TƏLIM TEXNOLOGIYALARI

Yazı vərdişlərinin yoxlanılması üçün hekayə yazılması

Təlimat: Xahiş olunur sizə söylənilən ardıcıllığı tamamlayıb hekayə yazasınız. Yazı zamanı verilmiş plana riayət etməyiniz rica olunur.

1.     Biri var idi, biri yox idi...
Hadisələrin baş verdiyi yer, tarixi dövr, hadisələrin başlanğıcı, hekayənin qəhrəmanları ilə tanışlıq.

2.     Günlərin bir günündə...
Baş qəhrəman konflikt, qarşıdurma, diskomfortla qarşılaşır.

3.     Buna görə də...
Problemin həllini tapmaq məqsədi ilə qəhrəmanın axtarış və seçimlərini təsvir etmək.

4.     Kulminasiya
Baş qəhrəman çətinliyi həll edir, problemi aradan qaldırır.

5.     Yekun
Hekayənin qəhrəmanlarının fəaliyyətinin nəticəsi:
·        Pis davranan mənfi personaj cəzasını alır;
·        Bütün sınaqlardan keçən, çətinliyi aradan qaldıran, düzgün davranan müsbət personaj özündə yaxşı keyfiyyətlər formalaşdırır və müküfatlandırılır.

6.     Hekayədən çıxan nəticə...

Qəhrəmanlar öz davranışlarından nəticələr çıxarırlar və bu onların həyatına əsaslı təsir edir.




MƏKTƏBƏQƏDƏR TƏHSİL - PSİXOLOGİYA

Bu gün aktual məsələlərdən biri uşağın ətrafdakılara fiziki zərər vurmasıdır. Belə situasiyanın yaranmasına psixoloqlar iş prosesində rast gələ bilərlər. Bu zaman emosional-iradi sfera pozuntusu olan uşaqlar ilə işləyən psixoloqlara tövsiyə olunur ki, əgər uşaq davamlı olaraq ətrafdakılara fiziki zərər vurmağa meyillidirsə, onunla tez – tez taktil əlaqədə olmaq lazımdır. Konflikt situasiya yarandığı anda uşağı çiyinlərindən qucaqlamaq, nə baş verdiyi, onun hiss etdikləri haqqında maraqlanmaq və onu sakitləşdirəcək, dəstək olacaq ifadələr işlətmək məsləhət görülür. Uşaqların bu tipli situasiyalarda sakitləşmə müddəti 3-8 dəqiqə arası dəyişdiyindən, tövsiyə olunur ki, psixoloq həmin müddət ərzində uşağın yanında olsun və onun əllərini sığallasın. Həmçinin psixoloqlar uşaqdan fiziki olaraq uzaqda olmaqlarına baxmayaraq, bəzi verbal siqnallardan istifadə edərək uşağın öz davranışını tənzimlənməsinə dəstək ola bilərlər.

MƏKTƏBƏQƏDƏR TƏHSİL

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

MƏKTƏBƏQƏDƏR TƏHSİL

ÖZÜN QUR.

Uşaqların kiçik motor bacarıqlarını daha maraqlı yolla inkişaf etdirmək mümkündür. Bunun üçün sizə aşağıdakı materialların çap forması və kibrit çubuqları lazım olacaq.
Фото İnsayt Praktik Psixologiya Mərkəzi.
Фото İnsayt Praktik Psixologiya Mərkəzi.
Фото İnsayt Praktik Psixologiya Mərkəzi.
Фото İnsayt Praktik Psixologiya Mərkəzi.
Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

PSIXOLOGIYA

TƏFƏKKÜRÜN İNKİŞAF ETDİRİLMƏSİ

Təfəkkürün müqayisə prosesi vasitəsilə uşaqlar predmetlər arasındakı oxşar və fərqli cəhətləri seçə bilirlər. Qeyd olunan proses həm də bir-birinin əksi və ya eynisi olan predmetləri də fərqləndirməyə kömək edir. Antonim anlayışların möhkəmləndirilməsi üçün aşağıdakı kartlardan istifadə edə bilərsiniz. Həmçinin proses zamanı uşaqların yeni anlayışları mənimsəmələrinə nail olmaq olar.

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.

Фото İnsayt Praktik Psixologiya Mərkəzi.


Фото İnsayt Praktik Psixologiya Mərkəzi.