutulur.
Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi
ilə hazırlanmış milli kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib
hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin
məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan sonra növbəti mərhələlər
hesab olunur.
1.2. Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər
Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı
məlumat verilməsini; qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında
kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurrikulumlarında və dərsliklərdə
müvafiq dəyişikliklərin aparılmasını; təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə
vasitəsi funksiyasını; qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan
qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət
etməsini.1.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər
Hazırkı qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları
aşağıdakı kimi qruplaşdırmaq olar:
dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən
qiymətləndirmə prinsiplərinin pozulması;
qiymətləndirmə üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas
xüsusiyyətlərinin və meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart
vasitələrdən istifadə olunması;
qiymətləndirməyə və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində
dəqiqləşdirmələrin vaxtaşırı aparılmaması;
nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv
əsaslandırılmaması;
müasir qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin
bu sahədə hazırlıq səviyyəsinin aşağı olması;
tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər
arasında qarşılıqlı əlaqənin yaradılmaması;
inzibati prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin
verilməməsi;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların
hazırlanmaması.
Bu problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki
qiymətləndirmə mexanizmində aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə
nəticələnmişdir:
mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə
yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət etmir;
bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər
şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;
təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət
yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada
bilmir;
mövcud qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli
tətbiqinə imkan vermir.
1.4. Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
Azərbaycanda nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks
etdirməklə yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini
şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər
bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:
- idarəetmənin daha demokratik üsullarına keçilməsi;
- ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması;
- inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
- beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
- milli özünəqayıdış hisslərinin aşılanması.
Hazırda bir çox ölkələrin təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin qurulması,
şagirdlərin təhsil nailiyyətlərinin uçotunun aparılması və təhsil pillələri üzrə buraxılış
imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Bunların əsas xarakterik
xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:
qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi,
bununla əlaqədar vaxtı keçmiş mövcud üsullardan imtina edilməsi;
imtahanların ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların
seçilməsi;
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq
təşkilatların yaradılması;
yeni qiymətləndirmə sisteminin təşəkkülünə təhsil islahatlarının tərkib hissəsi, prioritet
sahəsi kimi baxılması və onun müasir kurrikulumların hazırlanması siyasəti ilə əlaqəli
kontekstdə nəzərdə tutulması.
Qiymətləndirmə Konsepsiyasının hazırlanması bu məqsədləri reallaşdırmaq istiqamətində
aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir:
· qiymətləndirməyə və imtahan sistemlərinə yenidən baxmaqla, kurrikulumlarda
mütərəqqi dəyişikliklərin zəruriliyinin əsaslandırılması, sınaqdan çıxmış
mexanizmlər vasitəsilə cəmiyyətdə müasir baxışların, mədəni dəyərlərin, yeni
hüquq və vəzifələrin formalaşdırılması;
· yüksək rəqabət və bazar münasibətləri şəraitində milli mütəxəssislərin
yetişdirilməsi üçün kurrikuluma yeni fənlərin və peşələrin daxil edilməsi, tədris
proqramlarında əsas diqqətin praktik vərdişlərin aşılanmasına və problemlərin
həllinə yönəldilməsi, bütün şagirdlər tərəfindən minimum standartların
mənimsənilməsi;
· təhsil sisteminin səmərəli fəaliyyətini təmin edən məktəbdaxili qiymətləndirmə
sisteminin yaradılması məqsədi ilə müasir məzmun standartlarına cavab verən
yüksək keyfiyyətli qiymətləndirmə vasitələrinin hazırlanması, təhsil pillələri üzrə
buraxılış imtahanları üçün müvafiq prosedurların daha ədalətli və şəffaf tətbiq
edilməsi və bu məsələlərin tənzimlənməsi üçün normativ hüquqi bazanın
yaradılması;
· təhsilin keyfiyyətinin idarə edilməsi, onun təşkilinin səmərəliliyinin artırılması və
təsir dairəsinin genişləndirilməsi istiqamətində hökumətə və digər strukturlara
kömək edən milli qiymətləndirmə sisteminin yaradılması, beynəlxalq
qiymətləndirmə və müqayisəedilmə tədqiqatlarında ölkənin iştirakının təmin
edilməsi.
