AZƏRBAYCAN DİLİ DƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

IV Bölmə

Oliver Kromvel

1 – 5 – ci suallar mətnlə bağlıdır.
Oliver Kromvel (1599   - 1658) kral tituluna malik olmayan yeganə Britaniya hakimidir.O, hakimiyyətə 1642 – ci ildə başlanmış vətəndaş müharibəsi sona yetəndə gəldi.Kromvel ingilis parlamenti qoşununun başında duraraq kral I Karla qarşı vuruşurdu .O,ölkənin prezidenti ola bilmədi. I Karl edam olunanda Kromvel dövlət başçısı oldu amma özünü monarx elan etmədi.Kromvelin ölümündən iki il sonra 1668 – ci ildə ingilis taxtına yenidən kral çıxdı, yeni kral I Karlın oğlu II Karl oldu.
1.Hansı fikir doğrudur?
   A.   Kromvel kral nəslindən olduğu üçün taxta keçdi.
   B.  Kromvel I Karla qalib gəldiyi üçün  üçün taxta keçdi.
   C.   Onu hakimiyyətə tərəfdarları gətirdilər.
   D.   Onu I Karlın oğlu öldürərək hakimiyyətə gəldi.
   E.   Kromvel hakimiyyətə xalqın istəyi ilə gəldi.
2.Neçə il sonra yenidən hakimiyyətə kral nəslinin nümayəndələrindən gəldi?
   A.   14
   B.   15
   C.   16
   D.   17
   E.18
3.Mətnə uyğun gəlməyən cümlə hansı sözlərlə başlayır?
A.   Britaniya hakimidir ..........
B.   O,ölkənin .......................
C.   I Karl .............
D.   Kromvelin ........
E.   O, hakimiyyətə .............
4.Mətndə buraxılmış durğu işarəsi hansı cümlədədir? 
A.I            B.II              C.III         D.V           E.VI
5.”Titul ” sözünün mənası hansı cavabda düzdür? 
A.vəzifə        B.))rütbə     C.hökmdar            D.kral            E.sənət
6.Əsas və köməkçi nitq hissələrin fərqi hansı cavabda düzgün deyil? 
A.   Əsa nitq hissələri müstəqil leksik mənaya malik olur,köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası ola bilir.
B.   Əsa nitq hissələri suala cavab ola bilir,köməkçi nitq hissələri heç bir suala cavab olmur.
C.   Əsa nitq hissələri təklikdə də cümlə üzvü olur,köməkçi nitq hissələri heç qoşulduğu sözlə birlikdə də cümlə üzvü ola bilmir.
D.   Əsas  və köməkçi nitq hissələrinin omonimliyi olmur.
E.   Əsas nitq hissələri leksik şəkilçi qəbul edib məna cəhətdən dəyişir,köməkçi nitq hissələri isə şəkilçi qəbul edə bilmir.
7.Hansı köməkçi nitq hissəsi cümlə üzvü ola bilir?
A.qoşma   B.ədat    C.nida    D.bağlayıcı     E.modal sözlər

8.Hansı köməkçi nitq hissəsi quruluşca yalnız sadə ola bilir?
A.qoşma   B.ədat    C.nida    D.bağlayıcı     E.modal sözlər
9.Hansı cavab səhvdir?
   A.   Ancaq - ədat və bağlayıcı
   B.   Da,də -ədat və bağlayıcı
   C.   Yalnız –sifət və bağlayıcı
   D.   Elə,belə - əvəzlik və bağlayıcı
   E.   Necə- əvəzlik və ədat
10.Qoşmalar ismin hansı hallarında birgəlik bildirir?
A.Təsirlik,yiyəlik hal             B.Yönlük,yiyəlik hal              C.Yerlik,təsirlik  hal
D.Adlıq,yiyəlik hal                 E,Yiyəlik,çıxışlıq hal
    
11.Bağlayıcılardan hansı tabesiz bağlayıcıdır?
A.   Ona görə ki,ona görə də
B.   Çünki ,indi ki
C.   ədər,hərgah
D.   amma,ancaq
E.   yoxsa,yoxsa ki
12.Məntiqi ardıcıllığı davam edin:
Kimi,qədər,-cən.......
A.kimi        B.tək     C.sonra          D.- dək    E. Başqa
13.Ayrı yazılmayan qoşmaları seçin:
A.-dək,-tək,-ca 2 ,-can 2
B.ilə,üçün,savayı,qeyri,qədər
C. -ca 2 ,-can 2, qeyri,sonra,kimi
D.qədər,kimi,sonra,əlavə
E. -ca 2 ,-can 2,ilə,üçün,
14.Məntiqi ardıcıllığı tamamlayın:
Hərgah,halbuki,.......
A.yəni ki    B.əgər   C.həm      D.habelə      E.ilə
15.Bağlayıcılar haqqında səhv fikri seçin:
   A.   Cümlələr arasında əlaqə yaradır.
   B.   Sözlər arasında əlaqə yaradır.
   C.   Abzaslar arasında əlaqə yaradır.
   D.   Mətnlər arasında əlaqə yaradır.
    E.   Amma,ancaq,lakin,halbuki,yəni   bağlayıcılarından sonra vergül işlədi.


Комментариев нет:

Отправить комментарий