Sağlamlıq imkanları məhdud insanlarla ünsiyyət zamanı düzgün davranış qaydaları:

- Sizi məhdudiyyəti olan bir şəxs ilə tanış etdikdə nəzakətlə əlinizi uzadın (o sizə işlək olan əlini imkanları daxilində uzatdıqda siz yaranmış məsafəni qət edin). 
- Siz görmə məhdudiyyəti olan bir insanla görüşmüsünüzsə özünüzün (əgər dostluq münasibətində deyilsinizsə) və yanınızda olan digər şəxslərin adlarını deyin.
- Görmə məhdudiyyəti olan insanın da qoşulduğu bir söhbətdəsinizsə ona və ya yanınızdakı digər şəxslərə müraciət etməzdən əvvəl adı ilə xitab edin. Əgər söhbəti yarıda kəsib məkanı tərk etməlisinizsə (qısamüddətli olsa belə) bu haqqda məlumat verin.
- Məhdudiyyəti olan insanla danışanda onun özünə baxın (yanındakı köməkçi və ya surdotərcüməçiyə xitab etməyin).
- Əgər siz məhdudiyyəti olan birinə kömək etmək istəyirsinizsə əvvəl icazə alın, sonra isə yardım formasını dəqiqləşdirməyə çalışın.
- Məhdudiyyəti olan şəxslər hazırda sizinlə eyni məkanı bölüşməsə belə onlara adları ilə xitab edin (hətta öz aranızda belə məhdudiyyətlərini ləqəb kimi istifadə etməyin).
- Məhdudiyyəti olan insanlara mərhəmət göstərməyin və güzəştə getməyin. Bunun əvəzinə dəstək olun (şifahi və ya fiziki).
- Məhdudiyyəti olan insanın şəxsi əşyalarını istifadə etməyin (əlil arabası, qoltuqağacı, çəlik və s.). Bu əşyalar onlar tərəfindən illər ərzində onların orqanizmlərinin bir hissəsi kimi qavranılır.
- Nitqində çətinliyi olan insanlarla ünsiyyət zamanı təmkinli olun və mövzunu onun yerinə tamamlamayın.
- Əgər siz əlil arabasında olan bir insanla ünsiyyətdəsinizsə onunla rahat göz kontaktı qurmaq məqsədilə onun göz səviyyəsində əyləşin.
- Eşitmə məhdudiyyəti olan insanlar ilə ünsiyyətə girərkən onun üzünə baxın (başınızı yanlara çevirməyin ki, o, sizin ağzınızı rahat görə bilsin ) və aydın danışın.
- Eşitmə məhdudyyəti olan insanı çağırarkən onu çiynindən çağırın və ya əlinizi yelləyin.
- Məhdudiyyəti olan insanın məhdudiyyətini vurğulayacaq mövzu və ya zarafatlardan istifadə etməyin (dağ gəzntisi, film seçimi, qiraət dərsləri və s. mövzular).
- UNUTMAYIN! Əgər siz əhdudiyyəti olan insanla necə davranacağınızı, dəstək formasını, müraciət qaydalarını bilmirsinizsə bunu onun özündən maraqlanmaq ünsiyyət zamanı qeyri səmimi reaksiya verməkdən və narahat olmanızdan daha yaxşıdır!

Комментариев нет:

Отправить комментарий