MƏKTƏBƏQƏDƏR TƏHSİL

DAVRANIŞ QAYDALARI
Nuş olsun" və ya masa arxasında davranış qaydaları haqqında
- Uşağın yemək yeyəcəyi masanın estetik görünməsini diqqət yetirin: süfrə ilə örtülmüş, yaxşı və düzgün süfrə düzülüşü ilə (salfet, çəngəl-bıçaq və gözəl qab-qacaqla) hazırlanmış olsun.
- Uşağı müxtəlif adlı yeməklərlə tanış edin (aş, omlet və s.).
- Uşağa öyrədin ki, masanın arxasında oturarkən səliqəli görünmək lazımdır (təmiz geyim, üz və əllər).
- Uşağa çəngəl-bıçaq və salfetdən düzgün istifadəni öyrədin.
- Xatırladın ki, yemək zamanı bərkdən danışmaq və qışqırmaq olmaz və yeməyi bağlı ağızla çeynəmək lazımdır.
- Yeməyin sonunda – yemək üçün mütləq təşəkkür edilməli olduğunu vurğulayın.

Комментариев нет:

Отправить комментарий