AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏ

II bölmə üzrə KSQ

Ədəd.

1 - 8 - cu suallar mətnlə bağlıdır. 
   Daş dövründə insanlar 20 və ya 30 kimi ədədləri qeyd edəndə 20 və ya 30 dənə ayrı –ayrı işarələr qoyurdular.Bir çox qədim mağaralarda hələ indi də tarixdən qabaq yaşamış insanların  əli ilə çəkilmiş işarələri görmək olar.
   Vaxt keçdikcə insannar müxtəlif ədədləri işarə etmək üçün xüsusi işarələr və ya işarə qrupları icad etdilər.Bu işarələr rəqəm adlanır.
    Bir çox xalqlar uzun əsrlər boyu Roma rəqəmlərindən istifadə edirdilər.Amma onlar çox yer tutduqlarına görə münasib deyildilər. Məsələn 38 rəqəmi Roma rəqəmləri ilə belə yazılır XXXVIII.    XII əsrdə incəsənət inkişaf etmişdir.
   Müasir sistemdə çox sadə olan Hindistanda  icad olunmuş,amma bizim “ərəb rəqəmləri”adlandırdığımız rəqəmlərdən istifadə olunur.Ən vacib rəqəm “0” hesab edilir.
    İlk yazılmış ədədlər Babildə aşkar edilmişdir.Bütün böyük sivilizasiyaların ədədləri yazmaq və onlarla əməliyyat aparmaq üçün öz üsulları var.

