KURİKULUM

VIII SİNİF ƏDƏBİYYAT
FƏNN KURİKULUMUNUN XÜSUSİYYƏTLƏRİ
Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq, məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:
– ədəbiyyat və həyat
– şifahi nitq;
– yazılı nitq.
1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti bədii ədəbiyyatda əksini tapan milli-bəşəri dəyərlərin, mənəvi-estetik problemlərin qavranılması, təhlili, onlara əsaslandırılmış münasibətin formalaşdırılması, mürəkkəb həyat hadisələrinin, ziddiyyətli situasiyaların dərk edilməsinə və qiymətləndirilməsinə zəmin yaradır.
Bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsi, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa düşülməsinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mühüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.
Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin, obrazların, bədii təsvir və ifadə vasitələrinin mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zəruri olan lüğət ehtiyatını zənginləşdirir.
2. Şifahi nitq məzmun xətti ədəbi nümunələrlə bağlı fikirlərin obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığcam ifadə edilməsinə imkan yaradır.
3. Yazılı nitq məzmun xətti mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çatdırılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, məruzə və s.) yazılara dair bacarıqların formalaşmasına imkan yaradır.
Ədəbiyyat fənninin tədrisində aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:
– problemin həlli;
– mühakimə yürütmə və əsaslandırma;
– ünsiyyət;
– tədqiqetmə;
– tətbiqetmə;
– təqdimetmə.
Şagird:
    1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
  • 1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
  • 1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.
  • 1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
  • 1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
  • 1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.

  • 1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
  • 1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.
  • 1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.
  • 1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.
  • 1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

  • 2. Şifahi nitq
  • Şagird:
  • 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
  • 2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
  • 2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
  • 2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
  • 2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
  • 3. Yazılı nitq
  • Şagird:
  • 3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.
  • 3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.
  • 3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.
  • 3.1.3. 2–2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.

Комментариев нет:

Отправить комментарий