DÜNYANIN ƏN YÜNGÜL NOUTBUKU

FujitsuYaponiyanın “Fujitsu” şirkəti çəkisi 777 qram olan “Lifebook UH75/B1” yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13.3 düymlük noutbukdur.
Yeni noutbuk 1920x1080 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli “Intel Core i5-7200U” prosessoru və “Intel HD Graphics 60” daxili qrafik sürətləndiricisi ilə təchiz edilib.
Məlumata əsasən, qurğu 4 QB əməli yaddaş, 256 QB sərtgövdəli daşıyıcı, “Wi-Fi 802.11ac” və “Bluetooth 4.1” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, 1 m
eqapiksel matrisli veb kamera və “HDMI” portla təchiz edilə bilər.
Qurğu “Windows 10 Home” əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub.
Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8.3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15.5 mm təşkil edir.
Fujitsu 2017-ci ilin fevralında “Lifebook UH75/B1” noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.

Комментариев нет:

Отправить комментарий