1.5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri
Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün
mühüm vasitə olduğundan, yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin
kurrikulum və müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə həyata
keçirilməsi, dərslik və təlim materiallarının yaradılmasına yeni yanaşmaların
formalaşdırılması ciddi vəzifələrdən hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə
aşağıdakıların reallaşdırılması nəzərdə tutulur:
ölkədə kurrikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən
tam milli sistemin yaradılması;
qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli
idarəetmə üçün məktəbdaxili və milli qiymətləndirmə sistemlərinin yaradılması, ölkənin
beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin edilməsi.
Bu məqsədlərə nail olunması üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri
müəyyənləşdirilmişdir:
şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin uzunmüddətli strategiyasının,
məktəbdaxili və milli qiymətləndirmə konsepsiyalarının işlənib hazırlanması;
məktəbdaxili və milli qiymətləndirmənin, habelə yeni imtahan sisteminin yaradılması,
şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda ölkənin
iştirakının təmin edilməsi;
şagird nailiyyətlərinin qiymətləndirilməsi tədbirlərinin səmərəli təşkili üçün təlimatların,
metodiki vəsaitlərin, idarəetmə və maddi-texniki təchizat planının hazırlanması;
kurrikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə üsullarının və vasitələrinin
yaradılması üzrə mütəxəssislərin hazırlanması, bu üsul və vasitələrin istifadəsi
istiqamətində müəllimlərin təliminin təşkili;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılması, hesabatların hazırlanması və ölkədə
təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması.
1.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin
standartların şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir.
Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti
fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün
müvafiq şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri
qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində
olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və
rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi,
şagirdlərin sinif işlərini və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları
vacibdir.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin
şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurrikulumda, planlaşdırmada və
dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə
şərait yaradır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə
etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul
edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim prosesində qərarların qəbulu;
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
- kurrikulumun qiymətləndirilməsi.
Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır.
Sistemli proses olan qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli
əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:
qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini,
müəllimin hazırlıq səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim
resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri
daxildir;
məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının
yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin,
şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb
sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir;
qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və
istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil
sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji
nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin
monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin
keyfiyyətinin dəyərləndirilməsi zamanı istifadə olunur, eləcə də geniş ictimaiyyəti
məlumatlandırmaq məqsədi daşıyır;
qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün
əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı
dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini
təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir;
şagird nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər.
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
məqsədəuyğunluq. Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin
olunur. Qiymətləndirmə əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər
müəyyənləşdirilir, şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti, texniki
keyfiyyəti və əsas xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları
seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. Qiymətləndirmənin nəticələri müəyyən
olunmuş məqsədləri əks etdirir. Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar arasında
əlaqələrin şəffaflığı təmin edilir. Qiymətləndirmə prosedurları daxilən ardıcıl qurulur və
vəhdət təşkil edir;
nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar
vasitəsilə təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili indikatorlar
vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin,
qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini
ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;
bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris
proqramları, adambaşına düşən təhsil xərcləri;
digər indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;
toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi
(validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin
münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən
xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində
müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.
Qiymətləndirmə məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda
istifadə edildikdə belə, eyni qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;
qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların
toplanılması prosesi, müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta onun
özünün peşəkarlıq səviyyəsi şəffafdır və qiymətləndirmə tapşırıqlarında şablonların,
fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin istifadəsinə yol verilmir.
Onlar şagirdlərin maraqlarına və imkanlarına görə müxtəlif kontekstlərdə (etnik
xüsusiyyətlər nəzərə alınmamaq şərtilə) qurulur. Sağlamlıq imkanları məhdud uşaqlar
üçün qiymətləndirmə tapşırıqları müvafiq qaydada uyğunlaşdırılır. Qiymət mükəmməl və
düşünülmüş, məqsədəmüvafiq, tədris proqramlarına və digər normativ sənədlərə müvafiq
verilir;
təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi.
