ESSE NECƏ YAZILMALIDIR?

Essay və təqaüd proqramları.
Təqaüd proqramlarına müraciət olunduqda əksəriyyətinin müəyyən mövzularda inşa (essay) yazmağı tələb etdiyini görə bilərik. Yalniz  təqaüd proqramların cüzi hissəsi təkcə müraciət forması və qiymətlərin transkriptini yetərli sayıb qəbul edirlər. Siz təqaüd proqramının inşa yazmaq tələbi ilə qarşı-qarşıya qaldığınız zaman özünüzə xatırladın ki, bu tələb qarşısında qoyacağınız səy sizi təqaüd komitəsinə özünüzü “satmaq” imkanı qazandıracaq. Yazınız aydın və inandırıcı olduğu təqdirdə, təqaüd komitəsi tərəfindən təbrik məktubunu elektron ünvanınızda tapa bilərsiniz!
İnşanızı daha yaxşı yazmağın effektiv yolları:
    Картинки по запросу esse nece yazilmalıdır
  1. Təlimatları oxuyun və yazıya başlamamışdan əvvəl onları anladığınıza əmin olun.
  2. Yazıya başlamamışdan əvvəl nə yazacağınız haqda düşünün və fikirlərinizi cəmləşdirin.
  3. Yazı prosesini yazının planını qurmaqla başlayın.
  4. Yazı planınızın təlimatlarda bildirilən bütün aspektlərə toxunduğuna əmin olun.
  5. İnşa ərzində aydın,qısa və sadə dildən istifadə edin.
  • Yazınızdakı qrammatika və orfoqrafiyanın qüsursuz olduğuna əmin olun.
  • Əvvəl sualları sonra isə inşanızı diqqətlə oxuyun. İnşanızın bütün sualları əhatə etdiyinə əmin olun.
  • Yazınızı təsdiq etməkdən öncə güclü yazı və redaktə bacarıqlarına malik olan şəxslə inşanızı bir daha incələyin.
Təqaüd proqramları üçün ən çox istifadə olunan inşa (essay) mövzuları:
  • Özününüz haqda bizə danışın.
  • Gələcəkdə sizi təhsil və karyeranızda irəliyə aparacaq hansı xüsusiyyətləriniz var?
  • Sizi kim və yaxud nə ruhlandırır?
  • Oxuduqdan sonra ruhlandığınız kitab və yaxud məqalə haqda yazın
  • Siz nə üçün bu təqaüdü qazanmaq istəyirsiniz?
  • Sizin cəmiyyətdə təhsil niyə önəmli hesab olunur?
  • Keçən il ərzində cəmiyyətinizə dəyişiklik edəcək hansı işləriniz olub?
  • Dünyanı yaxşı tərəfə dəyişmək üçün nə edərdiniz?
  • Özünüzü lider hesab edirsiniz? Niyə hə/yox?
  • Əgər sizdən sağlamlıq, iqtisadiyyat, ayrı-seçkilik və ya seçdiyiniz cari mövzu haqda təkmilləşdirilməsinə təkan olacaq həll yolları təklif etməyiniz istənilsəydi bu hansı təkliflər olardı?

Комментариев нет:

Отправить комментарий