1.Mətndə nədən söhbət getmir?
A. Ədədlərin yaranma tarixindən.
B. Ədədlərin müxtəlif işarələrlə işarələnməsindən.
C. Ən vacib rəqəmin “0” ola bilməməsindən.
D. İlk yazılmış ədədlərin Babildə aşkarlanmağından.
E. “Ərəb rəqəmlərinin” Hindistanda yaranmasından.
2.Mətnə görə hansı fikir səhvdir?
A. Bir çox qədim mağaralarda hələ indi də tarixdən qabaq yaşamış insanların əli çəkilmiş işarələri görmək olar.
B. İndi də Roma rəqəmlərindən heç kim istifadə etmir.
C. Bütün böyük sivilizasiyaların ədədləri yazmaq və onlarla əməliyyat aparmaq üçün öz üsulları var.
D. Daş dövründə insanlar 20 və ya 30 kimi ədədləri qeyd edəndə 20 və ya 30 dənə ayrı –ayrı işarələr qoyurdular.
E.    Müasir sistemdə çox sadə olan Hindistanda  icad olunmuş rəqəmlərdən istifadə olunur.
3.İnsanlar  nə üçün Roma rəqəmlərindən istifadə etmək istəmirdilər?
A. Yeni yarandığı üçün hələ bu rəqəmləri heç kim tanımır.
B. Qarışıqlıq yaratdığı üçün
C. Onlar çox yer tutduqlarına görə münasib deyildilər.
D. Romalılar icazə vermədiyi üçün.
E. Beynəlxalq say sistemi qadağa qoyduğuna göre.
4.Mətndə “ərəb rəqəmləri” niyə dırnaq içində yazılıb?
A. Xüsusi fərqləndirmək üçün
B. Bu rəqəmləri ərəblər çox qədimdə icad etdikləri üçün
C. Rəqəmləri hamı tanısın deyə
D. Beynəlxalq say sitemi bu rəqəmləri fərqləndirsin deyə
E. Bu rəqəmlərin  ərəblərə məxsus olmasa da ərəb rəqəmləri kimi tanındığı üçün
5.Mətndə hansı abzasda tələffüz şəklində sözlər var?
A.I                    B.))II                   C.III                           D. IV                E.V
6.Mətndə sayın hansı mənaca növünə aid nümunə yoxdur?
A. Müyyən saylar
B. Qeyri-müəyyən
C. Sıra sayları, kəsr sayları
D. Sıra sayları
E. Kəsr sayları
7.Mətndə hansı durğu işarəsi   buraxılıb?
A .         B ,             C  :           D   ?          E  ;
8.Mətnlə əlaqəsi olmayan cümlə hansı abzasdadır?
A.  I         B.II         C.III D.IV           E.V
9.Düzəltmə sayları seçin:O -2
1.on beşinci     2.milyonlarla     3.onlarca         4.beş-altı     5.onbirincilik    6.  çoxdan
A,1,2,4,6             B.1,2,3          C.1,2,3,4         D.1,3,4,5,6              E.1,5,6
10.Qeyri –müəyyən miqdar sayları haqqında verilənlərdən düzgün olmayanı seçin: 
A. Qeyri-müəyyən miqdar sayları əşyanın təxmini sayını bildirir.
B. Qeyri-müəyyən miqdar sayları quruluşca sadə,düzəltmə,müərkkəb olur.
C. Çox , onlarca, yüzlərcə sayları ilə işlənən isimləri həm təkdə,həm də cəmdə işlətmək olar.
D. Bütün qeyri  - müəyyən miqdar sayları əsl mürəkkəb saylardır.
E. 3 – 4, 5 – 6 təxmini miqdar saylarıdır.
11.Saylar haqqında hansı fikir düzgün deyil?
A. Düzəltmə saylar ancaq saydan düəlir.
B. Saylara aid qrammatik şəkilçilərin sayı çoxdur.
C. Saylar isimləşə bilər.
D. Say düzəldən leksik şəkilçilər hamısı türk mənşəli deyil.
E. Say isimləşmədən ismi xəbər ola bilər.
12.Say isimləşərkən hansı xüsusiyyətləri qəbul etmir?
A. İsmin sualına cavab verir.
B. İsim kimi hallanır.
C. İsim kimi mənsubiyyətə görə dəyişir.
D. İsim kimi mübtəda  ,tamamlıq,zərflik ola bilər.
E. İsim kimi cəmlənir.
13.Miqdar sayları haqqında verilənlərdən düzgün olmayanı seçin:
A. Əşyanın konkret sayını bildirir.
B. Neçə? nə qədər? sualına cavb verir.
C. Qurluşca sadə,mürəkkəb olur.
D. Dilimizdə quruluşca sadə 21 say var.
E. Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə olur.
14.Say hansı cümlədə  mübtədadır?
A. Biz həmişə birinci gəlirik.
B. Beşinci sinfin şagirdləri  atamı səhnədə qarşladılar.
C. Onuncular yarışda iştirak etdilər.
D. Onlar bütün işlərdə həmişə sonuncudur.
E.  On birinciləri təbrik etdik.
15.Sayların yazılışındakı uyğunsuzluq hansı bənddədir?
A. Biz səkkiz martıBeynəlxalq Qadınlar Günü kimi qeyd edirik.
B. Onlar  XI sinifdə həm qəbul, həm də buraxılış imtahanı verəcəklər.
C. O həmişə birinci gəlir.
D. 8 – ci sinif müsabiqədə çıxış edərək qalib gəldilər.
E. 6- cı sinifdə oxuyan şagirdlər bu il birinci dəfə olaraq fizika fənni keçirlər.
16.565 – ci il ,sizcə, hansı cavabda düzgün yazılıb?
A.DLXV             B.DLCV          C. CLXV              D.MCLXC             E.DCXXX
17.Omonim saylar hansıdır?
A.az,min     B.iki,az     C.beş,səksən   D.səkkiz,min        E.səkkiz,dörd
18.Bu saylardan hansının sinonimi var?
A.yüz               B.əlli       C.on         D.çox        E.həştad
19.”beşincilərimizi” sözü  ilə bağlı hansı fikir doğru deyil:
A. Hal şəkilçisi qəbul edib.
B. sıra sayıdır,ancaq isimləşməyib.
C. Mənsubiyyət şəkilçisi qəbul edib.
D. Cəm şəkilçisi qəbul edib.
E. Leksik şəkilçi qəbul edib.
20.Bu sözlərdən hansı numerativ söz kimi işlənə bilər?
1.stəkan   2.paltar   3.  Kilo    4.onlarca  5.cüt
A.2,4,5                   B.3,4,5                C.1,3,5    D.1,3,4      E.2,3,4

Комментариев нет:

Отправить комментарий