Nəticələr əsasında sinifdaxili fəaliyyətlər təşkil edilir, kurrikulumun hazırlanması və idarə
edilməsi (təhsilin məzmun münasibliyinin tənzimlənməsi, məzmunda şagird maraqlarının
təmin edilməsi, arzuolunan təlim nəticələrinin mənimsənilməsi üçün fəaliyyətlərin və
seçilmiş tapşırıqların səmərəliliyi, onların şagird bacarıqlarının inkişafında əhəmiyyətinin
təmin edilməsi) həyata keçirilir. Şagird tədqiqatçılığının inkişaf etdirilməsi, onun idrak
qabiliyyətlərinin qiymətləndirilməsi (müəyyən qanunauyğunluğun başa düşüldüyünü əks
etdirən hissəni seçmək və ya sorğu keçirmək bacarığı, qavramanın təsdiqini əks etdirən
şifahi, yazılı və ya təsviri tapşırıq nümunəsini yerinə yetirmək bacarığı, yerinə yetirilən
tapşırıq nümunəsində tənqidi təhlil aparmaq bacarığı, digər şagirdlərin yerinə yetirdiyi
tapşırıq nümunələrində səmərəli tənqidi təhlil aparmaq bacarığı) aparılır.
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin
əvvəlində və sonunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi
və digər nailiyyətləri barədə hesabatlar verilir.
1.7. Əsas qiymətləndirmə növləri
Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə
növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq
gətirmək məqsədi daşıyır:
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və
bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı
hissəsini bilirlər?
irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə
doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?
yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda
müəyyən edilmiş məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən
əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər;
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən
edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində
düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin
onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə
qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların
bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş
şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki
fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat
bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə
cavab verməlidir;
şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün
istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya
şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar
müəyyənləşdirilir.
Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi
(formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə,
təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris
prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur
qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu
mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.
Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etməklə və ev
tapşırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən istifadə
etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq,
onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq,
şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.
Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara
uyğunluğunu öyrənmək məqsədi ilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris
prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında
müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:
- Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?
- Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına
ehtiyac vardır?
- Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada
apara bilərəmmi?
- Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
İlkin səviyyənin qiymətləndirilməsi ilə oxşar xüsusiyyətləri olan yekun (summativ)
qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə
şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yekun (summativ)
qiymətləndirmə aşağıdakı suallara cavab verir:
Şagird materialı mənimsəyə bilirmi?
Bildiklərini tətbiq edə bilirmi?
Daha irəli getmək üçün lazımi səviyyədədirmi?
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin
əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və
bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ)
qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə
nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin testyönümlü tədrislə
bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun standartlarının
tərtibi üçün aparıcı rol oynamır, əksinə qiymətləndirmənin bu standartlar əsasında
aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə əldə olunan bilikləri tam əks
etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat göstəricisidir.
1.8. Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması
Hər bir fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün
istifadə edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və
bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının
nümunələrindən də istifadə olunur.
Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və
dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını
yoxlamaqla, baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə
bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun
qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartlar təyin edilir.
Məsələn:
minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə standartlarının təyin edilməsində kurrikulumyönümlü metoda daha çox
üstünlük verilir. Bu metoda görə:
qiymətləndirmə standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə)
uyğun hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil,
mütəxəssis mühakimələrinə əsaslanır.
bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin
müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə
dair ortaq fikir yaranır.
Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır.
Qiymətləndirmə sxemləri xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
1. Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək
olar?
1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və 2-ci
səviyyə əksər şagirdlər, 3-cü səviyyə və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər
üçün nəzərdə tutulur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl
həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı
məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz
meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək
üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə
malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır.
Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla
bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və
onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri
(meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı
qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin
edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. Qiymətləndirmə
sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər
hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər
sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini
təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman
şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha
ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin
müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini
təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha müfəssəl təsvir
edən söz və ya ifadə (səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən
məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan
nəticə (standart) daxildir.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış
bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə
vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:
qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin
məqsədəuyğunluğu (məhz "nəzərdə tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real
məlumatlara əsaslanması);
səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına
malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi;
yekun (summativ) testlərdə bütün standartların reprezentativ (təmsiledici) seçiminin təmin
edilməsi;
yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ seçimin təmin edilməsi
(1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar
30%, 4-cü səviyyə üzrə suallar 20%).
2. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan
məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurrikulum
üzrə qiymətləndirmə);
ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının) aparılması.
