TƏLİMİN TƏŞKİLİNƏ AİD ÜSULLARDAN


Картинки по запросу TƏLİMİN TƏŞKİL EDİLMƏSİ 
Humanist və demokratik prinsipləri üzərində qurulan müasir təhsil sistemi təlimin artıq pedaqogika elminə məlum olan ənənəvi formalarının təkmilləşdirilməsini, eyni zamanda təlim prosesində yaradıcılıqla tətbiq oluna bilən qeyri-standart formalardan istifadəni tələb edir.
Hazırki musiqi təliminin məzmunu, onu təşkil edən standartlar elə qurulmuşdur  ki, bunların reallaşdırılması yeni formalar tətbiq edilmədən mümkün deyil. Ona gö­rə də hər bir standarta fərdi yanaşmaqla konfrans, seminar, müzakirə-diskussiya, ekskursiya xarakterli dərs formalarından istifadə olunması məqsədəuyğun sayılır.
Konfrans dərs forması. Bu  dərs forması təlim prosesində hər hansı bir geniş mövzu mənim­sədil­dik­dən sonra tətbiq edilə bilər. Belə dərsi sinifdə, yaxud məktəbin zalında təşkil etmək müm­kündür.
Bunun üçün sinif 2 yerə bölünür. 45 dəqiqənin 20 dəqiqəsi bir qrupa, digər 20 dəqiqəsi isə o biri qrupa ayrılır. Yerdə qalan 5 dəqiqəni müəllim dərsin yekun­laş­dırılmasına sərf edir.
Birinci 20 dəqiqədə 1-ci qrup mövzu ilə əlaqədar suallar verir, o biri qrup isə həmin suallara cavab verir. Sonrakı 20 dəqi­qədə qruplar öz yerlərini dəyişirlər. 40 dəqiqə bitdikdən sonra müəllim qalan 5 dəqiqə ər­zində konfransın səviyyəsini, fəal olanları və düzgün cavab verənləri qeyd edir, onları qiymətləndirir.
Müzakirə-diskussiya dərslərində sinifdəki bütün şagirdlər hər hansı bir mövzunun müzakirəsində iştirak edirlər. Müzakirə prosesində məktəbli­lərin hər biri mövzu ilə əlaqədar fikirlərini söyləmək imkanı qazanırlarBu dərs forması şagirdlərdə əməkdaşlıq etmək, fakir mübadiləsi aparmaq,  başqalarının rəy və mülahizələrinə hörmətlə yanaşmaq və ümumiləşdirmə bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.
Ekskursiya dərs forması.Ekskursiya dərs formasının başlıca əhəmiyyəti ondan ibarətdir ki, təlim materialının bilavasitə əyani surətdə tədrisinə əlverişli şərait yaranır. Belə dərslər ev-muzeylərdə, teatrlarda aparıla bilər. Ekskursiya - dərs­lərdə şagirdlər dərs prose­sində əldə etdikləri məlumatları əyani müşahidə edir, daha təfərrüatlı biliklər qazanır, onları təkrarlayır, tətbiq edir, dünyagörüşlərini genişləndirirlər.
Müasir dövrün tələblərinə uyğun olaraq, “Musiqi” fənninin tədrisində istifadə olunan yeni təlim üsullarını  aşağıdakı kimi qruplaşdırmaq olar:
·        İnsert
·        BİBÖ
·        Beyin fırtınası
·        Venn diaqramı
İnsert metodu. Bu, işarələr sistemindən istifadə edib, düzgün cavab axtarılması metodudur.
Dərsdə informasiya xarakterli mətnləri oxuyub, seçmək üçün şagirdlərə müəyyən mətn paylanır. Mətndə  hər bir abzasın qarşısında aşağıdakı işarələrdən biri qoyulur:        

?    –   məlumat başa düşülmür;   
В   –   əvvəl bildiklərim;
+   –    yeni məlumat;
–   –   əvvəl  bildiklərimi inkar edən biliklər.
Beləliklə, bütün siniflə ümumiləşdirmələr aparılır, məlumatın şagirdlərə nə dərəcədə aydın olduğu və ya  aydın olmadığı, eləcə də onlar üçün yeni biliklər müəyyənləşdirilir və izah edilir.
Beyin  flrtınası. Bu metod tətbiq edilərkən, şagirdlərin sərbəst fikirlərindən istifadə olunur. Bunun üçün müəl­lim bütün sin­fi müəyyən bir problemlə əlaqədar fikir söyləmək üçün səfərbər edir və qısa müddətdə şagirdlər bu problemlə əlaqədar bildik­lərini söyləyirlər. Müəllim fikirlərin hamısını dinləyir, la­kin onları şərh etmir. Sonra bu fikirlər müəllim tərəfindən təhlil olunur və izah edilir.
Bu metodun məqsədi qısa müddətdə şagirdlərdən daha çox fikir toplayıb, onları ümumiləşdirməkdir.
BİBÖ cədvəli. Bu metodun tətbiqində məqsəd əvvəlki bilik və təcrübə ilə yeni bilik arasında əlaqə yaratmaqdır. Bu metod «beyin fırtınası» üsulu ilə başlaya bilər. Sinif cütlərə və ya qruplara  bölünür, mövzu elan edilir. Mövzu ilə bağlı olan yeni söz və terminlər aydınlaşdırılıb cədvəldə yerinə yazılır.

Bilirəm
Bilmək istəyirəm
Öyrəndim





Bundan sonra cütlər və ya qruplar müəllimlə mövzu ətrafında fikir mübadiləsi aparır­ və ümumiləşdirilmiş fikir lövhədəki cədvəldə qeyd olunur.

Комментариев нет:

Отправить комментарий