2.1. Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi
Şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqi formativ qiymətləndirmə məqsədləri
üçün məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən aşağıdakı
mərhələlərlə həyata keçirilir:
formativlər, bəhslər və bölmələr üzrə yekun (kiçik summativ) qiymətləndirmə:
mövcud qiymətləndirmə normalarını və şifahi sorğular əsasında aparılan cari
qiymətlərləndirmə qaydalarını təkmilləşdirmək məqsədi ilə həyata keçirilir;
şagirdin ayrı-ayrı mövzu və bəhslərin mənimsənilməsi ilə bağlı fəaliyyəti barədə məlumat
toplamaq məqsədi ilə müəllim tərəfindən müntəzəm, davamlı olaraq müşahidə və
monitorinqlər vasitəsilə aparılır;
mövzular və fəaliyyət tapşırıqları üzrə əvvəlcədən hazırlanmış qiymətləndirmə
sxemlərindən və digər diskriptiv (təsviri) qiymətləndirmə üsullarından istifadə olunmaqla,
şagirdin fəaliyyətini təsvir edir;
hər altı həftədən gec olmayaraq, tədris olunan mövzular üzrə müəllim tərəfindən
hazırlanmış testlər və standartlaşdırılmış prosedurlar vasitəsilə şagird nailiyyətlərinin
kiçik summativ (bəhslər üzrə yekun) qiymətləndirilməsini nəzərdə tutur;
yarımillər üzrə yekun (böyük summativ) qiymətləndirmə:
yarımillər üzrə mövcud qiymətləndirmələri təkmilləşdirmək məqsədi ilə ümumi
monitorinqlərin davamı kimi müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir;
yarımil ərzində keçilən tədris materialının mənimsənilməsi barədə şagirdlərə və
valideynlərə ümumi məlumat vermək məqsədi ilə aparılır;
qiymətləndirmə vasitələri (eyni çətinlik dərəcəli və müxtəlif variantlı testlər, yardımçı
tədris materialları) nümunələrə və müvafiq təlimatlara əsasən müəllimlər tərəfindən
hazırlanır, məktəbin rəhbərliyi tərəfindən təsdiq edilir;
nəzarətçi və yoxlayıcılar cəlb edilməklə, dekabr və may aylarının sonuncu həftəsində xüsusi
cədvəl əsasında aparılır;
nəticələri təhlil olunur, hesabat verilir, tədris və təlim prosesinin təkmilləşdirilməsində
ondan istifadə edilir.
2.2. Kurrikulum üzrə qiymətləndirmə (şagird fəaliyyətinin təlim standartlarına
uyğunluğunun müəyyənləşdirilməsi)
Kurrikulum üzrə qiymətləndirmə şagirdin təlim nəticələrinin məzmun standartlarına
uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır. Qiymətləndirmənin bu növüMilli
Kurrikulum çərçivəsi kontekstində hazırlanmış məzmun standartları və fənn
kurrikulumları ilə yaxından əlaqəlidir.
Kurrikulum üzrə daxili qiymətləndirmə dərs ilinin sonunda hər bir sinifdə şagirdin
fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə müəllimlər
tərəfindən aparılır.
Kurrikulum üzrə xarici qiymətləndirmə şagirdin fəaliyyətinin milli standartlara
uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə tam standartlaşdırılmış formada, ibtidai (4-cü
sinfin sonunda), əsas (9-cu sinfin sonunda) və orta (11-ci sinfin sonunda) təhsil pillələrinin
sonunda müəllim və məktəb rəhbərləri tərəfindən aparılır (II yarımil üzrə yekun
qiymətləndirmə ilə birləşdirmək olar).
Kurrikulum üzrə qiymətləndirmə vasitəsilə hər ilin sonunda şagirdin fərdi nailiyyətləri
ölçülür, təlim-tədris prosesinin hədəfləri təyin olunur və bu hədəflərə doğru irəliləyişlər
qiymətləndirilir, məktəblərin, siniflərin və şagirdlərin fəaliyyətləri arasında müqayisələr
aparılır. Kurrikulum üzrə imtahanların əhəmiyyətinin və etibarlılığının artırılması
məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün sinifləri əhatə
edən təhsil standartlarına əsaslanmış testlər toplusunun və standartlaşdırılmış imtahanlar
sisteminin yaradılması, müvafiq təlimatların hazırlanması nəzərdə tutulur.
2.3. Buraxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə)
Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə
mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq
edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara
şəhadətnamə və attestatların verilməsi təmin edilir.
Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmuşdur:
9-cu sinif buraxılış imtahanlarının nəticələri əsasında orta təhsil (10 və 11-ci siniflər)
pilləsinin profillər üzrə təşkil edilməsi;
9-cu və 11-ci sinif buraxılış imtahanlarının iki əsas - Ana dili və riyaziyyat fənləri üzrə
müvafiq sayda sualları əhatə edən testlər vasitəsilə aparılması;
yekun imtahanına Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənləri
daxildir. Bu imtahanların hansı formatda, nə vaxt və harada keçirilməsi barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;
imtahanların maksimum təhlükəsizliyin təmin olunduğu şəraitdə keçirilməsi, şagirdlərin
nəticələrinin qısa müddətdə optik qurğu və xüsusi kompüter proqramları tətbiq olunmaqla
yoxlanılması, təhlil edilməsi, internet və digər vasitələrlə ictimaiyyətə çatdırılması.
3. Milli qiymətləndirmənin mahiyyəti və məzmunu
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün
sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini
təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri
arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda
olaraq, 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurrikulumun, təlim-tədris prosesinin
keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin
keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı
şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən
dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə
məlumatların əldə edilməsinə imkan verir.
3.1. Milli qiymətləndirmənin məqsədləri
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:
şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi mənimsəmə
səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;
şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və nəticələr
arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri
və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq
məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət
standartlarının monitorinqini aparmaq, təhsil sisteminin məqsədlərinin müvafiqliyini və
səmərəliliyini tənzimləmək, sistemin təsir dairəsini genişləndirmək;
təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq.
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini
təşkil etmək.
3.2. Milli qiymətləndirmə üzrə təlimatların məqsədi və strukturu
Təhsil siyasəti ilə bağlı qəbul edilmiş qərarların təhsilin keyfiyyətinə uzunmüddətli
təsirlərini nəzərə alaraq, onların həqiqi və etibarlı məlumatlara istinad edilməsi diqqət
mərkəzində saxlanılır. Milli qiymətləndirmə vasitəsilə əldə edilən həmin məlumatların
etibarlılığını təmin etmək üçün nəzərdə tutulmuş prosedurların yüksək keyfiyyətlə
planlaşdırılması, qiymətləndirmə mərhələlərinin tam standartlaşdırılması, həmçinin cəlb
olunmuş mütəxəssislərin vəzifələrinin tənzimlənməsi müvafiq təlimatlara uyğun olaraq
həyata keçirilir.
Milli qiymətləndirmə üzrə təlimatların strukturu ölkə səviyyəsində şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə fəaliyyətləri əks etdirən standartlardan və onların icrası məqsədi
ilə seçilmiş üsulları təsvir edən prosedurlardan ibarətdir.
Təlimatlar hazırlanarkən Azərbaycanda həyata keçirilmiş sınaq qiymətləndirmələr zamanı
qazanılmış təcrübədən və qiymətləndirmə üzrə qəbul edilmiş bəzi beynəlxalq
standartlardan istifadə olunmuşdur.
Təlimatlar aşağıdakı sahələr üzrə hazırlanır:
- planlaşdırma və idarəetmə;
- vasitələrin (alətlərin) hazırlanması;
- məlumatın toplanılması;
- məlumatın işlənilməsi və təhlili;
- nəticələrin ictimaiyyətə çatdırılması.
Bu çərçivə sənədində göstərilən sahələrin qısa icmalı aşağıda verilmişdir:
milli qiymətləndirmənin planlaşdırılması və idarə olunması
- müəyyən fənn/bölmə üzrə milli qiymətləndirmənin planı;
- seçimlərin aparılması planı;
- məlumatların toplanılması üçün metodların seçilməsi;
- məlumatların toplanılması üçün müvafiq planın hazırlanması;
- təhlilin aparılması və nəticələrin nəşr etdirilməsi üzrə plan;
vasitələrin (alətlərin) hazırlanması
- tədqiqatın konseptual çərçivəsinin hazırlanması;
- vasitələrin (alətlərin) xüsusiyyətlərinin (spesifikasiyasının) hazırlanması (sorğular,
siyahılar);
- test məsələlərinin hazırlanması;
- testin ümumi tərtibatı;
- test kitabçalarının tərtibatı;
- sorğuların hazırlanması;
- vasitələrin qrafiki və texniki redaktəsi;
- vasitələrin çap etdirilməsi;
- tədqiqatın aparılması üçün təlimatların hazırlanması;
məlumatların toplanılması
- məktəblər üzrə məlumat bazasının tərtib edilməsi;
- təmsiledici seçimlərin aparılması;
- məktəblərin məlumatlandırılması;
- məlumatları toplayacaq işçilərin seçilməsi və təlimatlandırılması;
- testin və sorğunun keçirilməsi;
- məlumatların toplanması prosesinin keyfiyyət təminatı;
məlumatların işlənməsi və təhlili
- testlərin qiymətləndirilməsi (yoxlanılması);
- məlumatların sənədlərə daxil edilməsi;
- məlumatların dəqiqləşdirilməsi və təhlili;
- tərkib elementlərinin və şkalaların dəqiqləşdirilməsi;
nəticələrin ictimaiyyətə çatdırılması
- nəticələrin təqdim edilməsi;
- sualların açıqlanması;
- nəticələrin yayılması;
- texniki hesabatın yazılması və sənədləşdirmənin aparılması.
Milli qiymətləndirmə sisteminin geniş planı üçün təlimatlar nəzərdə tutulmuş tədbirin əsas
məqsədini, bu tədbirin əhatə etdiyi standartları, bu standartlara nail olmaq üçün istifadə
olunan prosesləri və onların icra prosedurlarını təsvir etməklə hazırlanır.
4. Beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu
Beynəlxalq qiymətləndirmə ilə bağlı qeyd etmək lazımdır ki, artıq bu sahədə konkret
tədbirlərə başlanılmışdır. Azərbaycan Respublikası Təhsil Sektorunun İslahatı Layihəsi
çərçivəsində PISA-2006 Proqramında iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi
funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə
aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha
əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə
müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış
bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir
həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən
amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri savadlılığı və əlavə
olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını qiymətləndirməyə xidmət edir.
4.1. Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:
ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli
müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri, təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək, nəticələr arasındakı
fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris
prosesinin xüsusiyyətlərini öyrənmək;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun
hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan
yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparmaq, gözlənilən və nail
olunan təlim nəticələrini müqayisə etmək;
pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və praktiki
məsələlərini öyrənmək;
müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsullarını və
hesabatlar hazırlanması qaydalarını öyrənmək;
ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması istiqamətində ümumi
orta təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini
təşkil etmək.
4.2. Beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata keçiriləcək əsas tədbirlər
Beynəlxalq qiymətləndirmənin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər
aşağıdakılardır:
qiymətləndirmə tədqiqatı üçün təlimatların, test və sorğu vərəqələrinin hazırlanması;
ölkə üzrə bütün məktəblərin siyahısının hazırlanması, məktəblərin və şagirdlərin seçimi
qaydalarının təyin edilməsi;
keçirilən tədqiqat nəticəsində əlavə olunmuş məlumatların qiymətləndirməni həyata
keçirən təşkilata göndərilməsini təmin etmək;
nəticələrin qiymətləndirən təşkilat tərəfindən təhlil edilməsi, müvafiq hesabatların
hazırlanması və ictimaiyyətə çatdırılması.
Tədqiqatın qiymətləndirilməsi vasitələri xarici beynəlxalq ekspertlərin və iştirakçı
ölkələrin aparıcı mütəxəssislərinin interaktiv birgə fəaliyyəti prosesində yaradılır. Riyazi
savadlılığı, oxu savadını, təbiət elmləri üzrə savadlılığı və problemləri həll etmək bacarığını
yoxlamaq üçün kompleks şəkildə qurulmuş tapşırıqlar işlənib hazırlanır. Hər bir tapşırıq
müəyyən problemi şərh edən ayrıca mətndən və müxtəlif çətinlik dərəcəsi olan bir neçə
sualdan ibarət olur. Tapşırıqların yerinə yetirilməsi nəticələrinə görə şagirdlərin mətndəki
situasiya ilə bağlı problemləri dərketmə və onları həlletmə qabiliyyətləri qiymətləndirilir.
5. Qiymətləndirmə islahatından gözlənilən nəticələr
Qeyd olunduğu kimi, yeni Qiymətləndirmə Konsepsiyası xüsusilə məktəbdaxili
qiymətləndirmə sahəsində yeni Milli Kurrikulum çərçivəsi ilə sıx şəkildə əlaqəlidir. Yeni
Kurrikulum və yeni təyin edilmiş standartlar olmadan şagirdlərin kurrikulum üzrə
fəaliyyətini qiymətləndirmək üçün tələb olunan vasitələri (alətləri) hazırlamaq mümkün
olmayacaqdır. Odur ki, qiymətləndirmə fəaliyyəti nəticəsində əldə edilən məlumatların
həqiqi və etibarlı olmasını təmin etmək üçün fənn kurrikulumlarını hazırlayan və
qiymətləndirməni tərtib edən tərəflərin birgə fəaliyyəti təşkil edilməlidir.
Həmçinin, qeyd etmək lazımdır ki, müəllim hazırlığı ilə bağlı ciddi islahatlar və geniş
proqramlar həyata keçirmədən nə standartlar və kurrikulum, nə də qiymətləndirmə
sahəsində arzuolunan nəticələr gözləmək olmaz. Kurrikulumu hazırlayan tərəflər, müəllim
hazırlığı ilə bağlı qurumlar və qiymətləndirmə mütəxəssisləri arasında sıx əməkdaşlığın
olması Azərbaycan Respublikasının ümumi təhsilində uğurlu islahatların aparılması üçün
ilkin şərtdir.
Konsepsiya sənədinin və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının
həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün
uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq,
onların fəaliyyətləri vahid mövqedən koordinasiya olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası,
qiymətləndirmə standartları və vasitələrinin yaradılması, tətbiq edilməsi üçün müvafiq
təlimatlar hazırlanacaq və bu fəaliyyət kurrikulum islahatı ilə əlaqələndiriləcək;
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində
yeni monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə
mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq;
milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya
prosedurlarını nəzərdə tutan təlimatlar hazırlanacaq;
milli qiymətləndirmədə şagirdlər tərəfindən nail olunmuş təlim nəticələrinin
dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun
hazırlanması üçün əsas təlim nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan
yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq,
nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq hesabatvermə prosedurları əsasında
nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və
maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;
beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar
əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar
həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq
qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.


Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT 

Azərbaycan Respublikası təhsil nazirinin sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmişdir Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.
 1. Ümumi müddəalar 
1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur. 
1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir. 
2. Diaqnostik qiymətləndirmə 
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. 
2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.
 2.3. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır. 
3. Formativ qiymətləndirmə 
3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. 
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. 
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. 
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər. 
3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır. 3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.
 3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır. 
4. Summativ qiymətləndirmə 
4.1. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. 
4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
 4.3. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. 
4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. 
4.5. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
 4.6. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır. 
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur. 
4.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır. 
4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
 4.10. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur. 
4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir. 
4.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
 4.13. Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun nəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin cəmi əsasında aşağıdakı düsturla çıxarılır: 

Y= ksq1 +ksq2  +...+ksqn  . 40% +BSQ. 60%

                  n                      100            100
Burada, Y- şagirdin 1-ci və ya 2-ci yarımil üzrə qiymətini; - kiçik summativ qiymətləndirmələrin nəticələrini; BSQ - yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir. Şagirdin yarımillik qiyməti çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir. 
4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır: Burada: Y1 - 1-ci yarımil üzrə qiyməti, Y2 - 2-ci yarımil üzrə qiyməti göstərir. 
                                                                   
Y1
Y2
İllik
2
2
2
2
3
3
2
4
3
2
5
4

Y1
Y2
İllik
3
2
2
3
3
3
3
4
4
3
5
4

Y1
Y2
İllik
4
2
3
4
3
3
4
4
4
4
5
5

Y1
Y2
İllik
5
2
3
5
3
4
5
4
4
5
5
5




4.15. Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə uyğun müəyyənləşdirilir: 



Şagirdin yerinə yetirdiyi tapşırıqların faizlə miqdarı
Şagirdin qiyməti
1
(0%-40%)
2 (qeyri-kafi)
2
(40%-460%)
3 (kafi)
3
(60%-80%)
4 (yaxşı)
4
(80%-100%)
5 (əla)


Комментариев нет:

Отправить комментарий